AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                 

"Bəzi müsəlman dövlətləri üçün qardaşlıq, dini inanc yalnız sözdə qalıb" - ETİRAZ
Tarix: 29-10-2021, 08:20 | Çap et
"Bəzi müsəlman dövlətləri üçün qardaşlıq, dini inanc yalnız sözdə qalıb"
“Bir neçə gün öncə Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər etdi. Onu hava limanında krallığın Xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb. Ermənistan prezidentinin Səudiyyə səfəri bir neçə məqamı ilə yadda qaldı. Hər kəsə məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalına etiraz əlaməti olaraq Səudiyyə Ərəbistanı və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyildir. Ancaq indi baş verənlər vəziyyətin heç də belə olmadığını göstərmiş oldu”.

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, əldə edilən məlumatlara əsasən rəsmi də olmasa Səudiyyə krallığı ilə Ermənistan arasında artıq bir neçə ildir ki, yaxınlaşma hiss edilməkdədir:

“Xüsusilə də, 2010-cu ildə Səudiyyə Ərəbistanında Məhəmməd ibn Salmanın hakimiyyətə gəlişi ilə Səudiyyə və Ermənistan arasında isti münasibətlərin təməli qoyulmağa başladı. Tərəflər arasında münasibətlərin daha da intensivləşdiyi dövrün məhz 2018-ci ildən bəriyə təsadüf etdiyini demək mümkündür. Üzdə müsəlman təəssübkeşliyindən və din qardaşlığından danışan Səudiyyə krallığının vəliəhdi Məhəmməd ibn Salman və kral Salman bin Əbdüləziz 2018-ci ilin sentyabr ayında yarandığı gündən əli müsəlman qanına batmış Ermənistana müstəqillik günü münasibətilə təbrik mesajı ünvanlayıb. 2019-cu ilin aprel ayında qondarma erməni soyqırımı ərəfəsində Səudiyyə şəhzadəsi Rima bin Bəndər əl-Səud “erməni genosidini” qəbul etmədiyi üçün Türkiyəyə qarşı sərt ittihamlar səsləndirməsi və II Qarabağ savaşı dövründə Birləşmiş Ərəb Əmirliyinin Əl-Ərəbiyyə telekanalında Ermənistan Prezidenti Armen Sarkisyanın çıxışlarının yayımlanması isə onu göstərir ki, bəzi müsəlman dövlətlərində dini təəssübkeşlik və din qardaşlığı yalnız sözdə qalıb. Məsələ burasındadır ki, bu addım yalnız Səudiyyə Ərəbistanı tərəfindən atılmayıb. Bu gün Ermənistanla istər siyasi və diplomatik səviyyədə, istərsə də digər səviyyələrdə əlaqələr quran müsəlman dövlətlərinin sayı daha çoxdur. Bu dövlətlər arasında Birləşmiş Ərəb Əmirliyi, İordaniya və digər müsəlman dövlətləri də var”.

Politoloq əlavə edib ki, ərəb ölkələrinin atdıqları bu addımlar, əlbəttə ki, həm Azərbaycan, həm də Türkiyə tərəfindən təəssüf hissi və narahatlıqla qarşılanmaqdadır:

“2019-cu ilin aprel ayında Türkiyə və Azərbaycana qarşı din qardaşlığına sığmayan addım ataraq Birləşmiş Ərəb Əmirlikləri Qondarma Erməni Soyqırımını tədricən tanımağa başlayacağını rəsmi şəkildə bildirdi və Abu Dabi Əmirliyi 2019-cu ilin aprel ayında qondarma soyqırımı tanıdı. Bir müddət sonra isə Birləşmiş Ərəb Əmirliklərinin liderləri Şeyx Xəlifə bin Zayed Əl Nahyan əli azərbaycanlı və eyni zamanda müsəlman qanına batmış Ermənistanı 21 sentyabr 2020-ci ildə Müstəqillik Günü münasibətilə təbrik etdi. Bu isə Azərbaycan-Birləşmiş Ərəb Əmirliyi əlaqələrinə mənfi təsir göstərmiş oldu. Birləşmiş Ərəb Əmirliyinin Ermənistan sevdası bununla da kifayətlənmədi və yayılan məlumatlara əsasən II Qarabağ savaşı dövründə Ermənistana Birləşmiş Ərəb Əmirliyi tərəfindən hərbi texnika ilə də yardım göstərildiyi deyilir. Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşı dövründə Ermənistan Prezidenti Armen Sarkisyan iki dəfə Birləşmiş Ərəb Əmirliyinə səfər edib. Bu səfərin məqsədinin tərəflər arasında siyasi, iqtisadi və hərbi sahədə əlaqələrin gücləndirilməsi olduğu bildirilir”.
Siyasi analitik bildirib ki, Ermənistanla əlaqələri inkişaf etdirən digər müsəlman dövlətlərindən biri də İordaniyadır: “Tərəflər arasında uzunmüddətli əlaqələrə toxunmadan onu qeyd etmək olar ki, son iki ildə Ermənistan Prezidenti Armen Sarkisyan İordaniyaya iki dəfə səfər edib. Sarkisyanın İordaniyalı həmkarı II Abdullah ilə bir görüşü 2019-cu il aprel ayında Ermənistan prezidentinin İordaniyaya səfəri zamanı baş tutub, ikinci görüş isə II Qarabağ savaşından sonra, yəni 2020-ci ilin noyabr ayında Ermənistan prezidentinin İordaniyaya səfəri ilə gerçəkləşdi. İordaniyanın isə Ermənistana belə qucaq açması artıq bəzi müsəlman dövlətləri üçün dini inancın o dərəcədə əhəmiyyətli olmadığını və öz xarici siyasətlərinin prioritet olduğunu deməyə əsas verir. İran-Ermənistan əlaqələrinə gəlincə isə burada vəziyyət hər kəsə gün kimi aydındır. Yəni İran və Ermənistan arasında siyasi, iqtisadi, mədəni və hərbi sahədə mövcud olan əlaqələr nə İran-Azərbaycan, nə də İran-Türkiyə arasında mövcud deyil. II Qarabağ savaşından sonra İran və Ermənistan, eyni zamanda İran və Azərbaycan arasında baş verən hadisələrə nəzər saldıqda vəziyyətin nədən ibarət olduğunu aydın şəkildə görmək mümkündür. Nəhayət, bütün bu baş verənləri nəzərə alaraq onu qeyd etmək mümkündür ki, Qarabağda əli müsəlman qanına batmış, 60-dan artıq məscidi dağıtmış, islami dəyərləri tapdalamış Ermənistanla özlərini müsəlman dövlətləri adlandıranların belə isti münasibətlər qurması onu göstərir ki, müasir dövrdə həmin dövlətlər üçün vacib olan dövlət maraqlarıdır.
Məhz bunları nəzərə alaraq dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həmin müsəlman dövlətlərinə çağırışlar edilib, hətta müəyyən mənada Ermənistanla münasibətlərdən çəkinməsi məqsədi ilə etirazlar da edilib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru