BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                 

“Avropa Şurası bizi korrupsiyada ittiham edir, amma üzvlərinin çoxu korrupsionerdir” - deputat
Tarix: 30-10-2017, 08:11 | Çap et
“Avropa Şurası bizi korrupsiyada ittiham edir, amma üzvlərinin çoxu korrupsionerdir”
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli son günlər ölkə mətbuatının gündəmində olan simalardan birinə çevrilib. Onun Azərbaycanın Avropa Şurasından çıxarıla biləcəyi ilə bağlı iddialara münasibəti ciddi müzakirə olunur. Partiya sədri sərt qınaqlara, tənqidlərə məruz qalır. T.Kərimli ilə bu və ya digər məsələlərlə bağlı geniş söhbət etdik.

- Tahir bəy, yəqin ki, siz də şahidisiniz ki, fikirləriniz qalmaqal yaradıb. Ünvanınıza sərt ifadələr səsləndirilir, Yenə də eyni fikirdə qalırsınız? Bu arada REAL sədri İlqar Məmmədovla bağlı yeni qərar verildi...

- Əvvəla, deyim ki, Allah İlqar Məmmədov da daxil, İsmayıllı məhbuslarının qapısını açsın. İsmayıllıdan elə məhbuslar var ki, Avropanın heç xəbəri yoxdur. Onların azadlığı üçün çalışıram. Ümid edirəm ki, yeni ildə əfv verilsə, onlar da azad olunarlar. Mənim Avropa Şurası ilə bağlı dediklərimdə təhrif olunmalar var. Məsələn, mən deməmişəm ki, Avropa Şurası üzvləri əxlaqsızdır. Sevinc Osmanqızının səhifəsində, “Azadlıq” qəzetinin səhifəsində şəklimlə bu fikirlərim paylaşılıb. İnsanlar da fikirlərimlə tanış olmadan ağızlarına gələni yazırlar. Mən Avropa Şurasından çıxma məsələsini qoymamışam. Əksinə, Avropa Şurası daxil, beynəlxalq qurumlarla əməkdaşlığın tərəfdarıyam. Məsələ bu cür qoyulub ki, əgər beynəlxalq qurum qərarları icra etmədiyimizə görə bizi çıxarmaq istəsə, o zaman biz özümüz oradan çıxsaq, daha məsləhətli olar. Bir evə qonaq gedirsən, əgər səni orada sevmirlərsə, üzüsulu oradan getməyin daha yaxşıdır, nəinki səni oradan qovsunlar. Bildiyimiz qədəri ilə İlqar Məmmədovla bağlı noyabrın axırına qədər vaxt verilib. Görünür Azərbaycanın məsələsi müzakirə olunacaq. Avropa Şurasının müsbət tələbləri ilə yanaşı mənfi tələbləri də qarşımızda var. Unutmayaq ki, Avropa Şurası bizi korrupsiyada ittiham edir, amma üzvlərinin çoxu korrupsionerdir. Biz Avropa Şurasına daxil olanda partiya sədri kimi yazılı rəy vermişəm ki, onların bəzi tələbləri ilə razı deyiləm. Bunlardan biri ermənilərə qarşı zor işlətməmək, digəri isə cinsi azlıqların hüquqlarının təmin olunması ilə bağlıdır. Qarabağla bağlı Avropa Şurası sözdən başqa heç nə etməyib. İndiyə qədər Türkiyə və Pakistandan başqa heç bir dövlət Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirməyib. Avropa Şurasının tələbi ilə ölüm hökmünü ləğv elədik. O zaman Ali Məhkəmənin keçmiş rəhbəri kimi bu məsələ ilə bağlı rəy vermişdim ki, qəsdən xüsusi amansızlıqla adam öldürmə cinayətlərində ittiham edilənlər üçün ölüm hökmünün qalmasının tərəfdarıyam. Digər tərəfdən istəyirlər ki, Azərbaycanın da gecə həyatı onlarınkı kimi olsun. Axı bu murdarlıqdır. Biz qafqazlıyıq, qürurumuz var. Belə insanlar varsa, müalicə etdirək, amma artmalarına imkan vermək olmaz. Bunlardan başqa heç nə deməmişəm.

- Müxalif kəsim sizi daha çox hədəf alıb...

- Doğrudur, bu düşərgə məni o qədər söyür, təhqir edir ki. Biri deyir ki, 1992-ci ildə parlamentdə bağıra-bağıra danışmışam, digəri vəzifəmi dondurduğumu deyir. 25 ildə etmədiyimiz elə şeyləri mənə deyiblər ki, sadəcə, susmağa çalışmışam. Müxalifət içərisində bu ittihamları udmuşam. Bütün yalanlara dözmüşəm ki, bəlkə, müxalifətin şansı oldu. Mən bir gün də vəzifəmi dondurmamışam. İşləmişəm, sonunda da istefa vermişəm. Onda da niyə əsəbi danışmışam? Qurduğumuz milli dövlət əldən gedirdi. Bəli, demişəm ki, elə etməyin ki, intihar edim. İnandırıram ki, siz də o vaxt yerimdə olsaydınız, eyni hərəkəti edərdiniz. Orada milyonların fikrini ifadə etmişəm. İnsanlar milli hökumətin getməməsi üçün ölümlərinə hazır idilər. Orada mən qalib gəldim. Çıxışımdan sonra Milli Məclis dağılıb. Bir vəzifəli şəxsi Ali Məhkəmədə göstərə bilərlərmi ki, Tahir Kərimli vəzifəsinə bərpa edib? Hətta rəqəm deyirlər ki, 58 nəfəri vəzifəsinə guya mən bərpa etmişəm. Abbas Abbasov, Müzamil Abdullayev kimi şəxsləri vəzifələrə bu hakimiyyət təyin edib, məhkəmə bərpa etməyib ki. Onlara artıq gücüm çatmır. Müxalifətdə olduğum zamanda İsa Qəmbəri dəstəklədim. Mən də istəyirdim ki, hakimiyyətdə qalaq. Amma biz başsız qaldıq, müxalifətimiz başsız atlıya bənzədi. Rəhbərimiz Bakıdan getdi, hərə də bir kəsin arxasınca getdi. Nə üçün bizim hakimiyyət yıxıldı? 22 il mən işsiz qalmışam. Amma bunun səbəbi tək bu iqtidar olmayıb.

Mənə mərhum Heydər Əliyev də iş təklif edib. Sadəcə, özüm getmədim. Bir çoxları kimi hakimiyyətimizi bərpa edəcəyimizə inanmışam. Özümüz-özümüzü işsiz qoymuşuq, ətrafımızı da. Hər şeyi qarşı tərəfə yükləmək düzgün deyil. Ümidlərimiz olub, onları da müxalifət liderləri sındırdı. AXCP iki dönəm parlamentdə oturdu. Halbuki toparlanmaq üçün şanslarımız var idi. Müsavat onları 10 il ittiham edib ki, hakimiyyətə satılmısınız. Sonra Müsavat parlamentdə 5 il oturdu, AXCP onları hədəf aldı. Nəticədə iki böyük müxalif partiya sıradan çıxdı. Nəticə göz önündədir. Yeni Azərbaycan Partiyasına alternativ ola biləcək partiya ölkədə yoxdur. Ən yaxşı halda Müsavat və AXCP bir-birilərinə alternativdir. Bu həqiqəti dərk etməliyik. Sabitliyi saxlaya biləcək partiyamız da yoxdur. İdeoloji mübarizə də yoxdur. 4 cür ideologiya var. Liberal ideologiya tərəfdarları Qərbdən mayalanır. Milli ideologiyanın tərəfdarları Türkiyə ilə əlaqələr qurur. Dini ideologiyanın təmsilçiləri İranla əlaqələrə üstünlük verirlər. Sosialist ideologiyanın tərəfdarları isə Rusiya ilə əlaqələr qururlar. Azərbaycanda hətta siyasi dairələrin gözləri belə başqa ölkələrdədir. Belə olan vəziyyətdə millətin toparlanıb milli mübarizə aparmaq imkanları yoxdur. Biz Vəhdət Partiyasını yaradanda 7 siyasi partiya bizə qoşulmuşdu, 23 siyasi şuranın üzvü, 11 isə müavinim var idi. İndiki hakimiyyət, Müsavat və AXCP partiyaları içərimizdəki bəzi insanları ələ alıb, partiyamızı parçaladılar. Biz, sadəcə, vəhdət, birlik istəyirdik. İndi hər şey əldən çıxıb. Hazırda bizim üçün ən əhəmiyyətli olanı sabitlikdir. Siz “Azadlıq” qəzeti deyildinizmi yazırdınız ki, Suriyada 5 milyon insan küçələrə çıxıb, “Ərəb baharı” Azərbaycanın sərhədlərinə yaxınlaşır.

Bu baharı Azərbaycana dəvət edən sizlər deyildiniz? İndi nə üçün etmirsiniz? Niyə ancaq məni ittiham edirsiniz? Azərbaycanda da korrupsiya, mənfi hallar var. Bu halları aradan qaldıracaq təşkilat, lider, güc varmı müxalifət cəbhəsində? İndiki hakimiyyət ən azından Suriyadan ölkəmizə dağıntıların keçməsinə imkan verməyib. Mən zərurətdən sabitliyi müdafiə edirəm. Çünki demokratik qaydada hakimiyyəti əvəzləyəcək siyasi qurum yoxdur. Belə bir güc ortaya qoysunlar, bir deputat, partiya kimi öncəliklə onları mən müdafiə edəcəm. Niyə özümüzü aldatmalıyıq? İnsanlar artıq yaxşı və ya pis insanlar axtarmırlar. Amma biz 25-30 il əvvəl belə deyildik. Ən müqəddəs insana belə pis insan deyənlər olacaq. Siyasi liderlər də eyni vəziyyətə düşüblər. Bilmirsən necə olasan. Bəzən insan etdiyi yaxşı bir işi deməyə utanır. Mən bütün nəslimi, ailəmi zərbə altında qoyaraq Mixail Qorbaçova ölüm hökmü çıxardım. Təsəvvür edin ki, bu işimi necə lağa qoyurlar. Bir-iki nəfər də deyillər. Məndən ötrü İsmayıllıda evimin ətrafında tonqallar qalayıb məni qoruyur, barəmdə imza toplayırdılar. “Tahir Kərimlini öldürsələr, onunla birlikdə öləcəyik” deyən xalq var idi. O vaxt bir vəzifə sahibi tapa bilmirdilər ki, mövcud quruluşa qarşı çıxsınlar. Amma mən bu qətiyyəti göstərdim. “Panduk” erməni təşkilatının barəmdə qəbul etdiyi qərarı deməyə utanıram. Ora-bura gedəndə özümüzü qorumağa məcburuq ki, bu qərarı birdən icra edərlər. Mənim günahım nədir? Milli azadlıq hərəkatı başlayanda hər şeyim var idi, vəzifəm, maddi imkanım. Bunun hamısını millətimə qurban etdim. İndi heç nəyim yoxdur. Bu gün deputatam, amma yenə də ətrafım işsizdir. Nə etmişəm ki, mənə bu qədər nifrət edirsiniz?

- Deputat olandan sonra daha çox tənqid olunursunuz...

- Görün nə deyirlər, Tahir Kərimli nə üçün deputat olub. Sorğu aparsınlar, İsmayıllı-Ağsu seçki dairəsində. Əgər 20% belə əleyhimə olsa, istefa verirəm. Bunlar düşünürlər ki, hakimiyyət Tahiri buraxmamalı idi. Neçə dəfə xalq səs verib, amma keçə bilməmişdim. Mənim saxtakarlığa ehtiyacım var idi? Nə qədər insan orada seçkiyə gəlirsə gəlsin, axı mən bilirəm ki, orada səs çoxluğum var idi. İndi də parlamentdə hər zaman xalq və dövlət mənafeyindən çıxış edirəm. Girib partiyamızın saytına baxsınlar görəcəklər. İstəmirəm ki, o çıxışlar yayılsın, çünki bu yaşımda şöhrət lazım deyil. 90-cı illərin axırında şeir yazmışdım. Belə idi:

Qəlbimdə bir qəfəs tikdim,
Əqidəmi əsir edib,
Sonra onu yenmək üçün,
Qəlbimdə bir qəbir qazdım,
Əqidəmi gömmək üçün.

O vaxtdan çalışıram ki, qəlbimdə əqidəmi öldürüb, hamı kimi olum. Hamı kimi beş manat pul qazanıb, ailəmi, uşağımı rahat saxlayım. Amma bacara bilmirəm, mən də belə insanam. Bir filmdə adicə bir şey görən kimi kövrəlirəm.

- Tahir Kərimli özünü yenə müxalifətçi sayır?

- Mən oxucularımı da, sizi də aldada bilmərəm, mərkəzçi mövqedəyəm. Sadəcə, çalışıram ki, yaxşıya yaxşı, pisə pis deyim. Bu gün də Rəsulzadənin ideyalarına sadiqəm. Hər fürsətdə xalqım, dövlətim üçün imkanım olanları edirəm. Bu gün desəm ki, mən də müxalifətçiyəm, mənə deməzlərmi ki, ölkədə sabitliyi müdafiə edirsən, sabitliyin qarantiyası İlham Əliyev olduğu halda, sən necə müxalifətəm deyirsən? Amma korrupsiyanın, haqsızlığın, sosial ədalətsizliyin düşməniyəm. Pensiyaların artırılmasını tələb etdiyim vaxt həmkarlarım belə üstümə düşmüşdü. Çalışdığımı ya edirəm, ya da gündəmə gətirirəm. Mən susaram, amma yalan danışmaram. Bəlkə də faciəm bundadır. Son tənqid olunduğum statusların birində başlığa belə cümlə çıxarıblar: “Tahir Kərimli deyir ki, mən külli miqdarda rüşvət almışam”. O vaxt Çingiz Mustafayev üz-üzə verilişini açmışdı, məni bir nömrəli kommunist Ramiz Əhmədovun evinə apardı. Orada rüşvət almağımla bağlı sual verəndə təsdiq etdim. Mənə nə üçün deməyimlə bağlı hücumlar oldu. Dedim ki, rüşvətxor sovet rejimində çalışırıqsa, necə bu rejimi təmizə çıxarım. Külli miqdarda mənə rüşvət təklif olunduğunu demişəm. Vəzifədə olanda Əhmədov var idi, Yevlaxda 6 nəfəri öldürmüşdü. Başqa cinayətləri də var idi. Bir maşının arxası dolu pul mənə təklif olundu, amma götürmədim, ölümlə hədələndim, geriyə durmadım. Sonunda həmin şəxsi Ali Məhkəmənin zalından qaçırdılar. İndiki hakimiyyət bununla bağlı tədbir gördü, amma bizim hakimiyyət yox. O məhbusla bağlı kriminal aləm pul yığır, təhdidlər yağdırırdı. Hətta o vaxt hakimiyyətdə yüksək post tutan bir şəxs mənə başımı ağrıtmamağı, həmin şəxsi azadlığa buraxmağımı xahiş etdi. Lakin etmədim. 62 yaşa yaxınlaşmışam, artıq ən ağır sözlərə belə öyrəşmişəm. İttihamlar qarşısında da susmuşam, deyirlər ki, Tahir Kərimli o vaxt deyib ki, maşınımın nömrəsi 002 olsun. Vallah ayıbdır. Ədalət Tahirzadə adlı birisi də bunu kitaba salıb. Prezident olan şəxsə, Elçibəyə görün bunlar sual verirlər ki, niyə o vaxt qoyurdun ki, Tahir Kərimli 002 almaq istəsin. Ədalət Tahirzadə ilə münasibətim yoxdur, amma haqqımda o qədər həqarətlər yazıb. Ona cavab verməmişəm, qoy xalq onun yalanlarına inansın. Həyat budur, görünür taleyimiz belədir, böhtan atıla-atıla yaşayırıq.

- 2003-cü ilin seçkilərindən sonra “mən bu hakimiyyətin rəhbərlik etdiyi ölkədə yaşamaram” demişdiniz. Hətta ölkəni tərk etmişdiniz. Nə dəyişdi ki, Tahir Kərimli nəinki o ölkədə yaşayır, hətta həmin ölkənin parlamentində oturur...

(Davamı gələn sayımızda)
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru