Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                 

“Azadlıq arzusunda olan xalqların Qərbə ümidi yoxdur” - Zərdüşt Əlizadə
Tarix: 20-07-2021, 08:08 | Çap et
“Azadlıq arzusunda olan xalqların Qərbə ümidi yoxdur”
ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Angela Merkel “Vaşinqton Bəyannaməsi” adlı sənəd imzalayıblar. Ağ Ev bəyannamənin mətnini yayımlayıb: “Münasibətlərimizin əsası demokratik prinsiplərə, dəyərlərə və institutlara ümumi sadiqlikdir”, - bəyannamədə deyilir.

Vaşinqton və Berlin “açıq dünya”nı müdafiə etməyi öhdələrinə götürür: “Bütün dünyada bütün millətlər öz siyasi quruluşlarını müəyyənləşdirməklə xarici müdaxilədən, məcburiyyətdən və ya xarici dövlətlərin dominantlığından azad olmalıdır. Hesab edirik ki, bu texnologiyalar repressiyaları deyil, azadlığı dəstəkləməlidir”.

Bu arada Belarusda keçirilən prezident seçkilərində müxalifətin namizədi olmuş Svetlana Tixanovskaya Litvada ABŞ rəsmiləri ilə görüşlər keçirəcək. ABŞ Dövlət katibinin köməkçisi Stiven Biqanla baş tutacaq görüşdə Belarus böhranı ilə bağlı müzakirələr aparılıacaq.

Bəzi ekspertlər hesab edirlər ki, ABŞ və Qərbin demokratiya çağırışları imitasiyadır və onlar bu yolla öz iqtisadi və regional maraqlarını həyata keçirməyə çalışırlar.

Politoloq Zərdüşt Əlizadə AYNA-ya şərhində deyib ki, ABŞ və Qərbin demokratiya çağırışları nəticəsiz qalacaq: “Son prezident seçkilərində Tramp və tərəfdarları seçkilərin saxtalaşdırıldığını bəyan etdilər. Bu ABŞ-ın nüfuzuna çox ciddi zərbə oldu. Bundan sonra ABŞ-ın demokratiya tələbləri də aktuallığını itirdi. Hansı regionda ABŞ üçün münbit şərait yetişir və iqtisadi imkanlarını həyata keçirmək fürsəti yaranırdısa, o ərazidə demokratiya tələbləri işə düşürdü. Qərbin dəstəyi ilə inqilabın baş verdiyi ölkələrdə insanlar nəinki azadlıq əldə etdilər, əksinə, çox ciddi problemlərlə üz-üzə qaldılar. Bu gün azadlıq arzusunda olan xalqların artıq Qərbə də ümidi yoxdur”.

Analitikin sözlərinə görə, ABŞ-la Almaniya arasında imzalanan sənəd kağız üzərində qalacaq: “İndiyə qədər bu səpkili sənədləri, bəyanatları çox görmüşük. Demək olar ki, heç biri işlək olmayıb. Demokratiya Qərb üçün “silahdır” və bu silahdan öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. O ki qaldı imzalanan bəyannaməyə, bu, sıradan bir sənəddir. Şübhəsiz ki, heç bir dəyişikliyə səbəb olmayacaq. ABŞ-la Almaniya bir tərəfdən birgə bəyannamə imzalayır, digər tərəfdən “Şimal axını-2” boru kəməri məsələsində razılığa gələ bilmir. Bu ziddiyətli məqamda onların dünyaya sahib çıxacaqlarını iddia etmələri gülüncdür”.

Əlizadə əlavə edib ki, ABŞ-ın Belarus məsələsində nəyəsə nail olacağı mümkün deyil: “Belarusda real şəraitin yetişdiyi, əhalinin kütləvi şəkildə nümayişlərə çıxdığı bir dövrdə heç nəyə nail olmadılar. Lukaşenkonu o zaman yola sala bilmədilərsə, bundan sonra bunu necə edəcəklər?! Tixanovkayanın ABŞ rəsmiləri ilə görüşü mənasız təmaslardır və ciddi nəticələr gözləməyə dəyməz”.
AYNA-nın digər həmsöhbəti, Avropa təhsilli politoloq Turab Rzayev isə fərqli düşünür. Onun qənəatinə görə, bu, normal təşəbbüsdür: “Lakin əsas məsələ bəyannamənin imzalanması yox, onun necə icra edilməsidir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, adətən bu kimi məsələlərə ikili standartlardan yanaşılır. Bir regionda xalqlara öz müqəddəratını təyin etmək hüquqi istənilsə də, digər regionda buna göz yumulur”.

“Demokratiya məsələsində də belədir. Bəzi dövlətlərdə demokratiya tələbləri israrlı və ardıcıl olsa da, ondan daha bərbad vəziyyətdə ölkələrə “yaşıl işıq” yandırılır. Bu mənada “Vaşinqton Bəyannaməsi”ndən də gözləntilər yüksək deyil. Düzdür, normal təşəbbüsdür, nəzəri cəhətdən hər şey idealdır, amma icra mexanizmi mövcud deyil”, - deyə müsahibimi vurğulayıb.

ABŞ-la Almaniya arasında olan fikir ayrılıqlarından danışan siyasi şərhçinin fikrincə, “Şimal axını-2” məsələsində ümumi razılıq əldə olunub: “Almaniya ərazisindən keçən “Şimal axını-2” boru kəmərinin inşasına milyardlarla dollar vəsait sərf olunub. İndiki halda kəmərin tamamlanma işləri gedir. Belə bir vəziyyətdə “Şimal axını-2” kəmərinin dayandırılması mümkün deyil. Görünür, ABŞ da bununla razılaşıb və əvəzində müəyyən güzəştlər əldə edib. Təbii ki, böyük siyasətdə müəyyən qurbanlar olur. Baxmayaraq ki, “Şimal axını-2” Ukrayna üçün böyük təhdiddir, bu məsələdə ümumi razılıq əldə olunub”.

Tixanovskayanın ABŞ rəsmiləri ilə görüşünü şərh edən Rzayevin bildirdiyinə görə, ABŞ-ın məqsədi Belarusda hakimiyyət dəyişikliyinə nail olmaq yox, Rusiyanın enerjisini parçalamaq idi: “Görünən odur ki, ABŞ uzunmüddətli siyasət yürütməyə üstünlük verir. Bu siyasət iqtisadi sanksiyalar yolu ilə Rusiyanı daxildən zəiflətmək, onu regional problemlərə cəlb etməklə qüvvəsini parçalamaqdır. Belarusda nisbi sakitlik olsa da, bu məsələ bitməyib və gələcəkdə yenidən qabaracağı istisna edilmir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Dünən, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru