“Laçın dəhlizinə görə kimsə Azərbaycana təzyiq edə bilməz” - Partiya sədri
Tarix: 3-08-2023, 15:43 | Çap et
 “Azərbaycan beynəlxalq hüquqla təsbit edilən müstəqil və suveren dövlətdir. Azərbaycan öz ərazisində suveren addımlar atmaq, sərhəd qapısı açmaq və bağlamaq hüququna malikdir. Bundan başqa, beynəlxalq hüquqda həm də suverenliyin bərabərliyi hüququ var. Başqa sözlə, böyük dövlətlərin suverenlik baxımından hansı hüquqları varsa, biz də eyni hüquqlara malikik. Qısası, indi Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı Azərbaycana edilən təzyiqlər əsassızdır və olduqca cılızdır. Azərbaycan hüquqla haqqı olduğundan bu cür də davam etməlidir”.
DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu əlavə edib ki, ərzaqla doldurulmuş 20 yük avtomobili Laçın sərhəd-keçid məntəqəsinin qarşısında gözləyə bilər, amma son qərarı Azərbaycan tərəfi verəcək:
“Açığı, ermənilər çox cılız aksiyalar keçirir, guya bununla Azərbayana qarşı kampaniya aparırlar. Düşünürlər ki, Azərbaycan bu təzyiqlərə boyun əyə bilər. Amma belə bir şey yoxdur və olmamalıdır. Niyə Azərbaycan bu təzyiqlərin qarşısından çəkilməlidir? Əvvəla Azərbaycan beynəlxalq hüquqla doğru olanı edir, ərazisində suveren addımlar atır. Buna görə kimsə Azərbaycan dövləti qarşısında məsələ qaldıra, tələb irəli sürə bilməz. Odur ki, indi hər şey Azərbaycan dövlətininn iradəsindən və sistemli davranışından asılıdır. Ümid edirəm ki, proseslərə indiki kimi davam edəcəyik”.
ADP sədrinin deyib ki, indiki halda Azərbaycan doğru mövqe tutub və dövlət başçısının apardığı xətt maraqlarımızın müdafiəsi baxımından qüsursuzdur.
“Laçın dəhlizindən həmin yüklərin keçməsinə icazə vermək olmaz! Biz belə davam etməli, paralel olaraq alternativ yol təklif etməliyik. Eyni zamanda, əgər Xankəndi şəhərində humanitar problem yaranarsa, Azərbaycan dövləti müvafiq addımlar atmalı, təminatı həyata keçirməli, oradakı əhalini sosial qayğı altına almalıdır”, - deyən S. Cəlaloğlunun fikrincə, indiki halda ermənilərin “humanitar böhran” görüntüsü yaratmaqda bir məqsədləri var -Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına imkan verməmək, onları Azərbaycana qarşı kökləmək. Yəni, bununla həm də Qarabağdakı ermənilərin Azərbaycan ilə dialoqa başlamasının, pensiya və sosial təminatlardan yararlanmalarının qarşısını alırlar.
S. Cəlaloğlu hesab edir ki, ermənilərin hərəkəti demoqogiyadan başqa bir şey deyil:
“Əvvəla, Azərbaycan müharibədə qalib gəlib, eləcə də Türkiyənin dünyada rolu getdikcə artır. Həmçinin dünyanın hamısı artıq erməni şərini müdafiə etmir. Hətta Rusiyada da ermənilərə ikili münasibət var və problemlər görünür. Eyni zamanda Türkiyə Cənubi Qafqazda aparıcı ölkələrdən biridir və onun icazəsi olmadan kimsə şərtləri dəyişdirə bilməz. Düşünürəm ki, Ermənistanın ən yaxşı perspektivi qanun çərçivəsində Azərbaycanla əməkdaşlıq etməkdən, sülh sazişindən keçir”.
Partiya sədri Xankəndi şəhərindəki erməni icması nümayəndələrinin Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə görüşü haqda yayılan məlumatları da şərh edib: “Qarabağ, Xankəndi Azərbaycan ərazisidir. Burada üçüncü tərəflərə ehtiyac yoxdur. Azərbaycan hökuməti görüşü harada istəsə, orada keçirə bilər. Təbii ki, mən ölkə daxilini nəzərdə tuturam. Xankəndidəki ermənilərlə ikinci ölkədə görüş qətiyyən yolverilməzdir və rəsmi Bakı da bu kimi təklifləri qəbul etmir. Mənim şəxsi fikrim budur ki, ermənilərlə yalnız Bakıda görüşmək və müzakirələr aparmaq lazımdır. Onlar Bakıda görüşdən imtina edir, guya paytaxta gəlmələrini boyunəymə kimi qəbul edirlər. Amma biz də görüşün daha çox Bakıda keçirilməsinə çalışmalıyıq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
|