Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                 

Fazil Mustafa Şah İsmayılın vərəsəliyindən rəsmən QORXUR
Tarix: 29-08-2016, 09:05 | Çap et
Fazil Mustafa Şah İsmayılın vərəsəliyindən rəsmən QORXUR
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Xətai ilə bağlı fikirləri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Zaman-zaman deputatın Xətai ilə bağlı birmənalı qarşılanmayan fikirləri mətbuat səhifələrində geniş yer alıb.

Bu dəfə də F.Mustafa ciddi tənqid atəşinə tuş gəlib. Hətta iş o yerə çatıb ki, partiya sədri onu qınayanlara öz facebook səhifəsində status həsr edərək, onlara sərt şəkildə cavab verib. O bildirib ki, facebookda yaradılan “Şah İsmayıl Səfəvi” adlı səhifədə ona hücum edilir və ən aşağı formada tənqidlərə məruz qalır. F.Mustafa qeyd edir ki, şəklini paylaşaraq üzərindən “Babəkin və Şah İsmayılın düşmənləri silsiləsindən” yazıblar.

DİA.AZ xəbər verir ki, F.Mustafa “Yeni Müsavat”a açıqlamasında tarixi şəxsiyyətlərə qarşı münasibətdə şəxsi düşmənçilik və mənfi ritorikanın olmadığını bildirdi: “Bu tipli şəxslərin qoyub getdikləri dəyərlərə münasibət var. Azərbaycanda yanlış təfəkkür var ki, guya bu dəyərlər bizə imperiya yaradıb, böyük dövlət qurub. Bunlar hamısı boş, əsassız fikirlərdir. Xətainin qoyub getdiyi dəyər, tutduğu ərazilər İranın işinə yarayan bir bazadır. İnsanlar ola bilsin ki, kimisə çox sevə bilərlər. Biz istəyirik ki, ölkəmizdə milli dövlət duyğusuna bağlılıq daha çox olsun. Bu yolla dövlətimizi qoruya bilərik. Bu dövlət Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılıb. Biz tarixin qaranlığında işıq axtarmaqdansa, mövcud işığımıza daha çox yaxın olmalıyıq. Səfəvi ideologiyası həm İslamın parçalanmasına, həm də Azərbaycanda irançı düşüncələrin formalaşmasına səbəb olub. Tarixi şəxsiyyət olaraq, bir şəxsin çoxsaylı qələbələr qazanması faktı çox ola bilər. Napoleonun addımlarına həsədlə baxırıq. Əslində isə tarixi şəxsiyyətin qoyub getdiyi dəyərə baxmaq lazımdır. Bu dəyər işimizə nə qədər yarayır? Bu dəyər hazırkı inkişafımıza nə qədər fayda verir? Xətainin düşüncəsi ilə hərəkət etsək, Türkiyə başda olmaqla, çevrəmizdəki türk arealı ilə düşmən olmalıyıq. Bizdə dövlətçilik duyğuları yüksəkdir. Amma bu duyğular sağlam olmalıdır. 2 milyon kvadrat kilometr ərazinin işğalından danışırıq. Bu gün Qarabağı azad edə bilmirik. Bu baxımdan, 2 milyon kv.kilometrlik ərazinin işğalı illüziyası ilə xalqı yazıq günə qoymağın mənası yoxdur.

Cənubi Azərbaycanda olan soydaşlarımızın haqlarını belə əldə edə bilmirik. İdealları yaşatmaq yaxşı şeydir. Amma buna aludə olub dövlətimizi də itirə bilərik. Azərbaycanda istinad edəcəyimiz ən böyük tarixi şəxsiyyət Rəsulzadədir. Onun modern düşüncəsini Azərbaycan doğru yerinə yetirsə, ölkəmiz qüdrətli bir dövlətə çevrilə bilər. Daha bir sağlam düşüncəli aydın gələcəyə doğru gedərik. Fikirlərimizə dözümsüz yanaşanlar var. Səhifələrində şəkillərimizi düşmən obrazında paylaşırlar. Nadan, cahillər hansı ölkələrdə olmalarından asılı olmayaraq, maraqlıdır ki, eyni hədəfə gəlirlər. Biz öz ölkəmizə bağlı insan tipinin üzərində düşünməliyik. Bu ideologiya gələcəyimizə heç bir perspektiv vəd eləmir.

Şah İsmayıl tarixi bir şəxsiyyətdir. Belə şəxsiyyətlərə hörmətsiz yanaşmaq olmaz. Tariximizdə kimlər olubsa, dövrlərinin adamları olublar. Onları söymək, təhqiramiz kimi ifadələr işlətmək halları yığışdırılmalıdır. Sadəcə onları ideallaşdırmaq olmaz. Bizim yanaşmamız budur. Qəbul etmək olar, amma bunu bütöv Azərbaycanın ideyası kimi sırımaq doğru deyil. Əminəm ki, Azərbaycanda sağlam düşüncəli insanların istinad mənbəyi Rəsulzadədir. Hansısa bir feodal dövrünün torpaq zəbt etməsi bizim dəyərimiz ola bilməz. Yaşayan dəyərlərə istinad etmək lazımdır. Napoleonun çoxsaylı Avropa ölkəsini işğal etməsi yüz minlərlə fransızın məhvinə səbəb olub. Amma onun qoyduğu Mülki Məcəllə bu gün də yaşayır. Yəni onun dəyəri bu məcəllədir. Rəsulzadə dəyər qoyub gedib, heç bir torpaq işğal etməyib. Amma Azərbaycan insanı üçün elə bir dəyər qoyub gedib ki, min dəfə o ərazilərdən üstündür. Milli dövlət yaratmaq duyğusunu o, Azərbaycana yaşadıb. Səfəvi milli dövlət deyil. Bu baxımdan bunu ideallaşdırmağın mənası yoxdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, tarixi şəxsiyyətləri bugünkü situasiya ilə dəyərləndirmək doğru deyil: “Babəki, Xətaini və digər belə şəxsləri XXI əsrdə dəyərləndirəndə son dərəcə ehtiyatlı olmaq lazımdır. Çünki bəzi ziddiyyətlər meydana çıxa bilər. Belə tarixi şəxslərə o kəslər düzgün qiymət verə bilərlər ki, həmin dövrün dini, siyasi proseslərini dərindən bilsinlər. Bunlar olmayanda daim ziddiyyətlər meydana çıxır. Şah İsmayıla münasibətdə xüsusən ciddi ziddiyyətlər var. Ona qarşı hücumlar da var. O, şiə dövləti qurub, öz maraqları olub. Hətta onda qisas almaq hissi də var idi. Müharibə etdiyi dövlətlərdən, ata-babasını öldürənlərdən qisas almaq istəyirdi. Amma heç bir halda səfəviləri tariximizdən silib, onu düşmən elan etmək doğru deyil. Bütün yanlışlıqlara rəğmən o, Azərbaycanın bir parçasıdır. Osmanlını ideallaşdırıb, səfəviləri aşağılamaq da doğru deyil. Hər ikisinin ayrı-ayrılıqda, eyni zamanda birlikdə səhvləri olub. Amma onları tarixdən silmək cəhdləri hesab edirəm ki, xalqımızın tarixinə kölgə salmağa, dövlətçilik duyğularını zəiflətməyə yönəlib. Xətaini türkçülüyə qarşı qoymaq düzgün deyil. Türk tarixçiləri bu günləri Xətaini İrana bağlamaq istəyirlər, amma bu doğru ola bilməz. Bu yanlış təfəkkür getdikcə sona çatacaq. Çünki Xətai ilə bağlı yeni-yeni kitablar yazılır, araşdırmalar aparılır. Haqq öz yerini tezliklə tapacaq. Osmanlı və səfəvilərdə kifayət qədər qardaş qırğınları olub. Ona görə də Xətaini Çaldıran döyüşünə görə qınayıb, bu tərzdə barəsində mənfi fikirlər səsləndirmək, formalaşdırmaq düzgün deyil. İndi Türkiyə ilə münasibətlər yüksək səviyyədədir. Bu baxımdan Xətai ilə bağlı hazırda səslənən fikirlərin keçmişdə olan məlum düşmənçiliklə heç bir əlaqəsi yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru