Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı haqda ilginc faktlar... - Belə deyirlər...
Tarix: 28-04-2017, 11:04 | Çap et
 On minlərlə, yüz minlərlə əhalisi olan rayonlara bəzən elə adamlar başçı təyin olunur ki, adam təəccübdən donub yerində qalır. Məsələn, oxuculandan biri hakimiyyətin kadr siyasətinin tənqid olunduğu məqalənin şərh bölümünə Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmi saytından bir link göndərib (http://www.bilesuvar-ih.gov.az/page/20.html). Linkin üstünə vurursan, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyevin tərcümeyi-halı açılır. Oxuyursan, adamı dəhşət bürüyür. Niyə? Yaxşısı budur özünüz də oxuyun, dəhşətin səbəbini anlayın. Beləliklə, RİH-in rəsmi saytından oxuyuruq: “Mahir Hacı oğlu Quliyev, Biləsuvar RİH-nin başçısı Mahir Hacı oğlu Quliyev, 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində“Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir. 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləyir. YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Evlidir 3 övladı var”. Bu tərcümeyi-haldan da göründüyü kimi, həyatının ən məhsuldar illərində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən Mahir Quliyevin, icra başçısı olmazdan əvvəlki ən böyük vəzifəsi bələdiyyə sədrinin müavini olub, o da vur-tut 2 il. Yəni dövlət idarəetməsində 1 gün belə işləməmiş bir şəxs, hansısa himayədarın sayəsində icra başçısı kimi mühüm posta təyinat alıb. Lakin hörmətli Mahir müəllimin (!!!) kafe, restoran biznesindən birbaşa icra başçılığına sıçrayışını da hardasa başa düşmək, “bura Azərbaycandır” deyib, üzərindən keçmək olar.Amma bu adamın heç ali savadı da yoxdur axı! Deyilir ki, “2000-ci ildə Bakı şəhərində “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib”. Yəni 42 yaşında. Bakı şəhərində “Naxçıvan” universiteti… Bu nə universitetdir belə?Azərbaycanda “Naxçıvan” universiteti adlı özəl ali məktəb var, amma bu universitet Bakıda yox, Naxçıvanda yerləşir. Özü də, aşağıda universitetin rəsmi saytından təqdim etdiyimiz “skrinşot”dan da göründüyü kimi, 1999-cu ildə yaradılıb. Bəs elə isə hörmətli icra başçısı, 95 741 nəfərin böyüyü olan Mahir müəllim 42 yaşında hansı universiteti bitirib? Axı Bakıda belə bir universitet olmayıb?! Olubsa da, orda təhsil-tədrisdən başqa nə desən olub ki, indiyə izi-tozu da qalmayıb! Yaxşı, bəs, 47 yaşınadək satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən, 42 yaşında “Naxçıvan” adlı donqili “universitetdən” diplom alan bu zat-ı möhtərəm, necə olub ki, böyük bir rayona başçı təyin oluna bilib? Nə isə, çox da dərinə getməyək…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24 |
|
|
|
| • Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20 |
|
|
|
| • "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17 |
|
|
|
| • ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08 |
|
|
|
| • Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55 |
|
|
|
| • SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46 |
|
|
|
| • “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45 |
|
|
|
| • Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42 |
|
|
|
| • 10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41 |
|
|
|
| • "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39 |
|
|
|
| • Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35 |
|
|
|
| • Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31 |
|
|
|
| • Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29 |
|
|
|
| • Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27 |
|
|
|
| • “Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22 |
|
|
|
| • Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18 |
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47 |
|
|
|
|