Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                 

“Koronavirus uzun müddət davam etsə dövlətlər sıradan çıxa bilər” - deputat
Tarix: 31-08-2021, 10:13 | Çap et
“Koronavirus uzun müddət davam etsə dövlətlər sıradan çıxa bilər”
Dünya COVİD-19 pandemiyasından əziyyət çəkməkdə davam edir. Artıq bir sıra ölkələrdə virusa yoluxma və ölüm sayı yüksək həddədir. Qonşu Rusiyada koronavirusdan gündəlik ölüm sayı 700-800, İranda isə 500-600 arasında dəyişir.

Azərbaycanda hazırda virusun dördüncü dalğası yaşanmaqdadır. Bununla belə artıq virusun təbii proses olmadığı, süni şəkildə yayıldığı və idarə edildiyinə inananlar artır.

Milli Məclisin deputatı Vahid Əhmədov Reyting.az-a müsahibəsində deyib ki, ola bilsin, koronavirus hansısa dövlətlər tərəfindən ortaya atılıb, məqsəd dünya əhalisini vahimədə saxlayıb, sonradan onları idarə etməkdir:

- Əvvəla qeyd edim ki, mən dünən Türkiyədən Bakıya qayıtmışam. Qardaş ölkədə də bu xəstəliklə əlaqədar vəziyyət kritikdir. Bunu açıqlanan statistikadan da görmək olar.

Şimalda - Rusiyada da koronavirusla əlaqədar durum olduqca ağırdır, hər gün bir neçə yüz insan tələf olur.

İranda da durum ürəkaçan deyil.

Gürcüstanla bağlı gündəlik statistikanı da mətbuat davamlı verir. Yəni ilk olaraq qonşularımıza baxsaq görərik ki, durum heç də müsbət istiqamətdə inkişaf etmir.

ABŞ-da da durum pisdir.

Amma bəzi Avropa ölkələri demək olar ki, pandemiya ilə əlaqəli bütün məhdudiyyətləri götürüb. Məsələn, Danimarka qadağaları ləğv edib və bildirib ki, xəstəlik yoxdur, karantin qaydalarına ehtiyac duyulmur.

Azərbaycanda da son bir neçə gündə xəstəliklə əlaqədar artım hiss edilir. Gündəlik yoluxma faktiki 4 mini keçib. Məncə, bu ciddi siqnaldır. Hesab edirəm ki, bizim insanlarımız qoyulan qaydalara riayət etməlidir. Bir çox insan ümumiyyətlə, bu xəstəliyə inanmır, qoruyucu maska taxmır, gigiyenik qaydaları tamamilə bir kənara atıblar.

Bəli, son dövrlər toy mərasimlərinə faktiki icazə verildi və bu istiqamətdə də müəyyən qorxular var. İnsanlar toyda yaxın oturur, təmasa girir, məsafə qorunmur və s. Ona görə də ötən gün Baş nazir Əli Əsədov qərar verərək 50 nəfərlik mərasimlərdə də iştirak edənlərin xüsusi pasportlarının yoxlanılmasına “yaşıl işıq” yandırdı. Bu vacibdir. Nəzərə almaq lazımdır ki, proses ciddidir.

Bəzən deyirlər ki, koronavirus təxminən 2022-cü ilin sonlarına qədər davam edəcək. Hər dəfə problem yaranacaq, insan itkisi yaşanacaq. İnsanlarımız bu həqiqəti dərk etməli, fəal olmalı, Operativ Qərargahın qoyduğu qaydalara əməl etməlidir. Çalışmaq lazımdır ki, toy mərasimləri olsa da, məclisi daha az qonaqla yola versinlər, daha çox açıq məkanlardan istifadə etsinlər. Bütün bunlarla yanaşı bilmək lazımdır ki, koronavirus prosesi ciddidir, dünya buna əncam çəkə bilmir, kifayət qədər ölüm hadisələri var. Xəstələnənlərin sayı da çoxdur. Hətta peyvənd olunanlar arasında da bəzən vəfat edənlər olur. Bu, əslində bütün dünya xalqları və dövlətləri üçün bir bəladır. Kim necə bacarırsa bunun öhdəsindən gəlməyə çalışır.

- Son günlər sosial şəbəkələrin milli seqmentində insanlar xəstəlik və ona səhiyyənin münasibətindən gileylənir. Bu mənada prosesin idarə edilməsində qüsurlar yoxdurmu?

- Azərbaycan dövləti bu xəstəliklə mübarizəyə kifayət qədər maliyyə ayırıb, böyük işlər görülür. Hökumət çalışır ki, bunun qarşısını alsın. Ancaq bizim özümüzdən də çox şey asılıdır. Biz həm də özümüz öz həkimimiz olmalıyıq.

Şəxsən mən hər zaman qapanmanın əleyhinə olmuşam. Çünki qapanma dövlətə zərbə vurur, iqtisadiyyata zərər gətirir, əhalinin məvacibinə, gəlirlərinə neqativ təsir göstərir. Çalışmaq lazımdır ki, qapanma az olsun. Bunun üçün də yoluxma statistikası aşağı düşməli, ölüm halları olmamalıdır. Bunlara çatmalıyıq ki, qapanma olmasın.

Dövlət bu sahəyə 3 milyarda yaxın vəsait ayırıb. Ola bilsin ki, müəyyən əyrintilərə yol verilsin, korrupsiya şübhələri yaransın. Əsas odur ki, dövlət insanların sağlamlığı üçün addımlar atır. Əlbəttə, bunlar kifayət etmir.

Bir müddət müəyyən azalmalar oldu, tədbirlər müsbət nəticələr verdi. Amma yenidən artım müşahidə edilir. Yalnız toylara icazə verilmişdi. Məncə, bunu da araşdırmaq lazımdır. Hesab edirəm ki, bu işlə kifayət qədər ciddi məşğul olmağa ehtiyac var.

- Koronavirus təbii prosesdir, yoxsa süni formada idarə olunur?

- Hesab edirəm ki, dünyanı cənginə alan bu bəla təbii proses deyil. Ola bilsin ki, hansısa dövlətlər tərəfindən ortaya atılıb, məqsəd dünya əhalisini vahimədə saxlayıb, sonradan onları idarə etməkdir. Eləcədə müəyyən qədər dünya əhalisinin sayını azaltmağa hesablanmış ola bilər. Ümumiyyətlə, əhalini daima təzyiq altında saxlamaq üçün atılmış addımdır. Buna qədər də belə xəstəliklər olub. Peyvənd də tapılıb, hətta bəzən bunu vaxtından əvvəl ediblər və hər hası problem yaşanmayıb. Ancaq koronavirus problemi ciddidir, vaksinin tapılması üçün bir xeyli zaman lazım oldu. İndi də tapılan vaksinlərin effektivliyi şübhə altına salınır. Yəni gərgin durumdur, dünya bu xəstəlikdən baş açmır.

Həm də dünyanı idarə etmək gizli bir məsələ deyil, bu tarix boyu olub. Kitablar oxumuşuq, beynəlxalq mediaya baxırıq, elə yerli mediamız da bu barədə daima yazır. Dünyanı idarə edən qrup var, onlar bu işlərlə məşğuldur. Diqqət edin, dünyanın ən varlı adamlarından biri olan Bill Qeyts elan edir ki, pandemiya 2022-cü ildə başa çatacaq. Özlərinin qurduğu işlərdir. Bu adam nə bilir ki, 2022-cü ildə pandemiya başa çatacaq? Odur ki, bunun haradan gəldiyi bilinir.

- Pandemiya nə qədər insanın həyatına son verə bilər?

- Əsas problemlərdən biri budur: dünyada insanların sayını azaltmaq. Dünya əhalisini ərzaqla təmin etmək çox ciddi problemə çevrilir. Siz Azərbaycana baxmayın, bizim dövlətdə ciddi problem yoxdur, dövlət başçısı bu sahəyə ciddi diqqət yetirir, Azərbaycanda ərzaq problemi faktiki yoxdur. Ancaq elə ölkələr var ki, orada ərzaq tapılmır, qida problemi var. Çin kimi dövlət peyda olub, əhalisi günü-gündən artır, dünyanın hər yerinə səpələniblər. Ehtimal edirəm ki, koronavirus həm də dünyada əhalinin sayının azaldılmasına yönələn addımlardan biridir. Yəqin ki, müəyyən dövrdən sonra koronavirusdan vəfat edənlərin sayında azalma müşahidə olunacaq. Bu proses uzun müddət davam edə bilməz. Əks halda həm dünya iqtisadiyyatı, həm dövlətlər çökə bilər. Eyni zamanda, insan tələfatı artar. Bu mənada ümid edirəm ki, pandemiya belə zərərlər vermədən tədricən yoxa çıxacaq.

- Azərbaycan vətəndaşlarına məsləhətiniz nədir?

- Qayda-qanuna əməl etmək, məsafə saxlamaq, qoruyucu maskadan istifadə etmək, mümkün qədər görüşləri təxirə salmaq, kütləvi tədbirlərdə, toyalarda mümkün qədər az iştirak etmək. Onsuz da toyda 200 nəfər və ya 50-60 nəfərin iştirak etməsinin fərqi yoxdur, əsas odur ki, övladlarımız ailə qursunlar, xöşbəxt yaşasınlar. Toy edənlər də bu məqamları nəzərə alsınlar. Biz qanunlara əməl etməliyik.

Ölkəmizdə beş gün ictimai nəqliyyat işləyir. Şənbə və bazar niyə işləməməlidir? Xəstəlik tutan onsuz da həmin 5 gün ərzində də tutacaq. Bu halda niyə şənbə və bazar günləri ictimai nəqliyyat işləməməlidir? Halbuki insanların şənbə və bazar günləri daha çox işi olur, problemlərini həll etməyə çalışırlar. Bu məsələdə insanlara güzəşt etmək lazımdır.

Amma ümumi götürdükdə Azərbaycan hökuməti çalışır ki, pandemiyanın öhdəsindən gəlsin, insanları qorusun.

Rayonlarda da problemlər yaşanır. Düzdür, rayonlarda hava daha yaxşıdır, insan sıxlığı azdır. Ancaq rayonlarda da insanlar ehtiyatlı olmalıdır. Daha çox qoruyucu vasitələrdən istifadə etməlidirlər. Biz hamımız qaydalara əməl etməklə daha az ziyan çəkməyimizi təmin edə bilərik. Odur ki, insanlarımızı bu addımları atmağa, özlərini qorumağa dəvət edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Bu gün, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru