"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                 

"Eldar Həsənov bizimlə görüşüb onu dəstəkləməmizi istədi" - Partiya sədri
Tarix: 6-07-2021, 08:26 | Çap et
"Eldar Həsənov bizimlə görüşüb onu dəstəkləməmizi istədi"
Regionun ictimai-siyasi mənzərəsi özünün mürəkkəbliyi ilə diqqət çəkir. Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinə kölgə salmağa çalışan güclər var ki, ekspertlər hər hansı daxili siyasi boşluğun həmin gücləri aktivləşdirəcəyini önə çəkirlər. Bu mənada bütün hallarda siyasi partiyaların öz fəaliyyətlərini düzgün və qərəzsiz qurması əsas şərtlərdən hesab olunur. Siyasi partiyaların mübarizəsində əsas prioritet nə olmalıdır? Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu maraqlı məqamlara diqqət çəkib.

- Bildiyimiz kimi partiya olaraq rəsmi qeydiyyata alındınız və ofislə təmin olundunuz. Bu proses Azərbaycanda siyasi partiyaların fəaliyyətinə hansı təsirini göstərdi və eləcə də bir çox partiyalara ayrılan bu diqqətdən sonra məhz müxalifətdən gələn hansı təsirlərlə üzləşdiniz?

- Siyasi partiyalara fəaliyyət göstərməsi üçün şərait yaradılması qanunvericiliklə təsbit olunub. Hər bir dövlətin, hakimiyyətin üzərinə düşən məsuliyyət, hüquqi öhdəlik işi opponentlərə, siyasi müxalifətə qanun çərçivəsində fəaliyyət göstərməsinə şərait yaratmaqdır. Bu imkanı bizə Azərbaycan iqtidarı yaratmayıb, Azərbaycan Konstitusiyasının verdiyi səlahiyyətlərdir. Biz siyasi partiyalar da ondan faydalanırıq. İqtidar bir açılım edib. Bilirsiz ki, Prezident Admnistrasiyada çox ciddi dəyişikliklər oldu. Siyasi-ictimai şöbə ləğv olunub yeni bir qurum yaradıldı və sair. Bütün bunlar hamısı Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşmasının təməlini qoydu. Demokratik açılım oldu, siyasi dialoq başladı. Bütün siyasi partiyaların problemləri qabardıldı və həllinə doğru addımlar atıldı. Bu əslində şəxsi problemlər deyil. Siyasi partiyaların problemi həm də cəmiyyətin problemi deməkdir. Siyasi partiyalar da cəmiyyətin müəyyən bir kəsimini təşkil edir. Demək olar ki, siyasi partiyaların fonunda həm də cəmiyyətin müəyyən problemləri həll olunub. Onların fəaliyyəti üçün normal şərait yaradıldı, qərargahla təmin edildi, kənar müdaxilələr, təzyiqlər aradan qaldırıldı. Müxalifətin televiziyaya çıxmasının qarşısına qoyulmuş yasaq demək olar ki, aradan qaldırıldı. Görürsüz, Real Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı demək olar ki, bütün günü efirlərdədirlər. Biz daha çox müstəqil media, onlayn televiziyalarla fəaliyyətimizi təmin edirik. Bunları deməkdə məqsədim odur ki, problemlər heç də yerli-dibli həll edilməyib. Amma biz nikbinik, inanırıq ki, digər problemlər həll edildiyi kimi, bu problemlər də həllini tapacaqdır.

Bəli, qeydiyyata alınıb, ofislə təmin olunduğumuza görə bizə qarşı da tikanlı sözlər deyildi. Bu tək mənim şəxsimə, rəhbərlik etdiyim Partiyaya qarşı deyilmirdi. Bu bütövlükdə qanunvericilik çərçivəsində mənzil-qərargahla təmin edilmiş bütün partiyalara şamil olundu. Burda da absurd bir mənzərə yaranır. Bu tikanlı fikirləri səsləndirənlər daha çox iki partiyanın nümayəndələri idi - Müsavat və AXCP. Elə bir mənzərə yaratmağa çalışırlar ki, dövlət qeydiyyatındasansa sən satılmısan. Qardaş, Müsavat Partiyası yarandığı gündən dövlət qeydiyyatındadır və heç bir fəaliyyəti də məhdudlaşdrılmayıb. Müsavat Partiyası zamanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən təxminən 700 kvadratlıq mənzil-qərargahla təmin olunub. Eyni qayda da Azərbaycan Xalq Cəbhəsi Partiyasının da dövlət qeydiyyatı və şəhərin mərkəzində 700-800 kvadratlıq mənzil-qərargahı olub. Sonra o qərargahdan çıxdılar yeni qərargaha getmədilər. Yəni bu partiyalara qərargah verilib və bu gün bizə də verilib. Əgər bu, Azərbaycan siyasətində satılmaqdırsa, bu alverin başında Xalq Cəbhəsi ilə Müsavat oturub. Məgər qurultaydan sonra Müsavat Partiyasını dövlət qeydiyyatına almadılar? Yaxud AXCP-nin dövlət qeydiyyatı yoxdur. Necə olur, sizə olar, başqalarına olanda deyirsiz satqındırlar. Deməli, çox təəssüflər olsun ki, bizim düşərgədə də müxalif düşərgəni monopoliyada saxlamaq istəyən müəyyən partiyalar var.

- Monopoliyaya ala bilirlərmi. Ümumiyyətlə, əvvəlki illərə baxanda müxalifət partiyaları arasında konstruktiv mövqeyə gəlmə müşahidə olunurmu?

- Düşünürəm ki, Azərbaycan müxalifəti hər zaman konstruktiv olub və sağlam ideyalarla çıxış eləyib. Bir zamanlar müxalifətin səsləndirdiyi fikirlər göz önündədir. Biz deyirdik ki, “Türkün türkdən başqa dostu yoxdur, Türkiyə Azərbaycanın müttəfiqi olmalıdır, hərbi saziş imzalanmalıdır. Bu, nəhayət ki, Şuşa Bəyannaməsi ilə reallaşdı. Biz deyirdik ki, Qarabağın azadlığı Türkiyə-Azərbaycan birliyindən keçir, ATƏT-in Minsk Qrupu və sair kimi beynəlxalq qurumların fəaliyyətinin heç bir mənası yoxdur. Zamanla biz bunu da gördük. Məhz Azərbaycan əsgərinin döyüşməsi, türk dronlarının yardımı ilə qələbəni qazandıq. Zakir Həsənovun da dediyi kimi, Türkiyə Ordusu Azərbaycan ordusunun formalaşmasında, təlimlər keçməsində, Azərbaycanda peşəkar zabitlərin yetişməsində təhsil mənbəyi kimi çox mühüm rol oynadı. Biz deyəndə ki, Səlim Müslümov təpədən dırnağa qədər korrupsiyaya bulaşıb, əlillik satır, min cür hoqqadan çıxır, bizi məhkəməyə verməklə təhdid edirdilər. Biz deyirdik ki, icra başçıları korrupsiyaya bulaşıb, bizi haqlı saymırdılar. Amma ötən bir ildə biz gördük ki, nə qədər icra başçısı həbs edildi. Biz bu siyahını uzada da bilərik. Müxaifət nə zaman konstruktiv olmayıb ki... Lakin müxalifətdə bütün prosesləri qara görməyə hazır olan iki partiya olub. O da bayaq adını çəkdiyim partiyalardır. Bəli, müxalifətin alın yazısı hakimiyyəti tənqid etməkdir. Amma vicdanlı tənqid lazımdır. Bakıda qurulan bu yeni infrastrukturu görməmək, görüb də dilə gətirməmək insafsızlıq və qeyri-obyektivlikdir. Xatırlayırsınızsa, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda 3 rayonun - Ağdam, Laçın, Kəlbəcərin qeyri-döyüş şəraitində boşaldılması öhdəçiliyi götürülmüşdü. Bizim inkarçı müxalifət dayanmadan təbliğat aparırdı ki, “bu rayonlar verilməyəcək, İlham Əliyev xalqı aldadır”. Amma rayonlar bir güllə atılmadan azad olunanda hay-küy salındı ki, bəs Xankəndi niyə alınmır. Təbii ki, bu şəhərimiz azad olunmayıb. Amma zamana ehtiyac var. İstənilən işdə qüsur var, amma hadisələrə obyektiv yanaşmaq lazımdır. Biz mövcud iqtidarın Qarabağ siyasətini birmənalı dəstəkləyirik və əminəm ki, Gələcək Azərbaycan Partiyası iqtidarda olsaydı, beynəlxalq siyasəti bundan artıq qura bilməzdi. Nə mümkündürsə, İlham Əliyev onu edib. Daxili siyasətdə müəyyən çatışmazlıqlar var, biz onları dilə gətiririk. İndi bəzi siyasətçilər daxildən yox, daha çox xarici siyasətdən danışırlar. Beynəlxalq siyasətdən danışmaq asandır axı. Biz daxili siyasətdən danışırıq, nöqsanlara görə iqtidarı tənqid edirik. Amma beynəlxalq siyasətdə, xüsusən Qarabağ siyasətində birmənalı olaraq iqtidarın mövqeyini dəstəkləyir və yanında olduğumuzu bəyan edirik. Müxalifət istəmir ki, iqtidarın hesabına xal yazılsın. Amma elə məsələlər var ki, orda susmaq lazımdır. Orda iqtidar-müxalifət yox, dövlət anlayışı var. Müxalifət olaraq iqtidarın hesabına xal yazılmasın deyə, dövlətin ümumi maraqlarını tənqid etməməliyik.

- Bu gün “5-ci kolon”dan danışılır və belə qeydlər var ki, bu kolon müharibədən sonra ölkə əhalisi arasında narazılıq yaratmağa və prosesləri öz xeyrinə dəyişdirməyə çalışır.

- Azərbaycanda “5-ci kolon” da var, “6-cı kolon” da, hətta yeddincisi də. Bunlar reallıqdır. Mən elə şeylər danışaram ki, daşlar yerindən oynayar. Sadəcə indiki zamanda bu barədə danışmağı doğru hesab eləmirəm. Bəli, üzdə görünən “5-ci kolon”dur və nələrsə etməyə çalışır. Amma ən təhlükəli olanları görünməz olub, altdan-altdan iş görənlərdir. Elə proseslər baş verib ki, bu gün dilə gətiriləsi deyil. Məsələn, Eldar Həsənov niyə həbsdədir? Eldar Həsənov vəkili Adil İsmayılovla görüşüb nə söhbətlər aparırdı. Şəxsən mənimlə, Ramiz Rövşən və digər siyasi partiya rəhbərləri, ziyalılarla görüşüb və 2025-ci il prezident seçkilərində onun namizədliyinin müdafiə olunmasını xahiş edib. Təbidir ki, hər bir vətəndaşın seçkilərdə iştirak etmək hüququ var. Amma o bağlı qapılar arxasında nələr danışılıb, maliyyələşmənin necə təşkil olunacağı ilə bağlı hansı məqamlar var, mən çox gözəl bilirəm. Sadəcə indiki zamanda toxunmaq istəmirik.

- Ağasif bəy, bir qədər öncə siz də Azərbaycan Xalq Hərəkatında digər siyasi partiyalarla bir araya gəlmişdiniz. Sonra Hərəkat qalmaqalla iki qanada bölündü - bir tərəfdə rəhmətlik İsgəndər Həmidov, digər tərəfdə Mirmahmud Mirəlioğlu və tərəfdarları dayandı. İndi o Hərəkat fəaliyyət göstərirmi?

- Mən o vaxt AXH-nin legitimliyini təşkil edən 18 üzvdən 9-nun təmsil olunduğu qanadda idim. 2019-cu il 26 noyabr tarixində Azərbaycan Xalq Hərəkatının təmsil olunduğum qanadının sonuncu iclası olub və Xalq Hərəkatı rəsmən dağılıb. Ola bilər ki, bu gün kimlərsə, başqa fikirlər deyir. Amma sizcə o vaxt Hərəkatın o iclasında baş verən davadan, qalmaqaldan sonra hansısa bir qurumun yaşaması mümkün idi?.. Hərəkatın o sonuncu toplantısından sonra buraxıldı və təmsilçiləri KXCP-nın təmsil olunduğu qanadda fəaliyyətlərini sürdürdülər. Onunla da AXH erası bitdi.

- Amma Mirmahmud Mirəlioğlu və İsgəndər Həmidovun müavini İlyas Abdullayev hər biri öz qanadında AXN-nin öz fəaliyyətini davam etdirdiyini deyirlər.

- Adama sual verərlər ki, AXH-ni kimlər təsis edib və bu gün o təsisçilərdən orda kimlər var. Əgər təsisçi Ağasəf Şakiroğlu, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev o prosesdə iştirak eləmirsə, İsgəndər Həmidov haqq dünyasına qovuşubsa, ümumiyyətlə hərəkatı təsis edən 18 nəfərdən heç biri yoxdursa, necə fəaliyyət göstərə bilər? Amma legitim qanad noyabrda ləğv olunandan sonra o biri qanad, yəni KXCP sədri Mirmahmud Mirəlioğlunun sədri olduğu Hərəkat qanad avtomatik legitimlik qazanır. Fəaliyyət götərir deyirlərsə, uğurlar diləyirik.

- Ağasif bəy, ümumilikdə, siyasi müxalifət düşərgəsi hansı yeni siyasi mərhələyə keçib?

- Düşünürəm ki, Azərbaycan siyasi düşərgəsi iqtidarlı-müxalifətli yeni siyasi dialoq mərhələsinə qədəm qoyub. Siyasi müxalifət partiyaları isə cəmiyyətdən mandat almaq uğrunda mübarizə aparır. Daha çox “Ana müxalifət”çilik uğrunda mübarizə gedir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru