Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                 

"Normal prosesdir, ermənilərin Azərbaycan dilini bilməsinə ehtiyac var" - ekspert
Tarix: 5-11-2021, 08:23 | Çap et
"Normal prosesdir, ermənilərin Azərbaycan dilini bilməsinə ehtiyac var"
Xankəndidə ilk Azərbaycanşünaslıq mərkəzinin açılışı olub. “Yeni Müsavat” “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, keçmiş erməni deputat Karo Karapetyanın adını daşıyan mərkəz onun arvadı və oğulları, həmçinin “Genesis Armenia” fondunun səyləri nəticəsində yaradılıb. İlkin mərhələdə mərkəzdə Qarabağ bölgəsində məskunlaşmış ermənilərə Azərbaycan dili pulsuz öyrədiləcək. Məlumata əsasən, layihənin məqsədi təhsilli, “milli və dövlət” maraqlarından xəbərdar olan, həmçinin Azərbaycan dilini bilən vətəndaşlar hazırlamaqdır. Mərkəz Qarabağ Universitetinin binasında yerləşir. Xəbərdə o da qeyd edilib ki, mərkəzdə hazırlanan kadrlar Azərbaycana qarşı informasiya savaşında iştirak edəcəklər.

Bu ilin sentyabrında Ermənistanda da ixtisaslaşmış Azərbaycan dili mərkəzi açılıb. Məqsəd Ermənistanda Azərbaycan dilinin tədrisindəki boşluğu doldurmaqdır. Habelə, İrəvan Dövlət Universitetində də Azərbaycan dili tədris olunur. Eynilə Bakı Dövlət Universitetində və Xarici Dillər Universitetində erməni dili tədrisi var. Amma ermənilər millət olaraq, ikinci dil öyrənməyə adətən həvəsli olmurlar. İndi Azərbaycan dilinə marağın artmasında məqsədin “mehriban qonşuluq olduğunu” söyləmək çətindir.

Məlumdur ki, düşmən ölkənin xüsusi xidmət orqanlarında Azərbaycan dili kəşfiyyat məqsədilə öyrədilir. Bəs ermənilərin niyə məhz müharibədən sonra Azərbaycan dilinə marağı yaranıb? 44 günlük müharibədən sonra niyə bu cür qərar verildi? Ermənilərin dilimizə artan marağının arxasında nə dayanır? Ümumiyyətlə, ermənilər üçün istənilən dili öyrənmək nə dərəcədə asandır? Əgər onların arasında gələcəkdə Azərbaycan pasportu daşımaq fikrində olan varsa, mütləq Azərbaycan dilini öyrənəcəklər, yox, niyyət informasiya müharibəsində güclənməkdirsə, deməli, hələ də separatçı rejim oradakı gələcəyini təsəvvür edə bilmir. Onlar bölgədə “artsax”ın əbədi yaşacağını güman etdikləri üçün belə fikirlərə düşürlər. Necə ki, qondarma rejimin kukla parlamentini Şuşaya köçürmək istəyirdilər, indi heç Şuşaya yaxınlaşa bilmirlər.

Bəzi iddialara görə, ermənilər indi də Qarabağda “milli-mədəni muxtariyyət” “eşqinə” düşə bilərlər ki, bu məqsədlə də ilk “addım” olaraq Azərbaycan dilini öyrənmək istəyirlər. Siyasi “status”dan əlini üzən ermənilər “milli-mədəni muxtariyyət” ala bilərlərmi? Ümumiyyətlə, milli-mədəni muxtariyyət nə deməkdir?

Türkiyədə yaşayan professor Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, bunu normal prosedur saymaq lazımdır. Onun fikrincə, Azərbaycanda da ermənişünaslıq var və qonşunun dili öyrənilməlidir. T.İsmayıl hesab edir ki, inteqrasiya nöqteyi-nəzərdən qonşuların dilini bilməyə ehtiyac var: “Plan məxfi olsa da, yaxınlaşmağa, inteqrasiyaya hesablanıb. Azərbaycan dilini kəşfiyyat məqsədilə öyrənmək onsuz da var, bizim dili bilən yetərincə erməni də var, ona görə bu cür mərkəzləri kəşfiyyat məqsədilə açıq elan etməzlər. Sadəcə, normal prosesdir, ermənilərin Azərbaycan dilini bilməsinə ehtiyac var”.

T.İsmayılın sözlərinə görə, milli-mədəni muxtariyyət ana dilində təhsil almaq, mədəni tədbirlərini təşkil etməkdir və Azərbaycan erməni vətəndaşlarına bu haqları tanıyıb: “Dünya praktikasında da var. Azərbaycan da buna hazırdır. Əslində 1992-ci ildə bütün milli azlıqlara tanınan haqlar verilib, o haqlarda mədəni muxtariyyət üstündür. Çünki dövlətin götürdüyü öhdəlikləri var və onlar kompakt yaşadıqları yerdə öz tədbirlərini keçirməkdə sərbəstdirlər. O baxımdan Xankəndində Azərbaycanşünaslıq mərkəzinin açılmasını inteqrasiya prosesi kimi görürəm”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd etdi ki, inteqrasiyadan söhbət getmir: “Ermənilərin xislətinə yaxşı bələdəm. Onların prinsipi budur ki, düşmənin dilini bilmək lazımdır. Məncə, bu mərkəzlərin açılması kəşfiyyat işi və informasiya müharibəsi məqsədi daşıyır. Biz də onların dilini öyrənməliyik ki, ermənilərin nə dediyini anlayaq”.

E.Şıxlının sözlərinə görə, əslində ermənilər yalandan deyəcəklər ki, Azərbaycan dilinin tədrisində məqsəd inteqrasiyadır: “Amma belə deyil. Milli-mədəni muxtariyyət verilməsinə gəlincə, biz kiməsə borclu deyilik. Əgər adam kimi bu ölkədə yaşayacaqlarsa, Azərbaycan Konstitusiyasının hüquqlarından istifadə edəcəklər. Bizim konstitusiyada milli-mədəni muxtariyyət yoxdur, ermənilər məktəb açıb oxuyacaqlar, mahnılarını ifadə edəcəklər. Ümumiyyətlə, ömrü boyu kiməsə özümüzü borclu bilmişik, axırda boynumuzda oturublar. Bu zehniyyətdən xilas olmalıyıq”.

Politoloq Tofiq Abbasovun fikrincə, burada əsas vurğu milli-mədəni muxtariyyət məsələsidir. Onun sözlərinə görə, bununla belə, Ermənistandan sülh istiqamətində pozitiv işartılar görünmür: “Paşinyan açıqlamalar verir, amma sözdən o yana keçmir, hərəkətdə tərpəniş yoxdur. Gah deyirlər ki, Qarabağın ”status"u gündəmə gəlməlidir, gah deyirlər Minsk Qrupu son sözünü deməyib... Yəni bu cür fikirlər ümidverici deyil. Ona görə Xankəndində Azərbaycanşünaslıq mərkəzinin açılması ilə guya “dövlətlərarası münasibətlər”i oturuşmuş komponent kimi göstərməyə çalışırlar. Onsuz da Qarabağın müstəqilliyi söhbəti yoxdur, 25 min nəfər üçün nə dövlət ola bilər? O səbəbdən guya Azərbaycanla münasibətləri qurmaq üçün uşaqlarına bizim dili öyrədirlər".

Analitikin fikrincə, indi daha vacib məsələ var: “Sülhməramlılar çalışır ki, toqquşma olmasın. Ancaq İrəvan açıq bəyan etsin ki, bizə qarşı ərazi iddiası yoxdur, kommunikasiyalar açılmalıdır. Hazırda revanşistlər Paşinyanı təhrik edirlər ki, Qarabağa gəlsin, amma baş nazir bunu etmir. Paşinyan mesaj verir ki, biz münasibət qurmağa hazırıq, bunun bir komponenti də guya Xankəndində Azərbaycanşünaslıq mərkəzidir. Qarabağdakı revanşistlər də sağlam dalğaya köklənməlidirlər, çünki proses onların iradəsində deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru