“Bu bizə, torpaq sahibi olan Azərbaycana meydan oxumaqdır” - deputat
Tarix: 5-12-2017, 09:32 | Çap et
 Son zamanlar Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların intensivləşdiyinin şahidi oluruq.
Ancaq Ermənistan hər zaman olduğu kimi, yenə də danışıqlar prosesinin intensivləşməsindən narahat olaraq fikri yayındırmağa, danışıqlara mane olmağa çalışır. Hər halda, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi bunu deməyə əsas verir. Sarkisyanın Qarabağa qəfil səfər etməsinin arxasında yenə də öz təxribat əməllərindən istifadə etməkdir. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, Ermənistanda hakimiyyətdə olan hərbi cani və onun komandası, cinayətkar qurum heç vaxt heç bir danışıqla 1 metr də olsun torpaqdan çıxmaq niyyətində olmayıblar və olmayacaqlar da: “Çünki onlar çox dəqiq bilirlər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra onların həm siyasi hakmiyyətinin sonu olacaq, həm də onlar törətdikləri hərbi, insanlığa qarşı olan və digər cinayətlərə, Xocalı soyqırımına görə cavab verməli olacaqlar. Ona görə onlar çox ciddi cəhdlə çalışırlar ki, işğal prosesi davam etsin, status-kvo qorunub, saxlansın. Bununla da onlar həm öz hakimiyyətlərinin ömrünü uzatmağa çalışırlar, həm də öz mövcudluqlarını qoruyub, saxlamaq fikrindədilər”.
Millət vəkili bildirib ki, Azərbaycanın səbrinin də bir həddi var: “Artıq mənə elə gəlir ki, bu məsələlərin vaxtı çoxdan çatıb. Buna ermənilər özləri öz ədalətsiz, tərbiyəsiz hərəkətləri ilə bizi məcbur edirlər. Ermənistana havadarlıq edənlər öz ədalətsiz mövqeləri ilə bizi məcbur edirlər ki, Azərbaycan, torpaqlarını azad etmək üçün hərbi güc yoluna əl atsın. Biz bunu istəməzdik, bütün beynəlxalq təşkilatlara, vasitəçilərə fikrimizi deyirik ki, bu cırtdan, işğalçı dövləti başa salın ki, bizim torpaqlarımızdan öz hərbi birləşmələrini çıxartsın. Ancaq bunu etmirlər. Desək ki, edə bilmirlər, bu səhv fikir olar. Sadəcə olaraq, etmirlər və etmək istəmirlər. Bunlar vaxt udmaqla, yubatmaqla məşğuldular. Bu da son nəticədə bizi məcbur edəcək ki, öz hüquqlarımızdan, beynəlxalq hüququn bütün normativ aktlarından istifadə edərək, ərazilərimizi işğalçılardan təmizləmək üçün anti-terror əməliyyatlarına başlayaq və hərbi gücümüzü tətbiq etməklə ərazilərimizi işğaldan azad edəcək, ərazi bütövlüyümüzü təmin edək. Bu, birmənalıdır. Ancaq işğalçı dövlətin havadarları bir az yaxşı fikirləşsələr, bunun olmaması, yenidən müharibənin alovlanmaması, qan tökülməməsi üçün cırtdan, işğalçı dövləti başa salarlar. Biz görürük ki, başa salmaq istəmirlər, işğalçı özü də başa düşmək istəmir, öz fikrindən çəkilmir, bu zaman artıq bizim 2 yox, bir yolumuz qalır - hərbi gücümüzdən istifadə edib, torpaqlarımızı işğaldan azad edək. Görürsünüz, Sarkisyan sirk meymunu kimi əyninə də bir dəst hərbi paltar geyinib, gəlib, bizim ərazilərimizdə göstəriş verir, tapşırıq verir, hərbi təlimlər keçirtdirir, hərbi təlimləri müşahidə edir. Bu nə deməkdir? Bu bir növ, haqqa, ədalətə, sülhə, bizə, torpaq sahibi olan Azərbaycana meydan oxumaqdır. Yəni mən istədiyim vaxt gəlirəm də, gedirəm də, təlim də keçirirəm, nəzarət də edirəm, komandanlıq da. Bunu yerində oturtmaq, cəzalandırmaq üçün Azərbaycanın yeganə yolu hərbi güc tətbiq edib onları torpağımızdan süpürüb atmaqdır, ikinci bir yolu yoxdur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22 |
|
|
|
| • Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20 |
|
|
|
| • “Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17 |
|
|
|
| • Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15 |
|
|
|
| • Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11 |
|
|
|
| • Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04 |
|
|
|
| • Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26 |
|
|
|
| • Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19 |
|
|
|
| • Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16 |
|
|
|
| • İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07 |
|
|
|
| • Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04 |
|
|
|
| • Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01 |
|
|
|
| • Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05 |
|
|
|
| • BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02 |
|
|
|
| • Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59 |
|
|
|
| • İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51 |
|
|
|
| • “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48 |
|
|
|
| • "SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22 |
|
|
|
| • Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20 |
|
|
|
| • Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08 |
|
|
|
| • 172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01 |
|
|
|
| • “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
| • “Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51 |
|
|
|
| • Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43 |
|
|
|
| • “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41 |
|
|
|
| • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16 |
|
|
|
| • Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08 |
|
|
|
| • Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03 |
|
|
|
| • Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59 |
|
|
|
| • Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57 |
|
|
|
| • Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49 |
|
|
|
| • Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45 |
|
|
|
| • Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
| • Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
| • Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
| • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09 |
|
|
|
| • “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56 |
|
|
|
| • İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51 |
|
|
|
| • Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41 |
|
|
|
| • Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24 |
|
|
|
| • Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52 |
|
|
|
| • “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29 |
|
|
|
| • "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15 |
|
|
|
| • Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09 |
|
|
|
| • Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01 |
|
|
|
|