Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                 

Agentlər kimlərdir və MTN-ə hansı məlumatları ötürüblər? - Keçmiş nazir, QHT sədri, baş redaktor…
Tarix: 12-05-2017, 11:05 | Çap et
Agentlər kimlərdir və MTN-ə hansı məlumatları ötürüblər?
Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən MTN vəzifəliləri bu pulların agentlərə verildiyini bildirsələr də, şahid ifadələrində vəsaitin əksər hissəsinin mənimsənildiyi üzə çıxır.

Belə ki, istintaqa şahid qismində ifadə verən polkovnik M.A bildirib ki, pullar kassadan əsasən “Şimal küləyi” və “Qütb gecəsi” işi üzrə çəkilirdi.

M.A ifadəsinin əvvəlində “Şimal küləyi” əməliyyat işi üzrə pulların necə bölüşdürülməsi haqda ətraflı məlumat verib.

Həmin ifadə əsasında hazırlanmış məqalə ilə buradan tanış ola bilərsiniz.

İfadəsinin davamında “Qütb gecəsi” işindən danışan polkovnik prosedurun eyni qayda ilə aparıldığını, pulların 1 nəfərin adına yazılan raportla götürülüb, 8 nəfərə verildiyini deyib. Lakin əlavə edib ki, bu işə daha 5 agent cəlb edilib.

Baş çekist Mahmudov vəzifədən çıxarıldıqdan sonra, lakin MTN ləğv edilmədən öncə nazirlikdən istintaqa təqdim edilən “Antiterror mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitin xərclənməsinə dair arayış”dan görünür ki, “Qütb gecəsi” Əks-Kəşfiyyat Əməliyyatları İşi üzrə 1 milyon 105 min dollar və 1 milyon 357 min manat xərclənib.

“Qütb gecəsi” işi 2014-cü il fevralın 3-də ATM-in rəisi general Elçin Quliyevin sanskiyası ilə açılıb, qərarı isə onun müavini polkovnik İlqar Əliyev hazırlayıb. İşin açılmasında məqsəd “Diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlar örtüyü altında sosial şəbəkələr mövqeyindən ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan Xarici Xüsusi Xidmət orqanları ilə əməliyyat oyunlarının keçirilməsi” olub. “Qütb gecəsi” işinə bir-biri ilə əlaqəsi olmayan, müxtəlif faktlar üzrə yazışmalar, telefon danışıqlarının şərhi, agentura məlumatlarından çıxarış əlavə olunub. Bəzi məlumatlar vacib əməliyyat əhəmiyyəti kəsb etsə də, onların ətrafında əlavə agentura əməliyyat tədbirləri keçirilməyib.

Arayışda agentlərlə bağlı hissədə qeyd edilib ki, bu iş üzrə 46 nəfərlə etibarlı münasibətlərin yaradılması, arxiv agentlərindən istifadə edilməsi qeyd edilib.

İşi aparan polkovnik M.A şəxsən özünün əlaqəsində olan agentlər və onlara ayrılan pullar haqda istintaqa məlumat verib.

O bildirib ki, hüquq müdafiəçisi olan agentlə 2013-cü ilin otyabr ayından münasibətlər yaradılıb. Noyabr ayından etibarən hər ay həmin şəxsə 2 min manat mükafat təyin edilib. Bu şəxsin 2014-cü ildə Strasburqa səfər xərclərinə görə 2500 manat ödənilib. O, ümumi xarakterli məlumatlar təqdim edib. 2015-ci ildən isə Hərbi Əks Kəşfiyyat İdarəsində Xidmətə rəsmi olaraq götürülüb.

İkinci agent isə QHT sədri olub. Onun rəhbəri olduğu ofisin saxlanılması, qəzetinin buraxılması üçün hər ay 6 min manat ödənilib, həmçinin çoxsaylı səfərlərinin xərci qarşılanıb. Həmin şəxsə 2011-2015-ci illər ərzində 132 min manat, 6150 dollar və 2475 avro pul ödənilib.

2014-cü ildə ildə isə həmin şəxsin dövlət əleyhinə yönələn çağırışlar etməsi barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, QHT sədri əhali arasında iğtişaşlara gətirib çıxara biləcək mənfi fikirlər səsləndirir, dövlətə qarşı qaldırmaq üçün aztəminatlı, qaçqın və məcburi köçkünlərdən istifadə etmək üçün onları və Çeçenistan, Suriya, Əfqanıstanda döyüşmüş şəxsləri öz ətrafına yığır. Bu şəxsin MTN-nin maliyyələşdirdiyi Strasburq səfərlərinin birində beynəlxalq tədbirlər zamanı Azərbaycan dövlətinin daxili və xarici siyasətini tənqid edən kütləvi etiraz aksiyalarında fəal iştirak etməsi barədə məlumat daxil olub. Onunla bağlı məlumatlar da “Qütb işi”nə əlavə edilib, sonradan həbs olunub.

Növbəti agent qəzet baş redaktorudur. Bu şəxs 2014-cü ilin yanvar ayından MTN-ə cəlb edilib. O, nazirliyə ötürdüyü bir məlumata görə 10 min manat mükafat alıb.

Agent “Əlizadə” isə 2014-cü ildə fəal istifadə olunduğuna görə 15 min manat mükafat alıb.

MTN-nin etibarlı şəxslərindən biri isə Azərbaycanın keçmiş naziri olub. Bu şəxsə ötürdüyü məlumatlara görə nazirlik tərəfindən 90 min manat pul ödənilib.

İstintaq materialında əlavə olaraq qeyd edilir ki, bəzi agentlərə heç bir ehtiyac olmadığı halda belə pullar ödənilib. Məsələn, kod adı “Samir” olan agentə 2013-cü il prezident seçkiləri ərəfəsində 4 ay ərzində 40 min , agent “Qəhrəman”a 2014-cü ildə 25 min manat mükafat verilib. Həmçinin, qeyd edilib ki, “Qəhrəman” fəal şəkildə əməkdaşlıq etdiyi üçün ona öncə 250 manat, sonra isə 600 manat aylıq maaş ödənilib.

Agentlərdən birinə isə böyük məbləğdə pullar ödənilib. Onun kod adı isə “Terminator” olub. Bu şəxsə 287 min avro, 5400 dollar və 12 min manat verilib. “Terminator” nazir müavini Hilal Əsadovun agenti olub və onun şəxsi işi generalın özündə olduğu üçün istintaq bu sənədlərlə tanış ola bilməyib.

İstintaq şahidləri dindiriləndən və maliyyə səbəblərini incələdikdən sonra bu qənaətə gəlib ki, general Elçin Quliyevin idarəsi 2 əməliyyat işi çərçivəsində 5 milyon 148 min manat və 1 milyon 358 min dollar vəsaiti mənimsəyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru