Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                 

"Bu amil bütövlükdə türk dünyasını beynəlxalq müstəvidə yeni bir gücə çevirəcək" - deputat
Tarix: 9-08-2021, 08:45 | Çap et
"Bu amil bütövlükdə türk dünyasını beynəlxalq müstəvidə yeni bir gücə çevirəcək"
Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi pozması və paralel şəkildə beynəlxalq təşkilatların məsələyə ikili yanaşmaları davam edir. Belə bir gərgin durumda Azərbaycan imza atdığı beynəlxalq layihələrlə öz mövqeyini necə qoruya bilir. Milli Məclisin deputatı Fatma Yıldırım bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibəsində maraqlı nüanslara toxunub.

- Fatma xanım, 44 günlük müharibədən keçən müddətdə regionun geosiyasi durumu hansı yenilənmələrlə diqqəti çəkir və Azərbaycan əsas aparıcı dövlət olaraq öz mövqeyini necə qoruyub saxlayır?

- Vətən müharibəsi başa çatandan sonra regionun inkişafı üçün yeni imkanlar açılıb. Azərbaycan və Türkiyə bölgənin inkişafı ilə bağlı çox önəmli təşəbbüslərlə çıxış edir. Bu baxımdan, kommunikasiyaların bərpası böyük önəm kəsb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev “3+3” platforması ilə çıxış edib. Yəni 6 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birgə əməkdaşlığı regionun iqtisadi tərəqqisində çox mühüm rol oynaya bilər. Burada Zəngəzur dəhlizi isə müstəsna əhəmiyyət kəsb edir.

Bu dəhlizin açılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır.

Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün regional əməkdaşlığa böyük önəm verir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. İqtisadi cəhətdən bu dəhlizin perspektivi çox yüksəkdir. Bu barədə yerli və xarici ekspertlər danışarkən, region ölkələri üçün dəhlizin faydalarını xüsusi vurğulayırlar.

Vacib məqamlardan biri Zəngəzur dəhlizinin türk dünyasına verəcək faydalardır. Qardaş Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Bütövlükdə, Zəngəzur dəhlizi türk dünyasını coğrafi baxımdan bağlayacaq ki, bu da türkdilli dövlətlərin arasındakı əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq. Fikrimcə, bu amil bütövlükdə türk dünyasını beynəlxalq müstəvidə yeni bir gücə, aktora çevirəcək.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Ermənistanda da başa düşməlidirlər ki, Zəngəzur dəhlizi bu ölkəni böhrandan, yoxsulluqdan xilas olmasında xüsusi rol oynayacaq. Ona görə də, ermənilər revanşist hisslərdən uzaq olmalı, regiondakı əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır.

Beləliklə, hesab edirəm ki, regionun gələcəyi baxımından nikbin olmağa ciddi əsaslar var.

- Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının yaranması region, Azərbaycan üçün nə deməkdir?

- Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman tarixi və olduqca əhəmiyyətli bir sənəddir. Bu Fərmanın məhz indiki dönəmdə imzalanması çox önəmlidir.

Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyulması, Qarabağın erməni işğalından azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirirdi. İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək. Fərmanda qeyd edildiyi kimi, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması məqsədəmüvafiqdir. Bütün bunlar onu göstərir ki, ölkəmiz üçün müharibədən sonra yeni bir dövr başlayır. Qarabağın işğaldan azad olunması iqtisadiyyatımızın inkişafına böyük töhfələr verəcək. Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır. Azərbaycan iqtisadiyyatı ötən illər ərzində üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb.

Bu fərman gələcək inkişafımız üçün bir yol xəritəsidir. Eyni zamanda, bu sənəd bir çox mesajları özündə ehtiva edir. iqtisadi rayonların bölgüsü zamanı Qarabağ iqtisadi rayonunda da müəyyən dəyişiklər əks olunur. İlk növbədə bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edəcək. Bu iqtisadi rayona Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Bu region özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağı əhatə edir. Mən millət vəkili olara təmsil etdiyim Bərdənin də Qarabağ iqtisadi rayonuna daxil edilməsini əhəmiyyətli hesab edirəm. Biz hər zaman biz deyirik ki, Bərdə Qarabağın qapısıdır. Qarabağın azadlığa qovuşması ilə Bərdə və digər ətraf rayonlar da daha sürətlə inkişaf edəcək.

Digər önəmli bir məqam Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Bu iqtisadi rayona daxil olan bölgələrin işğaldan azad edilməsindən sonra böyük inkişaf perspektivi gözləyir. Bu amil ölkəmizin iqtisadi potensilaını daha da artıracaq. Eyni zamanda, bu adda iqtisadi rayonun yaradılması bizim gələcəkdə Qərbi Zəngəzura da qayıdacağımızın mesajını verir. Təbii ki, əgər Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur regionu da var. Bu baxımdan, biz bütün tarixi torpaqlarımıza qayıdacağıq.

- Müharibədən sonra Azərbaycanın əsas strateji hədəfi azad olunmuş ərazilərin bərpası, infrastrukturun inkişafı, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıdışının təmin edilməsidir. Bu proses necə aparılır və köçürülmə nə vaxta reallaşa bilər?

- Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrasturktur, sosial, iqtisadi, mədəni obyektlər, tarixi, dini abidələr tamamilə məhv edilib. Bu səbəbdən bizi qarşıda çox vacib bərpa-yenidənqurma işləri gözləyir. İşğaldan azad edilmiş şəhərlərimiz və kəndlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, biz indi böyük quruculuq işlərinə start vermişik. Müharibədən cəmi 9 ay keçib, amma nə qədər böyük işlər görülüb. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş bərpa və quruculuq işləri aparılır. Nəyin hesabına? Təbii ki, hazırlıq işləri hesabına. Bugünkü Azərbaycan bütün tarixi boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.

Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə hər səfəri yeni sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” postmüharibə dövründə görüləcək bütün işləri və onların icra mexanizmlərini özündə ehtiva edir.

Ərazilərin bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən bir prosesdir. Buna görə də bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi sözügedən prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Bilirsiniz ki, Qarabağ Dirçəliş Fondu yaradılıb ki, Fond çox məsuliyyətli bir missiyanı yerinə yetirir. Hazırkı mərhələdə dövlət - özəl sektor əməkdaşlığının Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resurslarının sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl təsisatların bu prosesə cəlb olunması həmin bölgənin bərpa prosesini tezləşdirə və eyni zamanda, qurulan infrastruktur layihələrinin müasirliyini, rəqabət qabiliyyətliliyini artıra bilər.

Hal-hazırda keçmiş məcburi köçkünlərimiz həsrətlə öz yurd-yuvalarına qayıdacağı günü gözləyir. Mən də bir Şuşalı kimi bu prosesləri yaxından izləyərək, qürur hissi keçirirəm. İllərdir, həsrətlə gözlədiyimiz torpaqlara qədəm qoymuşuq, Qarabağın döyünən ürəyi Şuşaya qovuşmuşuq. Uzun illərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə təşkil olunan “Xarıbülbül” festivalı zamanı keçirdiyimiz sevinc və iftixar hisslərini sözlərlə ifadə etmək çox çətindir. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə tezliklə işğaldan azad olunmuş bütün rayonlarımızda belə festivallar və tədbirlər keçiriləcək. Torpaq həsrəti çəkən köçkünlərimizin sevincinin birlikdə şahidi olacağıq.

- Məlum olduğu kimi, Prezident İlham Əliyevin dəvəti ilə ölkədəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər. Rusiya, Fransa və ABŞ səfirləri bu səfərə qatılmadılar. Nəzərə alsaq ki, hər üç dövlət ATƏT-in Minsk qrupunun həmsədrləridir bu davranış həmin quruma qarşı hansı yanaşmanın vacibliyini ortaya qoydu?

- Xarici ölkələrin Azərbaycandakı səfirlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin erməni işğalından azad olunmuş Şuşa şəhərinə səfərlərinin təşkil edilməsi önəmli məsələdir. 30 ilə yaxın müddətdə erməni vandalizminin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından bu səfər böyük əhəmiyyət kəsb edir.

Dağlıq Qarabağ münaqişəsinin başa çatmasına baxmayaraq, informasiya müharibəsi davam edir. Erməni diasporu və lobbisi beynəlxalq müstəvidə Azərbaycan əleyhinə kampaniya aparmaqdadırlar. Ona görə biz də bu məsələdə fəal olmalı və erməni yalanlarının ifşası istiqamətində sistemli tədbirlər həyata keçirməliyik və keçiririk. Müxtəlif beynəlxalq təşkilatların, xarici KİV nümayəndələrinin və digər əcnəbi qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfərlərinin təşkil olunması həmin tədbirlərin tərkib hissəsidir. Bu baxımdan, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri də diqqətəlayiqdir. Bu səfərlər zamanı diplomatlar Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə əyani surətdə tanış olurlar, bu barədə təmsil etdiyi dövlətləri və beynəlxalq təşkilatları məlumatlandırırlar. Şübhəsiz ki, təkzibedilməz vandalizm, dağıntılar, vəhşiliklər, işğalın çoxsaylı nəticələri və Azərbaycanın bu fonda yaratdığı reallıq Cənubi Qafqazda əməkdaşlıq istiqamətində gələcək addımlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

İşğaldan azad olunmuş ərazilərə səfər edən diplomatların nümayəndəsi olduğu ölkələrinin çoxunda kifayət qədər təsirli imkanlara malik erməni diaspor təşkilatları mövcuddur. Öz nümayəndəsi vasitəsilə vəziyyəti birbaşa müşahidə və təhlil etmək imkanı qazanmış bir dövlət üçün səfirinin rəsmi məruzəsi erməni lobbisinin saxta təbliğatından daha üstündür. Əlbəttə, həqiqət hər kəsə bəllidir, lakin bu səfər hətta fərqli mövqe tutan dövlətləri də mühüm fakt qarşısında qoyacaq. Diplomatlar 30 il ərzində ermənilərin işğal altında saxladıqları ərazilərdə yalnız vandallıq aktları törətdiklərini, heç bir quruculuq işləri aparmadıqlarını əyani olaraq görməklə, kimin işğalçı, talançı, kimin isə ev sahibi olması barədə yekun qənaət formalaşdıracaqlar ki, bu da Azərbaycanın informasiya müharibəsində çox zəruri bir mərhələnin başlanması deməkdir.

Şuşaya səfər edən səfirlər bir daha şahidi oldular ki, bu torpaqların əsl sahibləri kimlərdir. Onlar gördülər ki, əgər ermənilər həqiqətən bu əraziləri öz vətənləri hesab etsəydilər, 30 il ərzində dağıdıcı fəaliyyətlə yox, quruculuqla məşğul olardılar. Azad edilmiş ərazilərdə törədilən vandallıq aktlarının izləri bu ərazilərin heç vaxt ermənilərə aid olmamasının sübutlarından biridir. Əksinə, Azərbaycanın Vətən müharibəsindən keçən qısa müddət ərzində bərpa işlərinə başlaması bu ərazilərin tarixən ona məxsus olduğunu nümayiş etdirir.

Rusiya, ABŞ və Fransa səfirlərinin Şuşa şəhərinə səfər etməkdəm imtina etməsi isə bu dövlətlərin Minsk qrupunun həmsədrləri kimi gerçək simalarını ortaya qoyur. ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq onların ölkəmizdəki səfirləri azad edilmiş ərazilərə mütləq getməli idilər. Minsk qrupu Ermənistanla Azərbaycan arasında münaqişənin tənzimlənməsinə və uzunmüddətli sülhün bərqərar olmasına töhfə vermək üçün yaradılıb. Şuşaya səfər, həmçinin iki xalq arasında etmadın qurulmasını müəyyənləşdirmək prizmasından da aktual idi. Bütün bunların fonunda həmsədr ölkələrin Azərbaycandakı səfirlərinin Şuşaya səfərindən imtina etmələri əslində onların dolayısı ilə ermənilərin maraqlarına xidmət etməsinin göstəricisidir. Əslində, Azərbaycan xalqı ötən illər ərzində həmsədrlərin fəaliyyətindən narazı olub. Həmsədrlər 30 ilə yaxın müddətdə işğal siyasətinə son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərməyiblər. Səfirlərin Şuşaya getməməsi də Azərbaycan xalqının həmsədrlərə qarşı haqlı münasibətini bir daha təsdiqləyir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Dünən, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Dünən, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Dünən, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Dünən, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Dünən, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru