Nizami rayonunda daha bir ÖZBAŞINALIQ .....                     “TikTok” müzakirəsi: uşaqların ondan istifadəsi qadağan edilsin? .....                     Geyimlərini imkansızlara paylaşayacaq .....                     “Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" .....                     Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək .....                     Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır .....                     Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası .....                     "İnanın Allaha, iki gün əvvəl mənə yazdı" .....                     “Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirəcək .....                     Putin danışıqlar üçün Bakıya onu göndərir .....                     Rusiya azərbaycanlıları Dərbənddən SÜRGÜN ETMƏYƏ HAZIRLAŞIR? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmə .....                     Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd edib .....                     "Vallah, yalan eşidəndə dözə bilmirəm..." .....                     Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... .....                     Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir .....                     Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? .....                     Pezeşkianın səfərində Zəngəzur detalı .....                     Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi .....                     Vəkillər Kollegiyasına üzv olmaq istəyən .....                     Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək .....                     Müştərisi 'Unibank'a ÜSYAN ETDİ .....                     Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? .....                     "Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq" .....                     İranlı ekspertdən ŞƏRƏFSİZLİK .....                     Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? .....                     Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər .....                     Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? .....                     “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” .....                     "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" .....                     Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA .....                     Ulvira Qarayevaya vəzifə verildi .....                     Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                 

“Siyahıda adları olanların 90 faizinin dinlənməsi üçün əməliyyat ehtiyacı yoxdur” - MTN-nin keçmiş zabiti
Tarix: 23-07-2021, 08:24 | Çap et
“Siyahıda adları olanların 90 faizinin dinlənməsi üçün əməliyyat ehtiyacı yoxdur”
Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan jurnalistlərin, siyasətçilərin, insan haqları müdafiəçilərinin telefonlarının “Pegasus” adlı casus proqramının köməyi ilə izlənilməsi hazırda dünya KİV-lərinin əsas mövzusudur. Xatırladaq ki, beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu olan OCCRP sensasion araşdırma ilə çıxış edərək İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış bu casus proqramının gizli şəkildə onlarla ölkənin xüsusi xidmət orqanlarına, hərbi strukturlarına satıldığını, proqramın köməyi ilə jurnalistlərin, fəalların və siyasətçilərin telefonlarının kütləvi şəkildə izlənildiyini bildirib.

“Washington Post”, “The Guardian”, “Le Monde” qəzetləri ilə birgə aparılan araşdırma dünyanın 50-yə yaxın ölkəsindən 50 mindən yuxarı adamın telefonlarının izlənildiyini üzə çıxarıb. Onların arasında Yaxın Şərq ölkələrinin nümayəndələri, dövlət başçıları, top-menecerlər, jurnalistlər və nazirlər, insan haqları müdafiəçiləri var. İzlənilən telefon nömrələrinin əksəriyyəti Azərbaycan, Qazaxıstan, Meksika, Macarıstan, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

Nüfuzlu xarici mətbu nəşrlərin yazdığına görə, casus proqram smarftona yüklənəndən sonra hücum edən tərəf həqiqətən əhatəli informasiyalara çıxış əldə edir. İstifadəçinin geolokasiyasını izləyir, onun bütün danışıqlarına qulaq asır, yazışmalarını görür, cihazın yaddaşındakı fayllara çıxış əldə edir və s. Bu cür texnologiyalar müxtəlif ölkələrdə cinayətkarlıqla mübarizə üçün hərbi və xüsusi xidmət strukturları tərəfindən istifadə olunur. Lakin indiki halda adi adamlardan tutmuş müxalif jurnalistlərə qədər bir çox şəxslərin izlənildiyi bildirilir.

İsrailin Müdafiə Nazirliyində indiki qalmaqalı şərh etməyiblər, amma deyiblər ki, istənilən şirkət ixrac lisenziyasından məhrum edilə bilər, əgər təsdiqlənsə ki, onun proqramları lisenziyanın şərtlərinə ziddir və insan haqlarının pozulması üçün tətbiq edilir.

“NSO Group” şirkəti isə araşdırmadakı iddialara etiraz edir və OCCRP-ni yalan məlumat yaydığı üçün məhkəməyə verməyə hazırlaşır. İsrail şirkətinin bəyanatında deyilir ki, “Pegasus” ancaq cinayətkarlarla və terrorçularla mübarizə üçün istifadə olunur. Bundan əlavə, şirkət araşdırmada iştirak edən və bu qalmaqal haqda yazan aparıcı dünya KİV-lərini də məhkəmə ilə hədələyir.

Maraqlıdır, OCCRP seçilmiş ölkələr, o cümlədən Azərbaycan barədə məlumatları açıqlamaqla hansı məqsədi güdüb? Əsas iddia budur ki, məqsəd Azərbaycan iqtidarı ilə media və siyasət adamları arasında yaranmış əməkdaşlıq mühitini pozmaq, cəmiyyəti parçalamaq və iqtidara qarşı inamsızlıq yaratmaqdır. Bundan əlavə, OCCRP telefonlara casus proqramının yeridildiyinə dair heç bir tutarlı sübut təqdim etmir. Bugünlərdə “Alman dalğası” jurnalistlər Xədicə İsmayılın və Sevinc Vaqifqızının telefonlarının laboratoriya ekspertizasının nəticələri haqda yazıb və bildirib ki, onların telefonlarında casus proqramının olduğu təsdiqlənib. Amma yenə yoxlamanın hansı ölkənin laboratoriyasında aparıldığı, necə üzə çıxarıldığı açıqlanmır.

Aydın məsələdir ki, müxtəlif arzuolunmaz, yaxud təhlükə mənbəyi sayılan insanların dinlənilməsinə rabitə əlaqəsi kəşf olunan günlərdən başlanılıb. Bu baxımdan, hansısa dövlətin öz və yaxud xarici ölkələrin vətəndaşlarını dinlətmədiyini iddia etmək absurd olardı. Lakin OCCRP-nin iddia etdiyi kimi, kütləvi şəkildə minlərlə adamın dinlənməsi, yumşaq desək, inandırıcı görünmür. Həm də ona görə ki, bu proses kifayət qədər bahalıdır və yüksək xərc çəkib “dinlənilənlər siyahısı”nda adı olanların böyük əksəriyyətini dinlətməyin Azərbaycan hökuməti üçün hansısa böyük dvidentlər gətirməsi real deyil.

İsveçdə yaşayan jurnalist Elbəyi Həsənli dinləmə qalmaqalını “WikiLeaks” olayına bənzədir: “Saytın rəhbəri Culian Assanj dünyanın korrupsioner hökumətlərini hədəf almışdı. Quantanamo həbs düşərgə amerikalıların törətdikləri vəhşilikləri ilk dəfə o, ortaya qoydu. 2010-cu ilin aprelində ”WikiLeaks" 2007-ci ilin iyulunda baş vermiş Bağdad hücumunu əks etdirən videogörüntüləri yaydı. “AH-64 Apache” helikopterindən atəş açan amerikalı hərbçilər mülki şəxsləri bilərəkdən hədəf almışdı. Qarşılarına çıxan insanları havadan gülləbaran edirdilər. 12-18 nəfər ölmüşdü, o cümlədən “Reuters”in jurnalisti də ölənlər arasındaydı. Ümumiyyətlə, “WikiLeaks” 10 il ərzində 10 milyondan çox məxfi məlumat yaymışdı. “Panama Papers” nə qədər fırıldaq maliyyə əməliyyatlarını ortaya çıxardı. Elə ona görə də Culian Assanj hələ də həbsdədir. Bu qalmaqalda əsas hədəf hökumətlərin gördüyü yaramaz işlər idi. Və bəşəriyyəti ortaq insani dəyərlərə söykənməyə çağırış vardı. Həmin işdə də Azərbaycanla bağlı məqamlar vardı. Ancaq həmin məqamlar fraqmental xarakter daşıyırdı. “Pegasus” rəqamsal casus qalmaqalı müəyyən mənada “WikiLeaks”i xatırladır. Ancaq “Pegasus”un fəaliyyəti hökumətləri yox, daha çox fərdləri, (düzdür, onların arasında hökumət başçıları, 3 prezident, bir kral da vardır), ifşa etməyə yönəlib".

Bəs “Pegasus”la bağlı bu faktı kim ortaya qoyub? E.Həsənli deyir ki, 2010-cu ildən fəaliyyət göstərən bu şirkətlə bağlı dəfələrlə ifşaedici materiallar yayılıb: “Özü də dünyanın aparıcı media mərkəzləri tərəfindən. Sadəcə, bu dəfə miqyas daha böyükdür. Düşünün ki, ”Amnesty International" və “Hidden Story” media orqanının ortaya qoyduğu faktları bazar günü dünyanın 17 aparıcı media orqanı eyni vaxtda yaydı. Təbii ki, bu, ciddi beynəlxalq rezonans doğurdu. Məlum olan odur ki, 2016-2021-ci illər arasında 50 min telefon nömrəsi dinlənilib. Onların arasında jurnalistlərə məxsus 89 nömrə də var. Bu sıyahıda Azərbaycan jurnalistlərinin də adı keçir. Eyni zamanda dünyanın aparıcı media orqanlarının jurnalistlərinin də izləndiyi etiraf olunur. “NSO Grup”un həmsədri Shalev Hulio deyir ki, biz yalnız hökumətlərlə işləyirik. 45 ölkə ilə rəsmi müqaviləmiz var. 5 ölkədən insan hüquqları pozulduğuna görə çıxmışıq, 90 ölkənin əməkdaşlıq təklifini rədd etmişik. Vəziyyət belədir ki, kimsə onda maraq doğuran tərəfi izləməyə çalışır. Bu, tarixən belə olub. Çünki bu kimi casus məlumatları xeyli üstünlüklər verib. Həmin məlumatlara istinadən qarşı tərəfi məhv etmək də mümkündür. “Pegasus” casusluğun rəqəmsal variantıdır. Dünyada eyni işi görən digər şirkətlər də var. Sadəcə, bu şirkət öndə gedir. Ona görə də tez-tez gündəmə gəlir".

Jurnalistin fikrincə, bu prosesin qarşısını almaq mümkün deyil: “Əksinə, bundan sonra bu proses daha da genişlənəcək. Məsələn, hazırda Qərblə Çin arasında qarşıdurma yaranıb. Səbəb odur ki, Çin ”Microsoft" şirkətinin serverlərinə genişmiqyaslı kiberhücumlar təşkil edib. Eyni işlə Rusiya da məşğul olur, İran da. Məsələn, Rusiya internet üzərindən ABŞ-da keçirilən seçkilərə təsir edir, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına təkan verir. Ortaya ağlasığmaz nəticələr qoyulur. Həm də az pul hesabına nəhəng işlər görülür. Ona görə də rəqəmsal dünyada casusluq qaçılmaz bir gerçəkliyə çevrilir. Bu işdə fərdlər, şirkətlər, hətta dövlətlər də yer alır. Məsələn, düşünün ki, Meksikanın narko-kartelləri belə “Pegasus”un imkanlarından istifadə edib.

İndi “Pegasus”un lisenziyasının alınması məsələsi ortadadır. İsrail hökuməti araşdırmaya başlayıb. Düşünmürəm ki, bununla “Pegasus”un fəaliyyəti dondurulacaq. Əksinə, bu kampaniya şirkət üçün reklam xarakteri alacaq və bu şirkətin müştərilərinin sayı və sanbalı artacaq. Tarixən belə olub: Bir şeyə ehtiyac varsa, onun mövcudluğuna son qoymaq mümkün deyil".

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, Azərbaycanda zərurət yarandıqda vətəndaşların dinlənilməsi qanunla icazə verilən prosesdir: “Telefon dinləmələri Azərbaycan qanunvericiliyində təsbit olunub. ”Əməliyyat axtarış haqqında" Qanuna əsasən, Azərbaycanın xüsusi xidmət orqanları əməliyyat məqsədilə telefon dinləmələrini həyata keçirə bilərlər. Bu prosesdə Daxili İşlər Nazirliyinə də müəyyən səlahiyyətlər verilib. Lakin dinləmə ən azı 24 saat ərzində məhkəmə qərarı ilə təsbit olunmaqla həyata keçirilməlidir. Sovet dövründə eyni vaxtda 200-300 nəfərin dinlənilməsi mümkün olmurdu. Amma indi texnologiyalar elə inkişaf edib ki, bir neçə min nəfəri də eyni vaxtda dinləmək mümkün olur. Bu gün faktiki olaraq dünyada elektron müharibə gedir: kiberhücumçular ən nəhəng dövlətlərin rəhbərlərinin belə dinlənilməsini təmin edə bilirlər. Yəni dinləmə problem deyil, əsas məsələ kimi dinləməyin müəyyənləşdirilməsidir. Mən Azərbaycanda dinlənildikləri deyilən şəxslərin siyahısı ilə tanış olmuşam. Onların 90 faizdən çoxu dinlənmə üçün əməliyyat əhəmiyyəti kəsb etmirlər".

Mütəxəssis xatırladır ki, Eldar Mahmudovun nazir olduğu dövrdə bir neçə jurnalistin telefonları dinlənilib, şəxsi həyatlarına müdaxilə olunub: “Ola bilsin ki, indi açıqlanan siyahıdakı şəxslərin bir çoxu da məhz o dövrdə izlənənlərdir. Bilirsiniz, əgər siyahı həqiqətdirsə, niyə orada yalnız siyasi-ictimai fəaliyyəti olan şəxslərin adları var? Yəni hökumət, xüsusi xidmət orqanları heçmi potensial terrorçunu, cinayətkarı dinlətməyib? Bu, axı real deyil - 5 ilə yaxın dövrdə yalnız ictimai-siyasi fəallar dinlənilsin? Nəhayət, qaranlıq qalan daha bir məsələ dinlənilənlər siyahısında hakimiyyətin təbliğat ruporlarının rəhbərlərinin də olmasıdır. Dinlənmə həddindən artıq bahalı işdir. Hökumətin nə marağı vardı ki, külli miqdarda xərc çəkib onun təbliğatını aparan media qurumunun rəhbərini dinlədirdi? Deyirlər, 500 milyon dollar ödənilib İsrail şirkətinə. Bu şirkətin ümumi gəliri 1 milyard dollar həcmində qiymətləndirilir. Belə çıxır ki, onun yarısını Azərbaycandan qazanıb? Bütün bunlar göstərir ki, ortada qərəz elementləri də var. Yenə də deyirəm ki, kimlərinsə dinlənməsini qətiyyən istisna etmirəm, amma belə kütləvi şəkildə, özü də əməliyyat əhəmiyyəti kəsb etməyən şəxslərin dinlənməsi inandırıcı deyil”.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayonunda daha bir ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ?
Bu gün, 04:17
“TikTok” müzakirəsi: uşaqların ondan istifadəsi qadağan edilsin? - ÇAĞIRIŞ
Bu gün, 04:02
Geyimlərini imkansızlara paylaşayacaq - FOTO
Bu gün, 03:42
“Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" - Politoloq ŞƏRHİ
Bu gün, 03:39
Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək
Bu gün, 03:31
Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır - Leonid Slutskidən ETİRAF
Bu gün, 03:29
Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ yazır...
Bu gün, 03:24
"İnanın Allaha, iki gün əvvəl mənə yazdı"
Dünən, 20:01
“Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirəcək
Dünən, 19:59
Putin danışıqlar üçün Bakıya onu göndərir - sensasion iddia
Dünən, 19:56
Rusiya azərbaycanlıları Dərbənddən SÜRGÜN ETMƏYƏ HAZIRLAŞIR? - Kremlin XAİN PLANI
Dünən, 18:37
Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmə - AKTUAL
Dünən, 18:31
Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd edib - KİV
Dünən, 18:24
"Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Dünən, 13:37
Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... - MƏQALƏ
Dünən, 12:30
Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir - KİV
Dünən, 10:35
Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? - det
Dünən, 10:25
Pezeşkianın səfərində Zəngəzur detalı – “Dəyişilik gözlənilir”
Dünən, 10:21
Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi
Dünən, 07:01
Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər bu gün imtahan verəcək
Dünən, 06:59
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək - DİQQƏT
Dünən, 06:57
Müştərisi 'Unibank'a ÜSYAN ETDİ - NARAZILIQ VAR...
Dünən, 06:54
Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? - GƏLİŞMƏ
Dünən, 06:35
"Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq"
Dünən, 06:16
İranlı ekspertdən ŞƏRƏFSİZLİK - “Azərbaycana qarşı döyüşməyə hazıram”
Dünən, 06:12
Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Dünən, 06:09
Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Dünən, 06:01
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Dünən, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Dünən, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Dünən, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Dünən, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Dünən, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
5-07-2025, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
5-07-2025, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
5-07-2025, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
5-07-2025, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
5-07-2025, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
5-07-2025, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
5-07-2025, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
5-07-2025, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
5-07-2025, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
5-07-2025, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
5-07-2025, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
5-07-2025, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
5-07-2025, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
5-07-2025, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
5-07-2025, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
5-07-2025, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
5-07-2025, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru