"Azərbaycana ən böyük zərbəni vuran odur!" - Surət Hüseynov necə xatırlanacaq...
Tarix: 1-08-2023, 14:34 | Çap et
 Ötən gün Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib. 64 yaşlı Hüseynov Moskvadan İstanbula gələrkən vəziyyəti pisləşib. O, özəl xəstəxanalardan birinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək. Sabiq hökumət başçısı Gəncədə valideynlərinin məzarı yanında dəfn olunacaq.
Ölümü ilə yenidən gündəmə gələn “Qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynova münasibət birmənalı deyil. 1990-cı illərin siyasi proseslərinə yaxından bələd olan bir çox insanlar onu dövlət xaini kimi qələmə verir. Bəziləri isə Hüseynovla bağlı fərqli düşüncədədir.
Qısaca xatırladaq ki, o, 1993-cü il iyunun 4-ü və 1994-cü ilin oktyabrın 2-də olmaqla, iki dəfə dövlət çevrilişinə cəhd edib. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verib. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Bakıya gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Onun törətdiyi əməllərə görə Azərbaycanda dəfn olunacağı xəbəri də xoş qarşılanmayıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə neqativ şərhlər daha çox diqqət çəkir. Tənqidçilər, xüsusilə müxalifət təmsilçiləri eks-baş nazirin Azərbaycanda dəfninin yolverilməz olduğunu bildirirlər.
Bəs, Surət Hüseynov Azərbaycan xalqı tərəfindən necə xatırlanacaq?
DİA.AZ bildirir ki, modern.az bir neçə müxalif partiya funksionerindən bununla bağlı münasibət öyrənib.
Ümid Partiyasının sədri İqbal Ağazadə düşünür ki, Surət Hüseynovun əməlləri tarixçilər tərəfindən qiymətləndirilməlidir:
"Dünyasını dəyişən adamın arxasınca mənfi danışa bilmərəm. Sürət Hüseynov və onun fəaliyyəti barədə tarixçilər araşdırma aparacaq, fikir söyləyəcəklər. Məhkəmə qarşısına çıxıb. Məhkəmənin işi olub. Məhkəmə onun fəaliyyətini bu və ya digər şəkildə araşdırıb, qiymət verib. İndi heç kimin ixtiyarı yoxdur ki, onun Azərbaycanda dəfn olunmamasını desin. O, Azərbaycan vətəndaşı idi və burada dəfn olunmalıdır".
Müsavat Pariyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı isə Surət Hüseynovun Azərbaycan tarixində qara ləkə kimi qalacağını deyib:
"Azərbaycana ən böyük zərbəni vuran, Azərbaycan xalqının demokratik inkişafının qarşısını alan odur. Ölümü haqq idi, təbii ki. Harada dəfn olunması məni qətiyyən maraqlandırmır. O, Azərbaycan tarixində həmişə qara ləkə kimi qalacaq".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Surət Hüseynovun xoş hadisələrlə xatırlanmayacağını söyləyib.
"Dəfnlə bağlı müxtəlif fikirlər səsləndirilir. Adam harada dəfn olunmalıdır? Məncə, burada dünyaya gəlib, burada da dəfn olunmalıdır. Əməlinin cəzasını alıb. Öləndən sonra hər bir şəxsin vətənində dəfn olunmaq hüququ var. Əlbəttə, Azərbaycan xalqı onu xatırlamayacaq", - ADP sədri vurğulayıb.
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn isə Surət Hüseynovla bağlı danışmaq istəmədiyini, bundan sonra onunla bağlı açıqlama vermək niyyətində olmadığını deyib: "Artıq bu haqda danışmaq istəmirəm. Danışmayacağam".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59 |
|
|
|
• Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
• Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35 |
|
|
|
• “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29 |
|
|
|
• Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28 |
|
|
|
• Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16 |
|
|
|
• AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13 |
|
|
|
• İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09 |
|
|
|
• Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03 |
|
|
|
• Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00 |
|
|
|
• İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55 |
|
|
|
• İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53 |
|
|
|
• İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49 |
|
|
|
• “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44 |
|
|
|
• "İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42 |
|
|
|
• “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37 |
|
|
|
• Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30 |
|
|
|
• Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25 |
|
|
|
• Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21 |
|
|
|
• Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12 |
|
|
|
• “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01 |
|
|
|
• Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00 |
|
|
|
• İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55 |
|
|
|
• “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45 |
|
|
|
• QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41 |
|
|
|
• Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33 |
|
|
|
• Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29 |
|
|
|
• 2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27 |
|
|
|
• Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25 |
|
|
|
• Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23 |
|
|
|
• Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20 |
|
|
|
• Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18 |
|
|
|
• Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15 |
|
|
|
• Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13 |
|
|
|
• Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10 |
|
|
|
• AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04 |
|
|
|
• İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59 |
|
|
|
• Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58 |
|
|
|
• İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34 |
|
|
|
• Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31 |
|
|
|
• ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20 |
|
|
|
• Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16 |
|
|
|
• İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03 |
|
|
|
• SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57 |
|
|
|
• Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44 |
|
|
|
• Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40 |
|
|
|
• ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20 |
|
|
|
• Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23 |
|
|
|
|