Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bir neçə istiqamətdə iri məbləğli satınalma prosedurlarına başlayıb.
Agentliyin tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satınalınması nəzərdə tutulur. Bu məqsədlə ayrılması planlaşdırılan vəsait 3 milyon 796 min manat təşkil edir.
Bundan əlavə, dabaq (A.O. Asiya 1, SAT 2) xəstəliyinə qarşı digər peyvəndlərin satınalınması da planlaşdırılıb. Bu satınalmanın ehtimal olunan dəyəri 5 milyon 788 min 500 manat olaraq göstərilir.
Həmçinin, kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilər üçün xüsusi geyim forması və fərqlənmə nişanlarının satın alınması nəzərdə tutulub. Bu istiqamətdə ayrılacaq vəsait 55 min 564 manat 73 qəpikdir.
Ümumilikdə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçiriləcək satınalmaların dəyəri 9 milyon 640 min manatdan çoxdur.
Xatırladaq ki, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdur. Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri isə Sərdar Hacıyevdir.
Qeyd: Dünən Qaynarinfo-nun yaydığı məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmri ilə onun dostu Taleh Zeynalov Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.
32gun.az