FHN şefinə yaxın olan şirkətdə qəribə ab-hava... - İDDİA
Tarix: 8-09-2017, 10:44 | Çap et
 Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Milla” (“AZFP Co. LTD” MMC) şirkətində işçilər qanunsuz olaraq işdən çıxarılır.
Bu barədə AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, “AZFP Co. LTD” MMC-nin satış departamentinin müdiri Adil Məmmədzadə ilə şirkətin vitse-prezidenti Səbinə Hüseynova əlbir olaraq onların “tələb”lərinə əməl etməyən işçiləri işdən çıxarır. Belə ki, əslən Gədəbəy rayonundan olan Adil Məmmədzadə işdən çıxardığı işçilərin yerinə öz yerlilərini işə götürür. AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, şirkətin satış və nəqliyyat departamentində işləyənlərin böyük əksəriyyəti Gədəbəy rayonundan olanlar təşkil edir. Başqa rayondan olanlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmaqdadır. Adil Məmmədzadənin işsiz saxladığı şəxslərin bildirdiyinə görə, şirkətin nəqliyyat departamentinin işinə də faktiki olaraq Adil Məmmədzadə rəhbərlik etdiyindən sürücülərin işə götürülməsi və işdən çıxarılmasına şəxsən qərar verir.
İşdən çıxarılan sürücülər – Kamal Səfərov, Rauf Paşayev, Elxan Məmmədli, Orxan Nüsrətzadə və Taleh Məmmədov AzToday.az-a göndərdikləri şikayətlərdə Adil Məmmədzadənin yerlilərini “Milla”da işlə təmin etməsinin səbəblərini də açıqlayıblar. Belə ki, Adil Məmmədzadə böyük maxinasiyalar həyata keçirdiyindən güvəndiyi qohumları və yerlilərini şirkətdə işlə təmin edir. İşə götürülən sürücülərin 500-1000 manat arası “hörmət” də etdiyi bildirilir. Bu işin Adil Məmmədzadənin rayondakı qohumlarının həyata keçirdiyi və işə götürüləcək adamların Gədəbəydə müəyyənləşdirilib Bakıya xəbər göndərildiyi də iddia olunur.
Bu ilin avqust ayının 25-də ixtisar adı ilə işdən çıxarılan Kamal Səfərov və sentyabr ayının 6-da işdən çıxmaq barədə ərizə yazdırılmağa məcbur edilən Rauf Paşayevin yerinə Gədəbəy rayonundan olan sürücülər işə götürülüb.
Ən maraqlısı isə budur ki, başqa şirkətlərlə müqayisədə “Milla”da, konkret satış və nəqliyyat departamentlərində CV işə yaramır. Yəni işə götürüləcək şəxslər Adil Məmmədzadənin qoyduğu şərtlər əsasında müəyyən edilir. Onun əsas şərtləri isə budur: dediklərinə şərtsiz əməl etmək və təhqirlərinə dözmək. Şikayətlərdə bildirilir ki, Adil Məmmədzadə işçilərlə həddindən artıq kobud rəftar edir və əksər işçiləri söyur.
AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, Adil Məmmədzadə qardaşı Azər, əmisi oğlu Rafiq, xalasıoğlu Ramin, yaxın qohumları Elvin və Vüsal (ekspeditor işində işləyir -red.) adlı şəxsləri işə götürərək, onları yüksək maaş ayırtdırıb. Satış departamentinin rəhbərinin maxinisayaları da məhz yaxın adamları vasitəsi ilə həyata keçirdiyi məlumatlarda əksini tapıb (“Milla” şirkətində həyata keçirilən maxinasiyalarla bağlı redaksiyamıza daxil olan məlumatları araşdırdıqdan sonra, bu barədə geniş məlumat verəcəyik – red).
AzToday.az olan şikayətlərdən görünür ki, “Milla” şirkətində Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulub. Belə ki, işdən çıxarılan Kamal Səfərova göndərilmiş məktubda bildirilir ki, onun iş yeri oktyabr ayının 24-də ixtisar olunacaq. Amma Kamal Səfərov avqust ayının sonunda işdən çıxarılıb. Və yalnız bir sürücünün ixtisar edilməsi də əsaslı şübhələr yaradır.



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ayı ilə öz dilində danışmaq lazımdır - başqa yolu yoxdur!
Bu gün, 18:05 |
|
|
|
• Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar - TASS
Bu gün, 18:03 |
|
|
|
• Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? - RƏSMİ AÇIQLAMA
Bu gün, 18:00 |
|
|
|
• Ölkəyə ekstazi gətirən Ramazanov HAKİM QARŞISINDA
Bu gün, 17:57 |
|
|
|
• Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar
Bu gün, 17:52 |
|
|
|
• Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama
Bu gün, 17:49 |
|
|
|
• ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR – Emi Karlo Bakıya gəlir
Bu gün, 17:48 |
|
|
|
• Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
Bu gün, 17:35 |
|
|
|
• Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb
Bu gün, 17:34 |
|
|
|
• Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Bu gün, 16:17 |
|
|
|
• Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Bu gün, 16:07 |
|
|
|
• Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Bu gün, 16:01 |
|
|
|
• Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Bu gün, 15:45 |
|
|
|
• Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Bu gün, 15:36 |
|
|
|
• Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 15:31 |
|
|
|
• Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Bu gün, 15:26 |
|
|
|
• “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Bu gün, 15:16 |
|
|
|
• İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Bu gün, 15:11 |
|
|
|
• Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Bu gün, 15:07 |
|
|
|
• Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Bu gün, 13:37 |
|
|
|
• Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Bu gün, 13:34 |
|
|
|
• Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Bu gün, 13:26 |
|
|
|
• Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Bu gün, 13:22 |
|
|
|
• Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 13:17 |
|
|
|
• Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Bu gün, 13:07 |
|
|
|
• KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Bu gün, 13:00 |
|
|
|
• Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Bu gün, 12:54 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Bu gün, 12:33 |
|
|
|
• Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Bu gün, 12:28 |
|
|
|
• Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Bu gün, 12:24 |
|
|
|
• Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Bu gün, 12:18 |
|
|
|
• Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Bu gün, 12:14 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Bu gün, 12:09 |
|
|
|
• “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
• Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Bu gün, 11:43 |
|
|
|
• “Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Bu gün, 11:31 |
|
|
|
• Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22 |
|
|
|
• Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14 |
|
|
|
• “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10 |
|
|
|
• Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07 |
|
|
|
• Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00 |
|
|
|
• Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58 |
|
|
|
• AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52 |
|
|
|
• Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48 |
|
|
|
• “Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45 |
|
|
|
• Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
|