Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... .....                     Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır .....                     “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” .....                     Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU .....                     Bakıda 14-cü mərtəbədən yıxılan qız .....                     Rusca təhsil alanlar XAİNDİRMİ? .....                     AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ .....                     TƏBİB 1 milyon manata yaxın dərman alır .....                     Rusiya bizi BOYKOT ETSƏ... .....                     “Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” .....                     Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? .....                     Vəziyyət dəyişir: .....                     Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB .....                     Ağcabədidə FERMER ÜSYANI... .....                     Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj .....                     Araz Ağalarova qarşı icraatdan sonra Emin Rusiyadakı konsertini ləğv etdi .....                     "Dedim, bilirsən ki, mənim nə boyda oğlum var?" .....                     Bonus pulu iki aydır gecikdirilir: Həkimlər özlərini cəhbə bölgəsində hiss edirlər... .....                     Sosial şəbəkələrdə MARKETİNQ OYUNU .....                     Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi .....                     Qardaşlıq üzərində qurulan strateji tərəfdaşlıq .....                     Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib .....                     Paşinyan anons etdi: .....                     Valyuta bazarında kritik durum .....                     “Qoca” ləqəbli avtoritetin cinayət ortağı ilə bağlı qərar verildi .....                     “Hələ də “ov” soyad sonluğundan qurtulmamışıq” .....                     Rusiya başını itirmiş ayı kimi davranır .....                     Rusiyaya çörəkpulu üçün gedənlər Azərbaycana qayıtmalıdırlar .....                     Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion iddia .....                     Separatçılığın cibindən çıxan pullar .....                     Universitet xətrinə universitet, diplom xətrinə diplom mexanizmi .....                     `Dəniz Klinikası` bu dəfə yaşıllığa qənim kəsildi... .....                     İşəgötürənin borcudur ki... .....                     Moskva ilə “soyuq müharibə”: Bakı və İrəvan müttəfiqə çevrilir .....                     Pulun `Kapital Bank`dadırsa... BATDIN! .....                     Bülbülün başından böyük ÖTMƏKLİYİ... .....                     İsrail İran və Suriya ilə bağlı Rusiya ilə gizli danışıqlar aparır .....                     İrəvan–Moskva münasibətləri də kəskinləşir .....                     "Tədris dili olaraq rus dili artıq müasir dünyaya uyğun deyil" .....                     Moskvadan Bakıya qarşı növbəti addım .....                 

“Prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb...” - deputat
Tarix: 5-01-2016, 08:51 | Çap et
“Prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb...”
Ötən həftə prezident İlham Əliyev Bakının Xəzər rayonunun sakinləri qarşısında etdiyi çıxışda və Yeni il münasibətilə xalqa təbrikində islahatlarla bağlı qısa, ancaq kifayət qədər mühüm mesaj verdi. Prezident bildirdi ki, 2016-cı il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq.

Bir çox ekspertlər prezidentin əslində yeni hökumət quracağının anonsunu verdiyini düşünürlər.

Bu mövzuda “Yeni Müsavat”a danışan deputat Zahid Oruc olduqca maraqlı açıqlamalar verdi. Z.Oruca görə, ölkə başçısının çıxışındakı həmin tezislər 2016-cı il üçün böyük siyasi, iqtisadi dəyişikliklərin anonsu kimi də qəbul oluna bilər: “Birinci növbədə nəzərə almalıyıq ki, ümumiyyətlə, dünyada ənənəvi iqtisadi sikllər, inkişaf modelləri dəyişir. Bir çoxları bunu yeni iqtisadi era kimi xarakterizə edirlər. Buna adekvat olaraq dünyada geopolitik sistemlərin də dəyişməsi qabardılır.

Bu, təkcə Yaxın Şərq regionu ilə bağlı deyil. Postsovet məkanında da belə sürətli dəyişmələrin şahidiyik. Avtomatik olaraq istənilən hökumətlər əvvəlki kursla davam edə bilmirlər. Bu, təkcə neft amilinin əvvəlkindən fərqli olaraq güclü bir səviyyədə qalmaması ilə bağlı deyil. Əlbəttə, neftin rolu kifayət qədər böyükdür. Lakin bununla bərabər etiraf etmək lazımdır ki, hər bir xalqın inkişaf xüsusiyyətləri var və qarşıya qoyulmuş vəzifələrə nail olmaq üçün mühüm dəyişikliklər həyata keçirilməlidir. Bu baxımdan ölkə başçısı əslində belə düşünür ki, əvvəlki illərdə atılmış çox sərt addımlar, qərarlar öz nəticəsini daha böyük miqyasda verməli idi. Fakt bundan ibarətdir ki, xırda və orta sahibkarlığın bugünkü iqtisadi təsirlərə daha yaxşı cavab verə biləcəyi məsələsi üzə çıxıb. Çünki iri kampaniyalar məlum beynəlxalq konyuktura fonunda duruş gətirə bilmir. Biz bunu sadə dilə çevirsək, SOCAR brendi altında hərəkət etmək, həm xaricdə böyük vəsaitlər qoymaq, eyni zamanda daxildə əsas maliyyələşməni yalnız SOCAR üzərində aparmaq siyasəti öz yerini yeni sahələrə verməlidir”.

Z.Oruc hesab etdi ki, bahalı neft erası bitib: “Onun yerinə həmin o böyük pullara, milyardlara qərar verən hökumətdənsə, yeni sahələrin gücünü qəbul edən, yeni çağırışları öz fəaliyyətində güclü bir şəkildə nəzərə almağı bacaran məmur sistemlərinə ciddi ehtiyac var. Yəni texnologiyalar, qabaqcıl mütərəqqi modellər, hətta aqrar sferada müasir təcrübi sistemləri tətbiq eləməyə çox ciddi ehtiyac var. Sahibkarlıq üzərində müxtəlif tələblər, haqq qoymalar bu gün də var və bütün yerli icra orqanları öz hakimiyyətlərini onların üstündə qurublar. Sahibkarlığı nəfəs almağa qoymayanlardan biri də həmin qüvvələrdir. Üçüncüsü, inhisarçılığın ləğvi önəmli bir məsələ kimi meydana çıxıb. Bu amil və prezidentin məlum çıxışı avtomatik hökumətin özünün içərisində biznesi himayə edən dairələrin öz vəzifələri ilə vidalaşması üçün siqnallar verir. Yəni ya biznesi tutmalısan, ya da idarəetmədə çalışmalısan. Demokratiyanın təriflərindən biri də budur ki, idarə edənlər biznesdə olmamalıdır.

Dördüncü əsas önəmli məsələ idxal və ixrac əməliyyatında liberallaşmaya nail olmaqdır. Yəni əslində manatın neft çəlləyindən azad olmağını istəyiriksə və bunu maliyyə-bank termini ilə tənzimlənən üzən məzənnə adlandırmaq istəyiriksə, obrazlı qaydada deməliyik ki, manat Xəzər dənizindən çıxıb ölkə ərazisində üzməyi də bacarmalıdır. Bunun üçün də iqtisadiyyatın ətrafına çəkilmiş buxovlar, divarlar aradan qalxmalıdır. Əks halda, devalvasiyalar qaçılmaz olacaq və beləliklə də bu, hökumətlərin də fəaliyyətinə çox ciddi mənfi təsir göstərəcək. Çünki Azərbaycan insanının bu gün ən etimadlı yanaşdığı lider və qüvvə yeganə olaraq prezidentdir. Hər kəs də qərarları məhz ondan gözləyir. Heç bir başqa siyasi qüvvə, şəxs, partiya, hətta hökumətin içindəki şəxslər, o cümlədən parlament təmsilçiləri də belə bir nüfuzun beş-on faizi civarında deyillər. Ona görə də xalq etimadı ölkə rəhbərinə imkan verəcək ki, hökumətdə dəyişikliklərlə paralel, idarəetmə sistemini optimallaşdırmaqla şişmiş aparatlar, böyük kadr korpusları, dövlət hesabına saxlanan maşınlar, texniki xərclər və sairdən azad olunsun. Bir çox qurumlardan tamamilə azad olunmaq mümkündür. Adi departament, şöbə səviyyəsində olacaq təsisatları gətirib biz komitələrə, agentliklərə, hətta nazirliklərə çevirmişik".

Deputatın sözlərinə görə, dövlət rəhbəri həm də öz komandasını sınağa çəkib: “Bu fikri açıq söyləmək lazımdır ki, indi qabaqcıl texnoloqlar, neftdən kənar düşünməyi bacaranlar, ağıllarında, şüurlarında, sadəcə, asan pullara qərar verməyənlər, daşımalar sistemi, ölkənin coğrafiyasının üstünlüyündən faydalanmağı bacaranlar və sair kimi əsas menecerlər hazırkı dövrdə daha önəmlidir. Bu mənada icra orqanlarında da geniş dəyişikliklərin olacağını ehtimal edirik. Ən başlıca məsələ ondan ibarətdir ki, iqtisadiyyatın liberallaşması getməlidir ki, Azərbaycan insanı hər gün yuxusundan oyanıb London və ya Nyu-York birjalarında katirofkaları izləmək məcburiyyətindən azad olsun.

Manatın kursu həmişə ölkədə siyasi sabitlik, təhlükəsizlik kursu kimi olub. Manatın kursu sadə insanları dövlət ətrafında birləşdirə bilib. Neft bumu sönürsə, əsl hökumətlərin vəziyyəti üzə çıxır, əsl peşəkarlar ortaya gəlir. Ona görə də cənab prezidentin çıxışındakı həmin tezisləri 2016-cı il üçün böyük siyasi, iqtisadi dəyişikliklərin anonsu kimi də qəbul eləyə bilərik. Bu mənada əminəm ki, hökumət çox mühüm qərarlar qarşısındadır. Cənab prezident də bu prosesləri aparmağa iradəlidir. Lakin etiraf eləmək lazımdır ki, bu, o qədər asan məsələ deyil. Yəni cənab prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb. Bir tərəfdən Qarabağ məsələsində dünya erməniçiliyi ilə savaş vəziyyətindədir. İkincisi, siyasi sistemdə dəyişikliklər həyata keçirmək yönündədir. Üçüncüsü, iqtisadi sferada böyük dəyişikliklər ərəfəsindədir”.

Z.Oruc sonda vurğuladı ki, bu prosesin kifayət qədər ehtiyatlı aparılması gərəkdir ki, hökumət müxtəlif siyasi toqquşmalardan kənarda dayana bilsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14
“Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10
Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00
Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55
TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52
Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48
“Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35
Vəziyyət dəyişir: - Putinə “yaşıl işıq” yandırıldı
Bu gün, 10:32
Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 10:28
Ağcabədidə FERMER ÜSYANI... - Başçıya HÜCUM ETDİLƏR...
Bu gün, 10:18
Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj - sülh, inkişaf və strateji liderliyin zirvəsi
Bu gün, 10:05
Araz Ağalarova qarşı icraatdan sonra Emin Rusiyadakı konsertini ləğv etdi - AÇIQLAMA
Bu gün, 10:02
"Dedim, bilirsən ki, mənim nə boyda oğlum var?"
Bu gün, 09:59
Bonus pulu iki aydır gecikdirilir: Həkimlər özlərini cəhbə bölgəsində hiss edirlər... - Maliyyə Nazirliyi kütləvi narazılıq yaradır
Bu gün, 09:50
Sosial şəbəkələrdə MARKETİNQ OYUNU – Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?
Bu gün, 09:45
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:41
Qardaşlıq üzərində qurulan strateji tərəfdaşlıq - MƏQALƏ
Bu gün, 09:39
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 09:37
Paşinyan anons etdi: - Növbədənkənar katolikos seçkisi olacaq
Bu gün, 09:31
Valyuta bazarında kritik durum – Manat 4 il sonra ilk dəfə belə oldu
Bu gün, 09:23
“Qoca” ləqəbli avtoritetin cinayət ortağı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:21
“Hələ də “ov” soyad sonluğundan qurtulmamışıq” - Sabir Rüstəmxanlı
Bu gün, 09:13
Rusiya başını itirmiş ayı kimi davranır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Rusiyaya çörəkpulu üçün gedənlər Azərbaycana qayıtmalıdırlar - ÇAĞIRIŞ
Bu gün, 09:08
Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion iddia - Middle East Eye
Bu gün, 09:04
Separatçılığın cibindən çıxan pullar - RƏY
Bu gün, 09:00
Universitet xətrinə universitet, diplom xətrinə diplom mexanizmi - NƏ ETMƏLİ...
Bu gün, 08:52
`Dəniz Klinikası` bu dəfə yaşıllığa qənim kəsildi... - FOTOFAKT
Bu gün, 08:49
İşəgötürənin borcudur ki... - Ekspert danışır...
Bu gün, 08:36
Moskva ilə “soyuq müharibə”: Bakı və İrəvan müttəfiqə çevrilir - GƏLİŞMƏ
Bu gün, 08:33
Pulun `Kapital Bank`dadırsa... BATDIN! - BU DA FAKT!
Bu gün, 08:29
Bülbülün başından böyük ÖTMƏKLİYİ... - replika
Bu gün, 08:16
İsrail İran və Suriya ilə bağlı Rusiya ilə gizli danışıqlar aparır
Bu gün, 08:09
İrəvan–Moskva münasibətləri də kəskinləşir – “Qardaşlıqdan” açıq qarşıdurmaya
Bu gün, 07:12
"Tədris dili olaraq rus dili artıq müasir dünyaya uyğun deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:07
Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər
Bu gün, 07:03
"Rus dili insanların şüurunda travma yaradıb, rus bölmələri sıradan çıxacaq" - Məzahir Məmmədli
Bu gün, 06:47
"Səs yazısının əlimizdə olması bir daha göstərir ki, təyyarəmiz qəsdən vurulub" - deputat
Bu gün, 06:45
Qazaxıstanda Azərbaycan təyyarəsinin vurulması üçün əmri RUSİYA MN VERİB? - Ekspert AÇIQLADI...
Bu gün, 06:42
Sahib Məmmədovun yaxın qohumu vəzifədən getdi - AHİK-də daha bir dəyişiklik
Bu gün, 06:39
Rövşən Nəcəf gəldiyi gündən bəri... - SOCAR geriyə gedir...
Bu gün, 06:35
9.8 milyon manatlıq vergi borcu olan "ELTA Development” QSC 13 gündə 5 tender müqaviləsi imzalayıb - AXI NECƏ...
Bu gün, 06:28
Qayıbovun ŞÜBHƏLİ tender ortağı - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Binəqədidə qara-qura işlərə O BAXIR - İLGİNC
Bu gün, 06:20
Azərbaycanda internet kəsilə bilər - “Kiberhücumlar gözləniləndir”
Bu gün, 06:14
Rusiyanın Cənubi Qafqazı qarışdıran ÇOMAĞI - "Təxribatlar artsa..."
Bu gün, 06:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru