ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ .....                     Tramp zərbədən öncə hər kəsi belə aldadıb... .....                     ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib .....                     Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ .....                     "Azəriqaz"da saxta imtahan, yoxsa... .....                     1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... .....                     “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... .....                     Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi .....                     Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… .....                     Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub .....                     "İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                 

“Azərbaycana yeni müharibə elan edilib” - FAKT BUDUR...
Tarix: 12-08-2023, 09:17 | Çap et
“Azərbaycana yeni müharibə elan edilib”
Bu həftə Xankəndidəki oyuncaq rejimin “parlament rəhbəri” seçilən Daşnaksütyun partiyasının üzvü David İşxanyan, “seçkidən” əvvəl əsas nitqlə çıxış edib. O, nitqində açıq şəkildə Qarabağ ermənilərinin “müstəqillik hüququnun” reallaşması üçün mübarizə aparacağını bildirib.

1988-ci il “Qarabağ hərəkatı”nın fəal iştirakçısı olan İşxanyan İrəvanı Qarabağ məsələsində “aradan çıxmaqda” ittiham edib və “yeni yollar və tərəfdaşlar axtarmalı olduqlarını” bildirib.

“Lakin bizim bütün səylərimiz 1988-ci ildə formalaşmış mühüm strateji məqsədin həyata keçirilməsinə yönəldiləcək”, – o, qeyd edib.

Daha sonra o, “Qarabağın və onun xalqının təhlükəsizlik sisteminin əsas qarantı olan Qarabağ ordusunun” qorunub saxlanmasının və gücləndirilməsinin vacibliyini vurğulayıb.

İşxanyan Ermənistanla Qarabağ arasında münasibətlərin pisləşdiyini etiraf edərək, “parlamentlərarası əlaqələri” gücləndirməyə çağırıb.

Qeyd edək ki, İşxanyanın “parlament rəhbəri” seçilməsi Qarabağda birmənalı qarşılanmayıb. İşxanyanın özünün dediyinə görə, onun namizədliyi üçün hazırkı “prezident” Arayik Arutyunyan, eləcə də separatçıların əvvəlki iki lideri Bako Saakyan və Arkadi Qukasyan kampaniya aparıblar.

İşxanyanın açıqlamalarından belə nəticəyə gəlmək olar ki, separatçı liderlər əhalini yeni müharibəyə hazırlayır və rəsmi İrəvandan fərqli olaraq, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq niyyətində deyillər.

Belə çıxır ki, vəziyyət getdikcə daha da pisləşir. Əvvəlcə Araik Arutyunyan böyük bir televiziya müsahibəsi verir və bu müsahibədən hiss olunur ki, o, regionda yeni reallıqları qəbul etməkdən və ən azı bir qədər konstruktivlik nümayiş etdirməkdən xeyli uzaqdır. İndi isə “parlamentin rəhbəri” kimi barışmaz separatçı peyda olub və Qarabağ ermənilərinin bundan sonra yaşamalı olduğu yeni şərtlərə dözmək istəmir. Separatçı elitanın bu minvanla hara getdiyi ciddi sual doğurur. Yaşananlara az-çox rasional izah verərək belə nəticəyə gəlmək olar ki, onları fantastik bəyanatlar səsləndirməyə Moskva sövq edir, əvəzində şəxsi təhlükəsizlik və nəsə baş verdiyi təqdirdə Qarabağdan çıxarmaq zəmanət verir. Yeri gəlmişkən, sərt çıxışları ilə Azərbaycan hakimiyyətini qıcıqlandıran İşxanyan və Arutyunyan belə bir “nəsənin” baş vermə ehtimalını daha da yaxınlaşdırırlar. Bəs bütün bunlar kimə lazımdır və bütün bunlar sonda necə bitə bilər?

“Biz lap əvvəldən bu barədə danışırıq: zaman keçdikcə vəziyyət daha da pisləşəcək və Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingenti Ermənistan hakimiyyəti və Xankəndi ilə razılaşdırılmış siyasət apararaq, münaqişənin həllinin son nöqtəsinə çatmağa imkan verməyəcək”.

DİA.AZ bildirir ki, bunu Press Kluba açıqlamasında politoloq, təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl deyib. “Ona görə də, 44 günlük müharibə başa çatdıqdan sonra biz təzyiqlərin artırılmasının və Xankəndi məsələsinin qalib dövlət mövqeyindən həllinin vacibliyini xüsusilə vurğulayırdıq”.

Onun fikrincə, son hadisələr – Araikın dünya birliyinə müraciəti, daşnak İşxanyanın qondarma “parlament sədrliyinə” gətirilməsi yeni strateji hədəflər olduğunu göstərir. “Hətta deyərdim ki, Araikin “təcili xəbərdarlıq çağırışı” Azərbaycana müharibə elanı idi. Xəbərdarlığın tonu, Azərbaycanı “humanitar fəlakətin yaradıcısı” kimi qələmə verərək beynəlxalq ictimaiyyət tərəfindən təzyiq cəhdi və Azərbaycanı bilərəkdən təxribata cəlb etmək müharibə elan etməyə bərabərdir.

Bu, təkcə separatçı rejimin liderlərinin deyil, Rusiyanın da mövqeyidir”, – politoloq hesab edir.

“Ermənistanda hakimiyyəti dəyişdirə bilməyən Rusiya Xankəndinə Paşinyana müxalifətdə olan daşnak partiyasının üzvünü parlamentə gətirir. Baş nazir Paşinyanın daşnak partiyasının xaricdə fəaliyyət göstərən bəzi üzvlərinə Ermənistana girişi qadağan etdiyi bir vaxtda Xankəndinə parlamentə daşnakın təyin edilməsi sadə siyasi gediş deyil. Bu o deməkdir ki, Xankəndində Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan daşnak bürosunun üzvü hakimiyyətə gətirilir, Qarabağ məsələsində Azərbaycana beynəlxalq təzyiqlər artır, rəsmi İrəvandansa, diasporla əməkdaşlıq etmək daha məqsədəuyğun hesab olunur. Bu, Rusiyanın rəhbərlik etdiyi separatçı rejimin yeni siyasi xəttidir və bunu onun strateji hədəflərinin dəyişməsinin əlaməti kimi qiymətləndirmək lazımdır. Araik Aruyunyanın İrəvana deyil, dünyanın aparıcı siyasi qurumlarına, o cümlədən BMT-yə, ABŞ, Fransa və Rusiya dövlət başçılarına son təcili müraciəti və beynəlxalq qüvvələrdən kömək istəməsi (əslində bu, istək deyil, tələbdir) yeni xəttin canlı nümunəsi hesab edilə bilər. Araik müraciətində Ermənistana mesaj göndərdi ki, “bizim sizə elə də böyük ehtiyacımız yoxdur, amma “Artsax” haqqında danışanda daha ağıllı olun”. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Xankəndi separatçıları üçün o qədər də önəmli deyil. Hətta iki ölkə arasında sülh sazişi imzalansa belə, onların “öz müqəddəratını təyinetmə” uğrunda mübarizəsi, daha doğrusu, müharibəsi davam edəcək”, – ekspert qeyd edib.

İlham İsmayıl hesab edir ki, bu prosesə ən ciddi təsir göstərə biləcək bir tərəf, bir qüvvə var – Azərbaycan. “Azərbaycan bir-birinin ardınca siyasi və hərbi təzyiq göstərməli, qarşı tərəfi çıxılmaz vəziyyətə salmalıdır. Ən azından neytrallaşdırmaq baxımından Türkiyənin Rusiyaya təzyiqini artırmaq lazımdır.

Erməni sərt təpki görməsə gedəcək məxluq deyil. Bir daha təkrar edirəm: Ermənistan silahlı qüvvələrinin ərazimizdən çıxarılmasının şərtləri müəyyən və elan edilsin; keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtması üçün zəruri siyasi və diplomatik addımlar gündəmə gətirilsin; Rusiya sülhməramlıları ilə təcili danışıqlar aparılsın və humanitar yüklərin Ağdam yolu ilə çatdırılması məsələsi həll edilsin; düşmənin son çağırışına qarşı beynəlxalq ictimaiyyət qarşısında informasiya təbliğatı aparılsın.

Sonda bu proses nəyə gətirib çıxara bilər? Azərbaycan 2025-ci ilə qədər məsələni həll edə bilməsə, tamamilə mümkündür ki, gələcəkdə beynəlxalq şərtlər və konyuktura bizim əleyhimizə işləsin. O zaman hesab edə bilərik ki, Rusiya Qarabağda qeyri-müəyyən müddətə qalmaq siyasətini davam etdirəcək”, – ekspert yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
Bu gün, 07:00
1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... - İTTİHAM VAR...
Bu gün, 06:49
“N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi - "Pul yığmaq barədə şikayət etsəniz..."
Bu gün, 06:36
Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… - AKTUAL
Bu gün, 06:23
Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub - ABŞ-nin İrana hücumunun təfərrüatı
Bu gün, 06:19
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
21-06-2025, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
21-06-2025, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
21-06-2025, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
21-06-2025, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
21-06-2025, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru