Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                 

"Bəzən qələbə sözü kimlərdəsə qıcıq doğurur" - deputat
Tarix: 27-09-2021, 09:16 | Çap et
"Bəzən qələbə sözü kimlərdəsə qıcıq doğurur"
"27 sentyabr 2021-ci il Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün 44 günlük müharibənin başladığı gündür. 30 il öncə Ermənistan havadarları olmadan Azərbaycan ərazisini işğal edə bilməzdi. Bir yandan da Azərbaycan dağınıq, özünə gəlməyə çalışan qeyri-sabit, zəif, gücsüz bir dövlət idi, milli birlik isə yox idi, siyasətçilər də kreslo davasında, xeylisi də siyasi təcrübəsiz idi. Ermənistan da belə zamanda öz xislətini göstərdi, dar gündə çörək verənini, “dost” dediyini, qonşusunu arxadan vurdu. Prosesləri hər kəs bilir. Azərbaycanın daxilində nə sosial, nə siyasi stabillik vardı, ordu, silah, iqtisadiyyat yox idi, insanlar isə ac idi. Rusiya bizə acıqlıydı. Bütün çətinliklərə, güclərin qeyri-bərabərliyinə baxmayaraq Azərbaycan xalqı vuruşdu, hər qarış torpağı uğrunda canını qoydu, Rusiyanın silahlandırdığı Ermənistana qarşı bəzən ov tüfəngiylə vuruşdu".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

O bildirib ki, dünya da haqsızlığa, vəhşiliyə susdu:

"Amma biz sınmadıq, inamımızı itirmədik. Bu 30 ildə bəzən ümidsizliyə qapıldığımız da oldu, çünkü az müddət deyil 30 il, əsrin üçdə biri. Amma bir an da olsun qəbul etmədik torpaq itkisini, işğalı, durmadıq, gücləndik, güclü ordu qurduq, hər bir Azərbaycanlının beynində, dilində Qarabağ var idi, "Qarabağ bizimdir, bizim olacaq" şüarı var idi. Bu illər ərzində müharibə zamanı, işğala, Xocalıya, bir milyondan çox insanın yurdundan didərgin salınmasına susan dünya “sülhməramlı” missiyaya başladı.

Minsk qrupu yaradıldı və 30 il bu qrup turist səfərlərindən başqa bir işə yaramadı. Müharibədən bir neçə gün öncə kanalların birində dediyim kimi, nə xalqın, nə hökumətin, nə dövlət başçısının səbri qalmışdı və hər kəs anlayırdı, bu iş sülhlə olmayacaq. İllərdir savaş, qisas, torpaq həsrətiylə alışıb yanan xalq küçələrə axın etdi, hərbi komissarlıqların önü müharibəyə getmək istəyən insanlarla doldu-daşdı.

Yaşlı, gənc, hətta qadınlarımız canını ortaya qoymağa hazır idi. Tarix də belə bir birliyə çox nadir şahidlik edə bilərdi. İstər ön, istər arxa cəbhədə xalq varını-yoxunu ortaya qoydu. Ermənistan ordusu 44 gün ərzində demək olar darmadağın edildi, işğalda olan torpaqlar azad olundu. Azərbaycan ordusunun apardığı savaş dünya hərb tarixinə dərs kimi düşdü. Bütün dünya şokdaydı. İşğal olunmuş torpaqlarımız bir-birinin ardınca mütəşəkkil, güclü, müasir ordumuz, xalqımızın birliyi, mübarizliyi sayəsində işğaldan azad edildi".

Deputat qeyd eidb ki, Azərbaycan bu dəfə tək deyildi:

"Yanımızda qardaş Türkiyə də var idi. Şəhidlərin qanı bahasına çalınan zəfər. Bəzən qələbə sözü kimlərdəsə qıcıq doğurur. Bunu anlaya bilmirəm. Qələbə necə olur ki? Bəli, hələ tam aydınlaşmayan məsələlər, sülhməramlıların nəzarətində olan bəzi ərazilər var. Amma 44 gün ərzində Qarabağın işğal nəticəsində itirilən torpaqları azad edilib. Biz axı Lələtəpənin azad edilməsini illərlə bayram etmişdik. Necə olur ki, bu boyda ərazinin azad edilməsinə mız qoya bilirik? Xankəndi də Azərbaycandır. Sadəcə indi sülhməramlıların nəzarətində olan ərazilərdə də iki yüz əvvəl ora köçürülən ermənilər yaşayırdı.

Onlar da seçim etməli olacaqlar, ya Azərbaycan vətəndaşlığını qəbul edib bizim pasportumuzla yaşayacaqlar, ya da çıxıb Ermənistana gedəcəklər. İndi bir az da səbr edək. Bu qələbənin qürurunu hiss edək, xoşbəxtliyini yaşayaq. Biz artıq qalib ölkəyik, biz Azərbaycan tarixində ilk dəfə işğaldan torpaq azad etmişik, bunun qüruruyla yaşayaq. İndi isə həm də torpaqları azad edən, bu sevinci bizə yaşadan müharibə iştirakçılarının, əsgər və zabitllərimizin, şəhid ailələrinin qeydinə qalmalıyıq. Bu gün hələ də qapısı döyülməyən, diqqətə, qayğıya, işə ehtiyacı olan müharibə iştirakçıları var.

Səfərbər olunub onlara kömək olmaq, onları diqqətdə saxlamaq vacibdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Dünən, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Dünən, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Dünən, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Dünən, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Dünən, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Dünən, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Dünən, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Dünən, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Dünən, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Dünən, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Dünən, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Dünən, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru