Balakəndə güclü külək büdcə vəsaitlərini “havaya sovurdu” - Yeyinti ittihamı...
Tarix: 11-08-2016, 11:23 | Çap et
 Məlum olduğu kimi, iyul ayının 22-də ölkənin şimal-qərb bölgəsində güclü küləklə müşayiət olunan leysan yağışlar yağıb. Külək Zaqatala, Şəki rayon mərkəzlərinə və bir neçə kəndə ciddi ziyan vurub. Həmçinin güclü külək Balakən rayonunda da bir sıra fəsadlara yol açıb. Məlumatlara görə, rayon mərkəzində və 17 kənddə 400-dən çox fərdi yaşayış evinə, 150-dən çox yardımçı tikiliyə, sahibkarlıq obyektlərinə, inzibati binalara və məktəblərə ciddi ziyan dəyib. Həmçinin daha çox fərdi yaşayış evlərinə ziyan dəymiş kəndlərdən biri də məhz rayonun Talalar kəndidir. Bu xüsusda redaksiyamıza məlumatı təqdim edən mənbə bildirir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası tərəfindən evlərə dəymiş ziyanın miqdarı müəyyənləşdirilir və fəsadların aradan qaldırılması istiqamətində artıq konkret işlər də görülür. Lakin, mənbənin iddiasına görə, yerli icra orqanları tərəfindən bu işlərin həyata keçirilməsində ciddi qanun pozuntularına yol verilir. Belə ki, Talalar kəndinin bəzi sakinləri bizimdovr.az-a müraciət edərək, yerli qurumların zərərrçəkənlər arasında ayrı-seçkilik etmələrindən şikayətlənirlər. Onlar iddia edirlər ki, kənddə qasırğanın dağıtdığı evlər qala-qala, azca ziyan çəkənlər təmir olunur. Sakinlər Balakən RİH-nin Talalar inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Məhəmməd müəllimi və onun müavini olan Qurban müəllimi saxtakarlıqda, sakinlərə paylanmaq üçün verilmiş inşaat materiallarını satmaqda ittiham edirlər. Aldığımız açıqlamada deyilir: “İcra nümayəndəsi və onun müavini komissiyanın qərarına düzgün əməl etmirlər. İcra başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Azad Balayev açıq-aşkar bəyan etdi ki, ziyan dəymiş bütün evlər təmir olunacaq. Lakin icra nümayəndəliyi təmir ediləcək evləri özü seçir. İstədikləri evi təmir edirlər, istəmədiklərini etmirlər. Kəndə şifer gətirdilər ki, evlərin damları yığılsın. Bunlar isə, şiferin bir hissəsini satmağa başlayıblar. İradımızı bildirəndə də deyirlər ki, guya fövqəladə hallar komissiyasının qərarı ilə evlərin hamısı təmir olunmalı deyil...” Qeyd edək ki, məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Balakən RİH-nin Talalar inzibati ərazi vahidliyi üzrə nümayəndəliyi ilə telefon əlaqəsi də saxlayıb. Lakin söhbət əsnasında icra nümayəndəsinin müavini Qurban müəllim həqiqətən də məsuliyyəti fövqəladə hallar komissiyasının sədri Azad Balayevin üzərinə cəhd göstərdi. Onun sözlərinə görə, kəndə göndərilən şifer dam örtüyü əslində tələb olunandan azdır və bütün evlərin təmiri üçün nəzərdə tutulmayıb. Lakin nədənsə Qurban müəllimin səmimiliyinə dair bizdə ciddi şübhələr yaranıb. İlk növbədə ona görə ki, redaksiyamıza daxil olan məlumatlarda fövqəladə hallar komissiyasının və şəxsən komissiyanın sədri, Balakən RİH başçısının müavini Azad Balayevin yaranmış vəziyyətdə gördüyü tədbirlərə qarşı elə bir ciddi iradlar irəli sürülmür. Digər tərəfdən isə, əgər həqiqətən kəndə göndərilən materiallar tələb olunduğundan əskik olubsa, o zaman satışa çıxarılan şifer hardan peyda olub?
İstənilən halda, məsələyə Balakən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də şəxsən cənab Azad Balayev tərəfindən aydınlıq gətirilməsi həm Talalar kənd sakinlərinin, həm də bizim bir çox suallarımızı cvablandırmış olardı.
Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini əks etdirə bilərik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Bu gün, 16:52 |
|
|
|
• Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Bu gün, 16:49 |
|
|
|
• "Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Bu gün, 16:46 |
|
|
|
• Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Bu gün, 16:44 |
|
|
|
• “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Bu gün, 16:42 |
|
|
|
• Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Bu gün, 16:05 |
|
|
|
• ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57 |
|
|
|
• “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54 |
|
|
|
• Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46 |
|
|
|
• “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37 |
|
|
|
• Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01 |
|
|
|
• Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48 |
|
|
|
• “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39 |
|
|
|
• Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08 |
|
|
|
• Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01 |
|
|
|
• Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37 |
|
|
|
• Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34 |
|
|
|
• Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27 |
|
|
|
• Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13 |
|
|
|
• Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11 |
|
|
|
• Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06 |
|
|
|
• Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01 |
|
|
|
• Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58 |
|
|
|
• Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48 |
|
|
|
• Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42 |
|
|
|
• Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38 |
|
|
|
• İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37 |
|
|
|
• “Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33 |
|
|
|
• "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30 |
|
|
|
• Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28 |
|
|
|
• Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26 |
|
|
|
• Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13 |
|
|
|
• "Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09 |
|
|
|
• Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07 |
|
|
|
• Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00 |
|
|
|
• “Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58 |
|
|
|
• Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45 |
|
|
|
• AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37 |
|
|
|
• Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18 |
|
|
|
• Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14 |
|
|
|
• Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57 |
|
|
|
• Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
• Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47 |
|
|
|
• Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38 |
|
|
|
• Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30 |
|
|
|
|