Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                 

Ölkədə yeni referendum müzakirələri - siyasilərdən fərqli reaksiyalar
Tarix: 23-09-2020, 10:42 | Çap et
Ölkədə yeni referendum müzakirələri
Azərbaycanda konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-yə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyi ilə bağlı dəyişikliyi - parlament respublikasına keçid etməyi vacib sayırlar. Deputat Fəzail Ağamalı istər parlament respublikasına keçid, istər indiki majoritarla qarışıq sistemdən azad olunması, istərsə də rayonların ləğv edilməsi, quberniya və vilayətlərin yaranması təkliflərini istisna etməyib. Həmkarı Sabir Rüstəmxanlı da bu ideyaları mümkün sayıb.

Referendum təklifinin irəli sürülməsi ölkədə həyata keçirilən yeni siyasi-iqtisadi formasiyanın davamı kimi qiymətləndirilir. Müşahidəçilərin fikrincə, hakimiyyət referenduma getməklə yeni bir sistemin, iqtidar-müxalifət münasibətlərində fərqli mərhələnin təməlini qoya bilər. Bəzi mütəxəssislər indiki halda referendum keçirilməsini imkansız hesab edir. Onların sözlərinə görə, pandemiya şəraitində ümumxalq səsverməsinə getmək risklidir. Amma fərqli yanaşanlar da var. Bəzi şərhçilər hesab edir ki, Rusiya referendum keçirdi, Belarus prezident seçkiləri təşkil etdi. O baxımdan onlayn səsvermə belə mümkündür.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, konstitusiyaya dəyişikliyi barədə müzakirənin zamanı deyil. Deputatın sözlərinə görə, Azərbaycana indiki halda əsas təhlükə Ermənistan və böyük ölkələr tərəfindən var. A.Mollazadə hesab edir ki, digər tərəfdən, pandemiya ciddi problemlər yaradıb, iqtisadi vəziyyətə təsir edib və ortaya referendum məsələsini atmaq cəfəng ideyalardır: “Görünür, kimlərsə darıxır və gündəmə belə mövzular gətirirlər. Düşünmürəm ki, yaxın müddətdə referendum olacaq. Təbii ki, sadaladığınız icra hakimiyyətlərinin ləğvi, proporsional seçki sisteminə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması kimi təkliflər müzakirə oluna bilər. Amma bizim üçün hazırda daha ciddi problem var. Bu da Ermənistanın ehtimal olunan yeni təcavüzü və arxasındakı qüvvələrdir. İstisna etmirəm ki, yeni müharibə başlaya bilər. Üstəlik, pandemiya şəraitində nə referendum ola bilər?”

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, seçki sisteminin dəyişdirilməsinə ciddi ehtiyac var. Partiya sədri hesab edir ki, tam mojaritar seçki sisteminə keçid uğurlu alınmadı. Q.Əlibəyli təklif edir ki, qarışıq seçki sisteminin bərpası məqsədəuyğundur. “Yəni parlamentə seçkilərin yarısı proporsional, yarısı majoritar qaydada keçirilə bilər. Düzdür, ölkədə siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb. Amma qarışıq sistemə keçid zamanıdır”, - də müsahibimiz vurğuladı.

Q.Əlibəyli xatırlatdı ki, bir neçə il qabaq icra hakimiyyətlərinin ləğvini təklif etmişdi: “Onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi prosesi getməlidir. Yerlərdə bələdiyyələrin səlahiyyəti olduqca azdır. Sadəcə, indi referendum keçirilərsə, yalnız seçki sisteminə dəyişiklik və Milli Məclisə say tərkibinin artırılması ilə bağlı ola bilər”. Partiya sədri hesab edir ki, pandemiya şəraitində referendum keçirilməsi üçün mexanizm müəyyənləşdirilə bilər: “Əvvəla, bu məsələ Prezidentin və Milli Məclisin səlahiyyətindədir. Amma karantin qaydalarına riayət etməklə ya referendumu bir neçə gün keçirmək, ya da seçki komissiyalarının sayını artırmaq olar”.

AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, referendumun keçirilməsinin təşkilatı və texniki tərəflərini pandemiya ilə bağlamaq olmaz. Onun sözlərinə görə, dövlət canlı varlıqdır və müxtəlif funksiyaları var, daim hərəkətdədir: “Pandemiyaya görə hansısa proses axsadılmamalıdır. Necə ki, Gürcüstan oktyabrda seçki keçirəcək, bundan əvvəl Rusiya referendum edib, eləcə də biz həm boş qalan 5 deputat yerinə seçki keçirməliyik, həm də referendum olmalıdır”.

T.Abbaslı konstitusiyaya dəyişikliyi zəruri sayır: “Əvvəl 25 yerə proporsional, 100 yerə majoritar sistemlə seçki keçirilirdi. Sonra 125 yer mojaritar sistemlə oldu və çoxpartiyalılığa böyük zərbə vuruldu. Ona görə yeganə yol proporsional sistemin bərpa edilməsi, deputat sayının 150-yə qaldırılmasıdır”. Partiya sədrinin sözlərinə görə, çoxpartiyalı sistemin inkişafı, siyasətin peşəkarlaşması üçün proporsional seçkiyə keçid əhəmiyyətlidir: “İqtidar bundan ehtiyat edirsə, deputat sayını 150-yə qaldırsın, 100 mojaritar, 50 yer proporsional sistemlə seçilsin. Artıq Cənubi Qafqazda Gürcüstan və Ermənistan proporsional sistemə keçib. Bir bizik ki, dünyanın çoxdan imtina etdiyi mojaritar sistemdə qalmışıq. Ona görə referenduma gedilməlidir. Bu, hakimiyyətin elan etdiyi yeni konfiqurasiya istiqamətində önəmli addım olardı və biz partiya olaraq bu təşəbbüsü dəstəkləyirik”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru