“Prezident İlham Əliyevin sərəncamını alqışlayır, hökuməti ciddi işlər görməyə çağırıram” - deputat
Tarix: 18-10-2021, 12:27 | Çap et
 “Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 16 oktyabr 2021-ci l tarixli sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edəcək”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.
T. Kərimli deyib ki, dünya iqtisadiyyatında bərpa meyllərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaradıb. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir: “Prezident məhz beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə belə bir sərəncam verib. Sərəncama əsasən Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb. Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir”.
Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini qeyd edib ki, Nazirlər Kabineti qısa müddətdə təklifləri hazırlayıb təqdim etməlidir: “Bu təkliflər əməkhaqqı, pensiya və müavinətlərin büdcənin imkanları daxilində mümkün qədər artırılmasını təmin etməlidir. Büdcədə bunun üçün mənbələr aşkarlamalıdır”.
T. Kərimli paralel olaraq iqtisadiyyatda hələ də müəyyən qədər qalmaqda olan kölgə iqtisadiyyatına, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsini, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafı istiqamətində ardıcıl addımların atılmasını vacib sayıb: “Prezident İlham Əliyev sərəncamında hökumətin üzərinə bu mühüm vəzifəni qoyur. Çox şadam ki, Milli Məclisdə qaldırılan bu kimi məsələlərə Prezident İlham Əliyev həssaslıqla yanaşır. Parlamentdə bu məsələlər dəfələrlə qaldırılıb. Əhalinin rifah halını yaxşılaşdırmaq çox vacibdir. Ona görə də Prezident İlham Əliyevin bu sərəncamını alqışlayıram və hökuməti bu istiqamətdə ciddi işlər görməyə çağırıram”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Bu gün, 18:07 |
|
|
|
• "Bir evdə yaşayırıq"
Bu gün, 18:04 |
|
|
|
• Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Bu gün, 17:53 |
|
|
|
• Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Bu gün, 17:48 |
|
|
|
• Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Bu gün, 17:45 |
|
|
|
• Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Bu gün, 17:36 |
|
|
|
• Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Bu gün, 17:34 |
|
|
|
• “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Bu gün, 17:31 |
|
|
|
• Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Bu gün, 17:26 |
|
|
|
• “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Bu gün, 17:22 |
|
|
|
• Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Bu gün, 17:19 |
|
|
|
• Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Bu gün, 17:15 |
|
|
|
• İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Bu gün, 17:09 |
|
|
|
• Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Bu gün, 17:05 |
|
|
|
• Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Bu gün, 17:02 |
|
|
|
• İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Bu gün, 16:58 |
|
|
|
• Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Bu gün, 16:52 |
|
|
|
• Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Bu gün, 16:49 |
|
|
|
• "Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Bu gün, 16:46 |
|
|
|
• Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Bu gün, 16:44 |
|
|
|
• “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Bu gün, 16:42 |
|
|
|
• Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Bu gün, 16:05 |
|
|
|
• ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57 |
|
|
|
• “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54 |
|
|
|
• Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46 |
|
|
|
• “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37 |
|
|
|
• Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01 |
|
|
|
• Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48 |
|
|
|
• “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39 |
|
|
|
• Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08 |
|
|
|
• Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01 |
|
|
|
• Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37 |
|
|
|
• Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34 |
|
|
|
• Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27 |
|
|
|
• Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13 |
|
|
|
• Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11 |
|
|
|
• Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06 |
|
|
|
• Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01 |
|
|
|
• Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58 |
|
|
|
• Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48 |
|
|
|
• Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42 |
|
|
|
• Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38 |
|
|
|
• İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37 |
|
|
|
• “Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33 |
|
|
|
• "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30 |
|
|
|
• Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28 |
|
|
|
|