"...düşməndən qat-qat üstün olduğumuzu bir daha sübut etdi" - Adil Əliyev
Tarix: 1-10-2020, 08:15 | Çap et
 Sentyabrın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı iclası keçirilirdi. İclasın nəticələrini hamılıqla maraqla gözləyirdik. Təbii ki, Təhlükəsizlik Şurasının bu iclası keçirməsinin yeganə səbəbi Azərbaycan Ordusunun inamlı qələbəsi və məğlub duruma düşən Ermənistan tərəfinin beynəlxalq təşkilatlara yalvarışı idi.
Pravda.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Adil Əliyev fikirlər səsləndirib. O bildirib ki, xalqımız bir daha əmin olsun ki, qeyd-şərtsiz üstünlük bizimdir:
“Əgər Ermənistan tərəfi öz ordusuna güvənirsə, nə üçün davamlı olaraq beynəlxalq təşkilatlara və xarici dövlətlərin rəhbərlərinə döyüşlərin dayandırılması üçün köməklik göstərilməsi barədə çağırış edir?
BMT Təhlükəsizlik Şurasının qapalı keçən iclasının yekununda elan olundu ki, Azərbaycan və Ermənistan tərəfləri arasında döyüşlər dayandırılsın, tərəflər sülh prosesinə dəvət edilsin, danışıqlar davam etdirilsin. İlk növbədə, BMT-nin belə bir qərar qəbul etməyə mənəvi haqqı yoxdur. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, bütün üzvlərin beynəlxalq münasibətlərdə həm digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, həm də BMT-nin məqsədlərinə uyğun olmayacaq şəkildə qüvvə tətbiqi ilə qorxutmaları və birbaşa qüvvə tətbiq etmələri qadağan edilir. Yəni, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Ermənistan isə artıq 28 ildir ərazimizi işğal edib və bununla kifayətlənməyərək, əlavə olaraq, yeni təxribatlar törədib.
Beynəlxalq hüquqda elə normalar vardır ki, onlar bütün dövlətlər üçün məcburidir. Bu normalar “jus cogens” normalarıdır. Dövlətlərin ərazi bütövlüyü prinsipi bu normalara aiddir və icrası məcburidir. BMT Nizamnaməsinin 2.7-ci maddəsinə əsasən bu nizamnamənin heç bir müddəası Birləşmiş Millətlər Təşkilatına səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin. Bu gün Azərbaycanın ərazi bütövlüyünü BMT-nin özü də daxil olmaqla bütün dünya tanıyır. Bu halda Azərbaycanın öz yurisdiksiyası daxilində olan ərazini işğaldan azad etməyə haqqı var. Ermənistan tərəfinin isə Azərbaycanın sərhədləri daxilində nə işi var ki, onlara qarşı da silah işlədilsin”.
Adil Əliyev onu da əlavə edib ki, BMT tərəfindən 28 il əvvəl qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü tanıyan və işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr bu günə qədər icra edilməyib: “BMT öz qətnamələrinin icrasını təmin edə bilmirsə, bu gün Azərbaycan tərəfini sülhə çağıra bilməz, buna mənəvi haqqı yoxdur. Vəziyyət o yerə çatıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 75-ci Assambleyasında çıxış edərək bildirdi ki, Ermənistan tərəfi 28 ildir faktiki olaraq təcavüzü davam etdirir. Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb edən dörd qətnaməsi bu günədək icra edilməyib. Hansı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri çox qısa müddət ərzində icra edilir. Bu gün Ermənistan öz təcavüzkar siyasətini davam etdirməklə yanaşı, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bütün normalarını kobud şəkildə pozaraq, 1949-cu il Cenevrə Konvensiyasına zidd olaraq Dağlıq Qarabağa Livandan və digər ölkələrdən insanları köçürdür. Cenevrə Konvensiyasının tələblərinə görə, döyüşlərdə muzdlular iştirak edə bilməz, lakin Ermənistan tərəfinin yaydığı videolardan da görünür ki, döyüşlərdə iştirak etmək üçün Suriyadan və digər ölkələrdən muzdlular gətirilir. Ermənistan tərəfi döyüşlər zamanı mülki əhalini və mülki obyektləri, xüsusilə heç bir halda silah işlədilməsinə icazə verilməyən xəstəxanaları, tibbi yardım maşınlarını vurur.
Sentyabrın 29-da baş tutmuş debatda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirini əsaslı arqumentlərlə susduraraq həm diplomatiyada, həm də döyüş meydanında düşməndən qat-qat üstün olduğumuzu bir daha sübut etdi. Prezidentimizin dediyi kimi, biz elə edəcəyik ki, Ermənistan tərəfi bir daha bizim torpaqlarımıza baxmağa belə cürət etməsin.
Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında misli görünməmiş tarix yazır. Xalqımız qələbəmizə inanır və qələbə bizimdir!”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59 |
|
|
|
| • İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51 |
|
|
|
| • “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48 |
|
|
|
| • "SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22 |
|
|
|
| • Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20 |
|
|
|
| • Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08 |
|
|
|
| • 172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01 |
|
|
|
| • “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
| • “Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51 |
|
|
|
| • Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43 |
|
|
|
| • “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41 |
|
|
|
| • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16 |
|
|
|
| • Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08 |
|
|
|
| • Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03 |
|
|
|
| • Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59 |
|
|
|
| • Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57 |
|
|
|
| • Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49 |
|
|
|
| • Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45 |
|
|
|
| • Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
| • Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
| • Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
| • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09 |
|
|
|
| • “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56 |
|
|
|
| • İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51 |
|
|
|
| • Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41 |
|
|
|
| • Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24 |
|
|
|
| • Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52 |
|
|
|
| • “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29 |
|
|
|
| • "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15 |
|
|
|
| • Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09 |
|
|
|
| • Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01 |
|
|
|
| • Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51 |
|
|
|
| • Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43 |
|
|
|
| • "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35 |
|
|
|
| • "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20 |
|
|
|
| • Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11 |
|
|
|
| • Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03 |
|
|
|
| • Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01 |
|
|
|
| • Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48 |
|
|
|
| • Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35 |
|
|
|
| • Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
| • Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30 |
|
|
|
| • Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25 |
|
|
|
| • "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20 |
|
|
|
| • İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17 |
|
|
|
|