ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                 

YAP-a qoşulan partiya sədrləri ETİRAZ EDİR - “Bizimlə maraqlanan yoxdur”
Tarix: 12-07-2021, 14:34 | Çap et
YAP-a qoşulan partiya sədrləri ETİRAZ EDİR
Bu ilin martında keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayında altı partiya hakim partiyaya qoşulmaqla bağlı qərar verdi. Qurultay zamanı partiyaların birləşmə məsələsini gündəliyə təklif edən Prezident İlham Əliyev bildirdi ki, YAP-a qoşulan partiyaların nümayəndələri YAP-ın fəaliyyətində aktiv iştirak etməlidir. Eyni zamanda hakim partiyanın inkişafı üçün yeni proqramın hazırlanması üçün YAP rəhbərliyinə üç ay vaxt verildi.

Qeyd edək ki, YAP-a qoşulma qərarını verən Azərbaycan Demokratik Sahibkarlar Partiyasının qurucu sədri Mahmud Məmmədov olub. O, “Günay Bank”ın sahibi və sonradan fəaliyyətinə xitam verilən ilk özəl televiziyalarından birinin – “BMTİ TV”-nin də təsisçisi idi. Partiyanın son sədri isə Qasım Qasımov olub.

YAP-a qoşulmaqla bağlı qərar verən digər partiyanın - Azərbaycan Kəndli Partiyasının sədri Məmməd Məmmədov olsa da, bu partiyanın qurucusu Baş nazirin səlahiyyətlərini icra etmiş Feyruz Mustafayev olub.

Azərbaycan Xalq Demokratik Partiyası da hakim partiyaya birləşib. Bu partiyanın sədri Rafiq Turabxanoğlu 1992-ci ildə keçirilən prezident seçkilərində namizəd olub. Onun rəqibi və seçkilərin qalibi Əbülfəz Elçibəy mətbuata açıqlamasında demişdi ki, o, özünə deyil, Rafiq Turabxanoğluna səs verib.

YAP-a qoşulan Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc bu partiya sədrliyinə gələnə qədər ölkənin ən böyük gənclər təşkilatlarından olan “Türk Millətçi” Gənclər Təşkilatına rəhbərlik edib. Ardınca 10 partiyanı öz ətrafında birləşdirən “Bizim Azərbaycan” blokunun sədri olub.

Yurddaş Partiyası Azərbaycan müxalifətinin ən fəal partiyalarından olub. Partiyanın sədri Mais Səfərli 33 saylı Xətai seçki dairəsindən Milli Məclisin deputatı olub. Ötən il koronavirus səbəbindən dünyasını dəyişib və partiyanın başına bacısı gətirilib. Bu partiya da hakim siyasi qüvvəyə birləşib.

Nəhayət, Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov müxtəlif iqtidaryönlü siyasi birliklərdə təmsil olunub və müstəqil partiya rəhbəri olsa da, əsasən iqtidarı müdafiə etməklə diqqət çəkib - Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik və s. partiyalar kimi.

AYNA hakim partiyaya qoşulmaqla bağlı qərar verən partiyalardan bəzilərinin sədrləri ilə həmsöhbət olub. Onlar YAP-dakı fəaliyyətləri, təmsilçilikləri və digər məsələlər ətrafında fikirlərini bölüşüblər.

Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlunun sözlərinə görə, kollektiv şəkildə partiyaya üzv olmaqla bağlı qərar versələr də, YAP-ın fəaliyyətində faktiki olaraq iştirak etmirlər: “Bilirsiniz ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Bu zəfəri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdi. Bizim xəyalımız gerçəyə çevrildi. Zatən, Azərbaycan Xalq Demokratik Partiyasının əsas hədəfi də elə bu idi. Tam səmimiyyətimlə deyirəm ki, İlham Əliyev fitri istedada malik siyasətçidir. O, böyük siyasətdə necə davranmağı, uğura aparan yolu hamıdan yaxşı bilir”.

“Bu səbəbdən hesab etdik ki, onun liderliyi altında fəaliyyət göstərmək daha məqbuldur. Növbədənkənar qurultayda cənab Prezident bizi salamladı və YAP-a qoşulan partiya üzvlərini partiyanın siyasi həyatında aktiv iştirak etməyə səslədi. Lakin bu gün bizim partiyada rolumuz və yerimiz bəlli deyil. Qurultaydan sonra bu məsələ bitdi. Gələcəkdə necə olacaq - bu suala biz yox, partiya rəhbərliyində təmsil olunan və bu məsələyə məsul şəxslər cavab versə, daha yaxşı olar”, - deyə siyasətçi bildirib.

75 yaşı tamam olan Turabxanoğlu hakim partiyadan onu təbrik etmədiklərini deyib: “Əslində, mən ad günü, yubiley və bu kimi tədbirlərin keçirilməsinə tərəfdar deyiləm. Ömrümüzün çoxu siyasi fəaliyyətdə keçib. Şüurlu fəaliyyətimizi bu sahəyə, millətçiliyin təbliğinə həsr etmişik. Yeni Azərbaycan Partiyasından zəng edib, məni təbrik edən olmayıb. Heç incimirəm də. Ümumiyyətlə, qurultaydan sonra bizim partiyada fəaliyyətimiz yox dərəcəsindədir. Bizimlə hər hansı müzakirələr də aparılmayıb”.

Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc YAP-a qoşulmaqla bağlı verdikləri qərarı zamanın tələbi sayır: “Rəhbəri olduğum partiya mövcud siyasi reallığı nəzərə alaraq bu qərarı verdi. Hesab edirəm ki, bu, tamamailə düzgün və düşünülmüş qərar idi. Bundan sonrakı proseslər və məsələnin ağırlığı qoşulduğumuz partiya rəsmilərinin üzərindədir. Onların atacağı addımlar, verəcəyi qərarlar, üzvlərimizin potensilından istifadə edib-etməyəcəkləri ilə bağlı gəldiyi nəticələr onlara bağlı məsələlərdir. Bu baxımdan hər hansı şərh vermək etik olmazdı”.

Həmsöhbətimizin dediyinə görə, YAP-a birləşmə qərarı verərkən cəmiyyətdə böyük əks-səda yaranıb: “Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi zəfərə və islahatlar prosesinə dəstəyimizi ifadə etdik. Bu, tarixi zərurət idi. Hesab edirəm ki, hakim partiya yenilənməli və partiyada islahatlar davam etdirilməlidir. YAP-ın fəaliyyəti partiya sədrini qane etsəydi, o zaman növbədənkənar qurultaya ehtiyac olmazdı. Bir halda ki, partiyanın siyasi lideri islahatlar anonsu verib, şübhəsiz ki, o mütləq həyata keçiriləcək. İnanıram ki, yaxın gələcəkdə biz hakim partiyanın fəaliyyətində ciddi yeniliklərin şahidi olacağıq”.

Azərbaycan Kəndli Partiyasının sədri Məmməd Məmmədov bu barədə ətraflı danışmaq istəmədiyini desə də, qeyd edib ki, qurultaydan sonra onlarla maraqlanan olmayıb: “Kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı qərar verəndən sonra hakim partiya bizim müraciətimizi qəbul etdi. Prezident İlham Əliyevin təklifi əsasında məsələ qurultayın gündəliyinə də salındı”.

“Sonuncu dəfə hakim partiya rəsmiləri və məsələyə məsul şəxslərlə təmasım qurultay zamanı olub. Ondan sonra bizimlə maraqlanan olmayıb. Üzvlərimizin partiyada hansı formada rəsmiləşdirilməsi barədə də məlumatsızam”, - deyə Məmmədov vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru