Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb .....                     "Bura özəl, “beynəlxalq” adını daşıyan klinikadır?!!" .....                     “Azercell” abunəçilərini rəsmən BOĞAZA YIĞIB .....                     Fransaya casusluqda ittiham edilən Martin Ryanın növbəti məhkəməsi keçirilib .....                     Mərhum Qarabağ qazisinin adı ilə onun həyat yoldaşını necə aldadıblar? .....                     Bu dəfə "CELT" kursları SSRİ-ni təbliğ etdi .....                     Kreml Ermənistanda aranı qatdı, Paşinyanla bağlı tapşırıq verildi .....                     “Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…” .....                     Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı .....                     Deputatın ŞOK SƏRVƏT SİYAHISI... .....                     Rusiya həddi aşır .....                     Bu şirkət yenidən təşkil olunacaq .....                     Azərbaycan GUAM xətti ilə hərəkət edir... .....                     Əliyevdən Paşinyana son “ev tapşırığı” .....                     Mask dövlət işinə qayıda bilər .....                     İlham Əliyev açıq və net danışdı... .....                     Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... .....                     Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... .....                     "Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?" .....                     GDU ilə bağlı ŞOK FAKTLAR... .....                     Naxçıvanda KTN sistemi ağlar günə qalıb .....                     "TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var .....                     Bura elə turist gəlməsə, yaxşıdır... .....                     Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... .....                     Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... .....                     ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... .....                     Paşinyan üçün ciddi SİQNAL .....                     “Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” .....                     Trampın Əliyevin çıxışını paylaşması... .....                     Tiktoker "Roşka" hakim qarşısında .....                     ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib .....                     Separatçıların “bəlkə də qaytardılar” xüslyası .....                     Azərbaycan sabitləşdirici rolu üstlənib: .....                     “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib .....                     Peskov .....                     "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... .....                     İranlı professordan Türkiyəyə qarşı çağırış .....                     Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü .....                     ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış .....                     244 milyonluq AZALMA .....                 

“Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən ”qəhrəman"lar ortaya çıxarılsın"
Tarix: 20-02-2020, 08:45 | Çap et
“Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən ”qəhrəman"lar ortaya çıxarılsın"
Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli də diqqət çəkir. Məsələn, son parlament seçkilərindən sonra sosial şəbəkələr söyüş-qarğış poliqonunu xatırladır. Söyüş, təhqir, böhtan yağdıranlardan ibarət xüsusi trol dəstələri də fəaliyyətdədir. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan hüquqi məsuliyyət yaradırmı?

Media eksperti, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a deyib ki, sosial şəbəkələr seçkilərdən əvvəl də yalan, böhtan, təhqir platforması təsiri bağışlayırdı, seçkidən sonra durum bir qədər də pisləşib: “İnsanlar emosiyasını, qəzəbini, nifrətini burada ifadə edirlər və təəssüf ki, bu da xoş deyil”.

Qulu Məhərrəmlinin sözlərinə görə, bu cür xoşagəlməz halların qarşısının alınmasında dünya təcrübəsindən yararlanmaq olar: “Ən yaxşı qayda facebook istifadəçilərinin müəyyən etik öhdəliklər götürmələri ola bilər. Dünyada belə təcrübə var. Facebooka daxil olanlar söyüşə, təhqirə, ictimai əxlaqı pozan görüntülərə, qadağan olunmuş mövzularda - porno və bu kimi məlumatların yaymayacaqları öhdəliyi götürürlər”.

Q.Məhərrəmli deyir ki, ümumilikdə sosial şəbəkə tənzimlənən platforma deyil. Rusiyada, Çində, başqa ölkələrdə facebookda fəaliyyətdə olan xüsusi trollar ordusu var. Belə trol dəstələri insanların aşağılanması, təhqir edilməsi üçün istifadə edilir: “Ötən ilin yayında mətbuatı tənqid edəndə özüm də trol dəstəsinin təhqirləri ilə üzləşmişəm. Belə əməllərin qarşısının alınması istifadəçilərin müəyyən etik öhdəliklər götürməsi və buna əməl etməsindən keçir”.

Qulu Məhərrəmlinin sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsində KİV-lə yanaşı internet resurslarında da böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutulur: “Düşünürəm ki, belə hallar zamanla ötəcək. Cəmiyyətdə ümumi harmoniya olmalıdır, insanlar bir-biri ilə normal danışa bilməlidirlər. Sosial şəbəkələr bir növ gərgin münasibətlərin davamıdır. Ümumi dialoq, harmoniya olmayanda, insanlar arasında tolerantlıq, anlaşma olmayanda, bu, sosial şəbəkələrə sıçrayır. Cəmiyyət irəlilədikcə, şüurlarda, düşüncələrdə, əxlaqda cilalanma gedincə belə hallar da aradan qaldırıla bilər. Bu gün Avropada belə hallar yoxdur. İnsanlar sosial şəbəkələrdən təhqir və böhtan atmaq üçün istifadə etmirlər. Sosial şəbəkəni söz demək fürsəti kimi qəbul eləmiş Şərq ölkələrində, keçmiş sovet ölkələrində bu cür formalardan istifadə olunur”.

Hüquqşünas, Bakı “Hüquq” şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a müxtəlif ölkələrdə sosial şəbəkələr üzərindən təhqir və böhtanla bağlı real cəzaların nəzərdə tutulduğunu deyib. Hüquqşünasın sözlərinə görə, Türkiyə Cümhuriyyətində sosial şəbəkələr üzərindən təhqir və böhtana görə cəza nəzərdə tutulur: “Türkiyə Cəza Qanununun 125-ci maddəsinə görə, əməlin səsli, yazılı və ya görüntülü vasitələrdən istifadə etməklə törədilməsi təhqirdir və cinayəti tərkibi yaradır. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 2011-ci ilə edilən düzəlişlərlə təhqir cinayətin dekriminallaşdırılması faktıdır. 2011-ci ildən etibarən vətəndaşı təhqir etmək inzibati xəta hesab olunur. Vəzifəli şəxslərin, din xadimlərinin və hərbi qulluqçuların təhqir olunması isə müvafiq maddələrə əsasən cinayət məsuliyyətinə səbəb olur”.

Hüquqşünas deyir ki, Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir: “Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz. Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.

Şərəf və ləyaqəti alçaltma şəxsi nüfuzdan salan hərəkətlər kimi dəyərləndirilir. Şəxsiyyətin nalayiq formada alçaldılmasını, təhqiredici hərəkətin nalayiq olub-olmamasını isə cəmiyyətdə ümumilikdə qəbul edilmiş əxlaqi dəyərlərə, birgə yaşayış qaydalarına, ümumi qəbul edilən prinsiplərə uyğun olaraq məhkəmə, amma ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Böhtan isə yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayılmasıdır".

Hüquqşünas sosial şəbəkələrdə təhqir və böhtana görə Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğunu deyir: “CM-in 148-1-ci maddəsinə görə - internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir. Təhqiredici hərəkətlərin və sözlərin doğru və yalan olması şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. Əməlin cinayət olması üçün təhqir edən şəxs başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və bunu arzu edir. Şəxs təhqir edildiyi anda cinayət əməli başa çatmış hesab edilir. Bu gün sosial mediada əsasən saxta hesab və profillərdən istifadə etməklə təhqir və böhtan atma geniş yayılıb. Adətən məsuliyyətdən və ”şəxsi hesablaşma"dan yayınmaq üçün təhqir və böhtan saxta hesab və profillər üzərindən edilir. Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən “qəhrəman”lar ortaya çıxarılsın.

Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsində göstərilib ki, cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər. İP və data ünvanının əldə edilməsi üçün “Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” istintaq hərəkətlərinin məcburi aparılmasına məhkəmə qərarının alınması tələb olunur. Belə halda, müstəntiqin vəsatəti əsasında prokuror məhkəməyə təqdimatla müraciət edir. Məhkəmə qərarı ilə telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar ələ keçirildikdən sonra ekspert və mütəxəssislər cəlb edilməklə trolun, saxta profil arxasında gizlənən şəxsin yeri müəyyən edilə bilər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb - DİQQƏT!
Bu gün, 10:07
"Bura özəl, “beynəlxalq” adını daşıyan klinikadır?!!" - NARAZILIQ VAR...
Bu gün, 10:05
“Azercell” abunəçilərini rəsmən BOĞAZA YIĞIB - "Məqsədinizi deyin biz də bilək..."
Bu gün, 09:58
Fransaya casusluqda ittiham edilən Martin Ryanın növbəti məhkəməsi keçirilib - TƏFƏRRÜAT
Bu gün, 09:46
Mərhum Qarabağ qazisinin adı ilə onun həyat yoldaşını necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 09:26
Bu dəfə "CELT" kursları SSRİ-ni təbliğ etdi - İmişlidəki hadisə dərs olmadı
Bu gün, 09:23
Kreml Ermənistanda aranı qatdı, Paşinyanla bağlı tapşırıq verildi – Ankara detalı
Bu gün, 09:18
“Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…” - Tofiq Zülfüqarovdan xəbərdarlıq
Bu gün, 09:12
Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı – Bakı fərqindədir
Bu gün, 09:09
Deputatın ŞOK SƏRVƏT SİYAHISI... - AÇIQLANDI...
Bu gün, 09:06
Rusiya həddi aşır - indi də alimlərimiz hədəfə alındı
Bu gün, 08:58
Bu şirkət yenidən təşkil olunacaq
Bu gün, 08:55
Azərbaycan GUAM xətti ilə hərəkət edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:51
Əliyevdən Paşinyana son “ev tapşırığı” - Ağ Evin o müjdəsi...
Bu gün, 08:48
Mask dövlət işinə qayıda bilər - “Bloomberg”
Bu gün, 06:36
İlham Əliyev açıq və net danışdı... - nəyisə gizlətmədi...
Bu gün, 06:32
Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... - HAMI FAYDALANACAQ...
Bu gün, 06:28
Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:13
"Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?"
Bu gün, 06:07
GDU ilə bağlı ŞOK FAKTLAR... - SƏN DEMƏ...
Bu gün, 06:01
Naxçıvanda KTN sistemi ağlar günə qalıb - dövlət təcili müdaxilə etməzsə...
Bu gün, 05:57
"TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var - FOTOFAKT
Bu gün, 05:42
Bura elə turist gəlməsə, yaxşıdır... - AXI NİYƏ?..
Bu gün, 05:37
Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... - demək istədilər ki...
Bu gün, 05:32
Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... - AKTUAL
Bu gün, 05:25
Paşinyan üçün ciddi SİQNAL - NƏ BAŞ VERİR?
Bu gün, 05:14
“Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” - Rəşid Mahmudovdan İDDİA
Bu gün, 05:12
Trampın Əliyevin çıxışını paylaşması... - təsadüfi deyil...
Bu gün, 05:09
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00
Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05
Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55
Peskov DEYİR Kİ...
Dünən, 17:52
"Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47
İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40
ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru