Aqil Nəzərlinin bu sakinlərdən xəbəri varmı? - FOTOLAR
Tarix: 27-10-2016, 10:39 | Çap et
 DİA.AZ: - В«İstəyirik ki, ora-bura qaz paylayan ölkənin 70-dən çox köçkün ailəsinin acınacaqlı yaşayışını görəsinizВ». 25 ildir ki, Sumqayıt Texnologiya Texnikumunun yataqxanasında məskunlaşan Laçın köçkünləri redaksiyamıza müraciət ediblər.
DİA.AZ bildirir ki, yataqxana azı 50 ildir ki, istismara verilib. Köçkünlərə qədər texnikumun tələbələrinin istifadəsində olub. İndi azı 70 ailə tualetsiz, hamamsız, havasız, şəraitsiz binada həyatla mücadilə edir. Üstəlik, bu yaxınlarda binanın tavanı da uçubmuş.
Köçkün Elçin Həsənov: В«Özü də iki dəfə uçub. Yaxşı ki, hadisə baş verəndə uşaqlar kənarda oynayırdılar. Bu binada azı yüz azyaşlı var. Acınacaqlı vəziyyət illərdir ki, davam edir. Bu ilin sonu çatır, ümidlərimizi növbəti ilə bağlayırıq. Gəl ki, 25 ildir heç nə dəyişmir. Elə vəziyyətdəyik ki, yatdığımız yerdə daş-qalağın altında qala bilərikВ».
Vüsalə Novruzova danışır ki, kanalizasiya xətləri qəzalı olduğundan binanın tullantı suları zirzəmiyə axır. Bu səbəbdən də ətrafı üfunət bürüyür. Qaçqınlar zirzəmidən otaqlara dolaşan siçovullara da çoxdan alışıblar: В«Naqillərdən tutmuş, su-kanalizasiya xətlərinə qədər hamısı təhlükəli, qəzalı durumdadır. Dəfələrlə, sırf təsadüf nəticəsində yanğından canımızı qurtarmışıq. Bina günbəgün çökür. Vəziyyətimizlə bağlı bütün qurumları məlumatlandırmışıq. Ancaq heç birindən səs çıxmayıb. Qəzalı olduğundan hamam və ayaqyolundan istifadə etməyə qorxuruqВ».
Üçmərtəbəli binada yaşayan hər ailənin 15-20 kvadratmetrlik bir otağı var. Hər otaqda azı 3-5 nəfər yaşayır. Döşəmələr çürüdüyündən dəhlizdə çökəklər əmələ gəlib. Adamlar dəhlizdə addımlamağın da təhlükəli olduğunu bildirirlər.
Köçkün Azər Talıbov: В«Döşəmə adamın ayağının altından qaçır. Binanın damında vəziyyət daha dözülməzdir. Payız-qış aylarında qar, yağış suları damdan yuxarı mərtəbədə yaşayanların, oradansa aşağı mərtəbələrdəkilərin mənzillərinə axır. Dəhlizlər su ilə dolur deyə, ayağımıza В«sapoqВ» geyinib gəzirik. Bax, qış gəlir, canımızı üşütmə götürüb. Naqillər qəzalıdır deyə, istilik cihazları qoşmağa qorxuruq, binanın içərisi o qədər soyuq olur ki, ta yaza qədər canımız isinmirВ».
Binada mətbəx problemi də var. 70 ailə üç qəzalı mətbəxin ümidinə qalıb – mətbəx demək mümkünsə...
Köçkün Əli Səfərovun sözlərinə görə, bu durumdan daha çox qocalar, xəstələr və uşaqlar əziyyət çəkir: В«Məmurların ürəyinə sanki daş bağlanıb. Gəlib baxıb, gedirlər. Neçə ildir belə də davam edir. Axı biz də insanıq, hansı zəmanədə yaşayırıq ki... Adımıza inkişaf etmiş ölkə deyilir, ancaq görün, vətəndaş hansı durumda yaşamağa məhkumdur. Buradakı ailələr ölüm təhlükəsi altında yaşayırlar. Burada istənilən xəstəliyi tapmaq mümkündür. Yaşlı insanların rütubətdən ayaqları tutulur, ciyərləri korlanır. İki-üç ailə bir kiçik otaqda yaşamağa məcburdur. Övladlarımız dərs oxumağa yer tapmır. Sinif yoldaşları qapıdan keçəndə üfunətdən burunlarını tuturlar, uşaqlarımız xəcalətdən ölüb dirilirlərВ».
Son 10 ildə tez-tez ailələrə yeni mənzillərə köçürüləcəyi vəd olunur. Ancaq hələ ki, 10 ildə onca ailə də yerindən tərpədilməyib.
Köçkünlər DİA.AZ-a bildirirlər ki, dəfələrlə binaya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən və Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəlib. Binanın qəzalı olması barədə rəy də verilib. Amma nə fayda...
Onu da qeyd edək ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yaxın vaxtlarda yataqxanaların köçürüləcəyinin planda olmadığı bildirilib. Qeyd olunub ki, bu, inzibati binalarda məskunlaşan ailələrin köçürülməsi başa çatandan sonra gerçəkləşəcək.
Sumqayıt Texnologiya Texnikumunun yataqxanasında isə 40-45 yaşlarına çatmış insanlar da var ki, evsizlikdən və şəraitsizlikdən ailə qura bilmirlər. Yeni yaşayış yerinə köçəcəkləri günü səbirsizliklə gözləyirlər – ailə sahibi olmaq üçün...




|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Bu gün, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Bu gün, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
|