"İnsanların talelərilə oynayan Səhiyyə Nazirliyinin günahkar işçilərinə LƏNƏT yağdırıram!" - Diabet xəstəsi haray çəkdi
Tarix: 5-08-2016, 10:23 | Çap et
 DİA.AZ: - Redaksiyamıza Gəncə şəhərində diabet xəstələrinin acınacaqlı vəziyyətləri ilə bağlı şikayət daxil olub. Narazı vətəndaş DİA.AZ-a yazır:
"Sizi Azərbaycanın GƏNCƏ şəhərindən salamlayıram.Səhiyyə Nazirliyi tamamilə ağ eləyir.Bu qədər onlara öz narazılığımızı yollayırıq və onlara şikayət yazırıq,heç veclərinə də deyil.Səhiyyə Nazirliyi bizləri İNSAN yerinə qoymur.Uzun müddətdir(2-3 il olar) ki,diabet xəstələrinin qanında şəkərin miqdarını yoxlamaq üçün lazım olan test çubuqlarını (OPTİUM aparatı üçün)tamamilə yollamırlar.Ancaq həmin test çubuqları aptekdə əvvəlkindən də xeyli baha qiymətə satılır.Əvvəl test çubuğunun birinin qiyməti 0.40 azn idisə,indi həmin test çubuğunun birini 0.75 azn-yə satırlar.Əgər test çubuqları ölkəmizə gətirilmirsə,bəs apteklər haradan alıb satırlar?Əgər doğrudan da gətirilmirsə,bəs niyə gətirilmir?Axı,diabet xəstəsi insulin vurmazdan əvvəl hər gün səhər tezdən qanda şəkərin miqdarını ölçməlidir.Test çubuğu vermirlərsə,bəs şəkərin miqdarını necə yoxlamalıdır?Test çubuğunu da ala bilmirik.Kasıbçılıqdır, heç evimizin yeməyini ödəyə bilmirik.Diabet xəstəsi olan həyat yoldaşım Niyazova Nurlana Əbili qızı Allah ümidinə yaşayır.Qanda şəkərin miqdarını yoxlamadan Allah ümidinə iynəsini vurur.Belə metodla davam etsə,günlərin bir günü beyqəfildən ölə də bilər.İnsulini gah verirlər,gah da bizə gərəklisi olmadıqda deyirlər ki,sizə o yox,bax bu yaxşıdır".
diaaz.space-a daxil olan müraciətdə daha sonra deyilir ki, bu minvalla özlərinin işini yola verirlər: "Səhiyyə Nazirliyi onlara tapşırıb ki,birtəhər yola verin,getsin.Yəni,kim harada ölür-ölsün.Onların nə vecinədir.Can onların deyil,ha! İynə vurmaq üçün şpritsləri gah 10-20 ədəd verir,gah da tez-tez deyirlər ki, yoxdur.Bir sözlə Azərbaycan Səhiyyə Nazirliyində demək olar ki,BAZARDIR.Onların işlərinə nəzarət yoxdur deyə özbaşınalıq baş alıb gedir. Hörmətli,redaksiya rəhbərliyi,mən onlara necə təsir etmək lazım olduğunu tapa bilmədiyimdən sizə müraciət yazıram. Düşündüm ki,bəlkə siz bu yazını elə işıqlandırasınız ki,"GÖZƏL SƏHİYYƏ NAZİRLİYİMİZ"ə təsir edə.Onların da ağılları başlarına gələ və diabet xəstələrinin test çubuqlarını,dərmanlarını yollamağa başlayalar.Allaha and olsun ki,əgər pul olsaydı dərmanları özüm alardım və heç bu qədər narahatçılıq yaşamaz və yaratmazdım.Ancaq yazdığım kimi, pul tamamilə yoxdur.Bir az babat pulumuz olsaydı,onda biz də sakitcə dərmanları alardıq.Səhiyyə Nazirinin heç nə vecinə deyil.Görünür ki,onların özləri tamamilə insanlıqdan kənarlaşıblar.Ona görə belə yazıram ki,mənim həyat yoldaşım və digərlərini insan yerinə qoymurlar.
Allah onların bəlalarını versin,inşaallah!
Bu dərmanların pulunu kimlər yeyib,üstündən də bir stəkan su içirsə,onlara bu dünyada yaşamaq HARAM OLSUN!
İnsanların talelərilə oynayan Səhiyyə Nazirliyinin günahkar işçilərinə LƏNƏT yağdırıram!
Nəhayət ki, Səhiyyə Naziri və onun işçiləri anlamalıdırlar ki,bizlər də Azərbaycan vətəndaşıyıq,bizlərin də yaşamaq HAQQI VAR!.
Hörmətlə : Diabet xəstəsi olan NİYAZOVA NURLANA ƏBİLİ qızının həyat yoldaşı,Gəncə şəhər sakini- NİYAZOV NİYAZ NOVRUZ oğlu".
Qarşı tərəfi də dinləməyə hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
| • Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26 |
|
|
|
| • “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17 |
|
|
|
|