Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                 

“Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”
Tarix: 11-12-2017, 09:09 | Çap et
“Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”
Rusiyanın erməni mənşəli xarici işlər naziri Sergey Lavrov ötən həftə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən bəyan etdi ki, münaqişənin həlli üçün üç prinsipə - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə tərəflər razıdırlar.

Lavrovun bu açıqlaması ortaya suallar çıxarıb. Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaranmasına imkan verilməyəcək, erməni xalqı artıq bir dəfə öz müqəddəratını kənar güclərin köməyi ilə təyin edib Ermənistan dövləti yaradıb.

Belə net mövqe ortada olduğu halda Sergey Lavrov bu açıqlamanı hansı məqsəd üçün, nədən verə bilər? Lavrov bu açıqlama ilə nə etmək istəyir? Azərbaycan məgər öz müqəddəratını təyinetmə prinsipini qəbul edir?

Bir sıra siyasi ekspertlər hesab edir ki, Sergey Lavrov Avropa İttifaqının 24 noyabrda Brüsseldə keçirilən “Şərq tərəfdaşlığı” sammitində qəbul olunan yekun bəyannamədə bir xüsusi müddəadan bir erməni olaraq narazı və narahat olub. Belə ki, sözügedən bəyannamədə münaqişələrin ərazi bütövlüyü, ölkələrin suverenliyi prinsipləri əsasında həll edilməsi bir daha təsbit olunur, haqqında söhbət gedən münaqişələr kimi isə Dağlıq Qarabağ, Krım, Abxaziya, Osetiya, Dnestryanı bölgə göstərilir. Sergey Lavrov bu sənədin ermənilərin xeyrinə olmadığını bilir və görünür, buna görə də üç prinsip məsələsini dilə gətirib.

Deputat Zahid Oruc isə bildirdi ki, bu prinsiplər uzun illərdi sülh danışıqlarında yer alır: “Gerçəkdən də Azərbaycan tərəfinin buna münasibəti tamamilə mənfi olsaydı, ən azı, bəyanatlarda, yaxud həmsədrlərin görüşlərinin yekunlarına dair hər hansı açıqlamalarda qeyd edilən müddəa ümumiyyətlə yer almazdı. Hər kəsə bəllidir ki, əgər siyasi vasitələrlə tənzimlənmədən danışılırsa, burada ilk növbədə prinsiplər razılaşdırılır. Yalnız ondan sonra irəliyə atıla biləcək o mühüm addımlarla bağlı detallı razılaşmalardan söhbət gedə bilər. Yəni tutaq ki, hansısa konkret yaşayış məntəqəsinin azad olunması, oraya əhalinin köçürülməsi, təhlükəsizlik tədbirləri, birgə yaşayış fəaliyyəti, sonra oradakı idarəçilik prinsipləri, qarşılıqlı münasibətlər, beynəlxalq qarantiyalar ayrıca sənəddə təsbit oluna bilər. Hər halda, dünyada indiyə qədər mövcud olan münaqişələrin çözülməsi ilə bağlı gedilən yol bundan ibarət olub. Ancaq öz müqəddəratını təyinetmə ilə bağlı məsələyə yanaşmanın özündə çox böyük fərqlər və ziddiyyətlər mövcuddur. Biz bu barədə danışanda hətta Madrid prinsiplərinin ortaya qoyulduğu zamandan bu yana ermənilər bəyan edə bilərlər ki, Azərbaycan həmin məsələyə müsbət reaksiyasını göstərib. Bir sıra hallarda deyilən üç istiqamətlərdən kənara da çıxıb bəyan edə bilərlər ki, ATƏT-in Helsinki yekun aktının müddəalarını Azərbaycan qəbul elədiyini söyləyib. Məsələdə dediyim ziddiyyət buradadır. İş ondadır ki, həqiqətən beynəlxalq hüququn özünün vəziyyəti son dərəcə bərbaddır. Çünki 1975-ci ildə ATƏT formalaşdırılanda - hansı ki, artıq 2-ci Dünya müharibəsindən sonrakı dövrdə BMT ərsəyə gəldi və görəndə ki, artıq müxtəlif qitələr üzrə təhlükəsizlik proseslərinə müdaxilə imkanları çətinləşir, o zaman sovetlər birliyinin təkidi ilə məhz ATƏT formalaşdırıldı. Həmin dövrdə müqəddəratını təyinetmə hüququ yalnız konkret etnik toplumlara mənsub olduqları dövlətlərin sərhədləri daxilində verilirdi. Bu, heç bir halda həmin ölkənin suveren hüquqlarını aradan qaldırma, sərhədlərini pozmağı nəzərdə tutmurdu. Bu gün də beynəlxalq hüquqda əslində bu cürdür. Azərbaycan beynəlxalq hüquqda nəzərdə tutulan məhz bu məqamı önə çəkir. Ermənilər isə öz müqəddəratını təyinetmə prinsipini ayrıca müstəqil dövlət yaratmaq hüququ kimi elan edir və bununla da beynəlxalq hüququ açıq-aşkar pozurlar. İndi Sergey Lavrovun haqqında söhbət gedən açıqlaması əslində çox ciddi açılıma ehtiyacı olan bəyanatdır. ”Lavrovun anlamında öz müqəddəratını təyinetmə Dağlıq Qarabağa müstəqil dövlət yanaşmasıdırmı, yoxsa yox" sualı çox mürəkkəb sualdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, öz müqəddəratını təyinetmə hüququ verilsə də bu, heç bir halda Azərbaycan sərhədlərinin pozulması, o ərazidə suveren hüquqlarımızın tapdalanması anlamına gəlmir və gəlməməlidir".

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Sergey Lavrov xarici işlər naziri olduğu müddətcə Moskvanın Qarabağ istiqamətindəki təşəbbüslərinin münaqişənin ədalətli həllinə təkan verəcəyi gözlənilmir: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir, Qarabağla bağlı sadəcə il ərzindəki açıqlamalarını analiz etdikdə birinin də bizim xeyrimizə olmadığı qənaətinə gələrik. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların öz müqəddəratı prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq öz müqəddəratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövləti yaradıblar, Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə öz müqəddəratlarını təyin etmək hüququ verilməyəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib. Bu, Azərbaycan prezidentinin beynəlxalq aləmə mesajıdır ki, ”Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək". Ermənistan hakimiyyəti isə tam əksinə referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır. Lavrov heç zaman ermənilərin istəyini arxa plana keçirərək, qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı olmayacaq. Bu siyasət bölgədə gərginliyi artıracaq. Bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. 2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-ci ilin seçki ili olmasına baxmayaraq, danışıqlarda irəliləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıb. Bu silahlar və hərbi texnika vasitəsilə cəbhə bölgəsində mövqelərini gücləndirilməsinə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər. O ki qaldı, Lavrova, o gələn il də azərbaycanlı və erməni həmkarını mütəmadi olaraq Moskvaya səfərə dəvət edəcək, özü də bölgəyə səfərlər edəcək, ancaq hamısı boş vaxt itkisi olacaq".
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru