Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                 

“Onlar uzanan əli sıxmadı” - Hakim partiya funksioneri
Tarix: 17-09-2020, 10:43 | Çap et
“Onlar uzanan əli sıxmadı”
Radikal müxalifət partiyaları ilə hakimiyyət arasında münasibətlər dəyişməz qalır. İllərdir müşahidə olunan gərginlik, qarşılıqlı ittihamlar hələ də davam edir. Ölkədə son zamanlar siyasi münasibətlər sistemində ciddi müsbət addımların atıldığı fonunda nədən radikal müxalif partiyalarla da münasibətlərin normal məcraya yönəldilməməsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr açılır. Suallar verilir ki, hökumət inkarçı və radikal hesab elədiyi müxalifətlə rəftarın başqa variantlarını niyə sınaqdan çıxarmır? İqtidar özünü haqlı, güclü, siyasi rəqibini haqsız və gücsüz bilirsə, nədən onlarla debata, dialoqa getmir? Həbsdən, təqibdənsə, debata çıxıb qarşı tərəfin haqsız olduğunu isbatlamaq daha məqbul yol deyilmi? Həbs edəndə iqtidarın üzərinə daha çox təzyiq gəlir. Bu ənənəvi yoldan niyə imtina edilmir?

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov bildirdi ki, Azərbaycanda siyasi partiyalarla, müxalifətlə iqtidar arasında dialoq mühiti mövcuddur. Bu ilin əvvəllərindən isə dialoq mühiti daha da dərinləşib: “Ölkə Prezidenti elan edib ki, ölkədə yeni siyasi konfiqurasiya formalaşır. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyaların görüşləri keçirilir. Bu görüşlərdə heç bir partiyaya ayrı-seçkilik edilmədiyi bəllidir. Həmin görüşlərə sizin qeyd etdiyiniz radikal müxalifət partiyalarının rəhbərləri də rəsmi dəvət edilmişdilər. Lakin onlar bu görüşlərdə iştirak etmədilər. Göründüyü kimi, məhz onlar hakimiyyətdən onlara tərəf uzanan əli tutmaqdan yayınırlar. İqtidar tərəfi dəfələrlə xoş məram göstərib, lakin radikal düşərgə ənənəvi ziyanlı mövqedən imtina etmir. Yəni ənənəvi davranışı məhz radikal müxalifət davam etdirir. Azərbaycanın iqtidarı, Yeni Azərbaycan Partiyası isə dialoqa həmişə açıqdır.

Həbslər və təqib məsələsinə gəlincə, Azərbaycanda kifayət qədər demokratik mühit var və siyasi mövqeyinə görə kimsə həbs edilmir, təqib olunmur. Hansısa siyasi partiya mənsubiyyəti olan şəxslər isə konkret inzibati hüquq pozuntularına və cinayət əməllərinə görə məsuliyyətə cəlb olunurlar. Azərbaycan hüquqi dövlətdir, siyasi mənsubiyyətinin olub-olmamasından, müxalifət partiyasında və ya başqa partiyada olub-olmamasından asılı olmayaraq hər kəs qanunlar çərçivəsində hərəkət etməlidir. Müxalifət partiyasının üzvü olmaq qanunları pozmaq, yol verdiyin cinayət əməlinin yaratdığı məsuliyyətdən kənarda qalmaq hüquqi vermir".

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, bütün hallarda hakimiyyət siyasi sistemin iştirakçılarının hər biri ilə dialoqda olmaqda maraqlıdır: “Ölkəmizdə həyata keçirilən islahatlar kontekstində bu daha da aktualdır. Çünki cəmiyyətin inkişafı və milli maraqların təmin olunması ictimai-siyasi həmrəylikdən və milli enerjinin milli maraqlar ətrafında səfərbər edilməsindən keçir. Hazırkı mürəkkəb tarixi mərhələdə bu daha vacib əhəmiyyət kəsb edir. Ona görə də inkarçılar dedikdə məhz mövcud vəziyyətdə bu reallıqları qiymətləndirmək istəməyən, ümumi maraqlar naminə ortaq təmas nöqtələrini qəbul etməyən, ideya, fikir, yaxud lap elə əməlləri ilə dövləti maraqlarımıza töhfə verməyənlər, tam əksinə, əldə edilən uğurları görməzlikdən gələnlər nəzərdə tutulur. Radikallar isə ucdantutma heç bir rasional işi və əməli qəbul etməyənlər, ən kəskin üsullar və vasitələrlə hakimiyyəti tənqid edərək bütün hallarda ona qarşı çıxanlardır. Ancaq buna baxmayaraq cəmiyyətdə dialoq və effektiv ictimai ünsiyyət mühitinin mövcud olması məsuliyyətinin ən çox ona aid olduğunu dərk edən hakimiyyət ən müxtəlif üsullarla bunu təmin etməyə çalışır. Bəri başdan deməliyəm ki, xeyli böyük miqyasda da əslində buna nail olur. Əks təqdirdə, biz ictimai harmoniya və ahəngdarlıqdan danışa bilmərik. Bunların isə ölkəmizdə mövcud olması olduqca mühüm əhəmiyyətli faktor olmaqla həm də milli inkişafımız üçün təminat yaradır. Ona görə də radikal müxalifətlə ünsiyyət yaratmaq məsələsində ən müxtəlif variantlara əl atır. Ən son hadisələrə diqqət etsək görəcəyik ki, Prezident Admnistrasiyasında hətta siyasi partiyalarla iş aparmaq üçün ayrıca şöbə belə yaradılıbdır. Düşünürəm ki, sualınızın bir cavabı da elə buradadır. Yəni həm də daha yeni variantlarla dialoq mühitini daha da genişləndirmək məqsədilə yaradıldı bu yeni struktur. Yaranar-yaranmaz da olduqca uğurlu addımlar atmağı bacardı, ali siyasi iradənin siyasi məqsədlərini realizə etmə yolunda intensiv və effektiv işlər gördü. Şöbə müdiri Ədalət Vəliyev az qala hər gün siyasi sistemimizin ən müxtəlif iştirakçıları ilə görüşlər keçirdi, pandemiya şəraitində yaşamağımıza baxmayaraq bu görüşlər hələ də davam etdirilir. Mən əminəm ki, biz bunun necə müsbət nəticələr verəcəyini bir qədər sonra siyasi sistemimizin real mənzərəsində görəcəyik. Bütün bunları yeni variant kimi nəzərdən keçirə bilərsiniz. Ancaq onu də nəzərə almaq lazımdır ki, bu görüşlərə getməkdən kimlər imtina etdi. Yaxud ön şərtlər qoyaraq əslində uzanan dialoq əlini geri çevirdi. Bu isə əlbəttə ictimai diqqətdən yayınmadı və beləliklə həmin ictimai məsuliyyət yenə də həmin inkarçıların üzərində qaldı. Ancaq şübhəsiz ki , demokratik cəmiyyətdə belə təşəbbüslər daima davam etdirilir və etdiriləcəkdir və bu prosesdə mümkün yeni variantlar da, əlbəttə, yenə ortaya çıxacaq”.

Debatlara, ictimai müzakirələrə gəldikdə, deputat dedi ki, bu da demokratik cəmiyyətin əsas atributlarından biridir və geniş ictimai auditoriya tərəfindən olduqca rəğbətlə qarşılanır. Çünki nəticə etibarilə hər bir vətəndaş müxalif fikirlərin, yaxud iqtidar-müxalifət mövqeyinin hansının doğru olduğuna belə müzakirələrdə səsləndirilən fikirlər və arqumentlər əsasında qərar verir. Ona görə də belə effektiv sosial alətdən mütləq istifadə etmək lazımdır: “Çünki nəticə etibarilə rəqabət mühitində inandırıcı vasitələrlə həm də təmsil etdiyin siyasi partiyanı təbliğ etmək üçün göydəndüşmə fürsət əldə edirsən. İqtidar partiyası da vaxtaşırı belə debat və müzakirələrdə əsasən iştirak edir. Əgər bu prosesdə hələ üstəlik bir haqsız arqumenti zərərsizləşdirərək ictimai müzakirələrdən çıxara bilirsənsə, deməli, təkcə mənsub olduğun siyasi təşkilatın deyil, həm də obyektiv ictimai münasibətlərin formalaşmasının da təminatçısına çevrilirsən ki, bu da ümumi mənafelərimiz baxımından çox əhəmiyyətlidir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru