Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                 

Moskva Qarabağın elə həll modelini təklif edəcək ki... - deputat
Tarix: 11-06-2016, 09:29 | Çap et
Moskva Qarabağın elə həll modelini təklif edəcək ki...
Rusiya Qarabağ məsələsini yalnız siyasi yolla həll edə bilməyəcək, Moskva Bakıya hərbi yolla da dəstək verməlidir ki, problem öz həllini tapsın.

Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc açıqlama verib. Əliyev, Putin və Sərkisyanın Qarabağ məsələsi üzrə gözlənilən görüşünü şərh edən deputat çox önəmli məqamlara işıq salıb:

“Dördgünlük müharibə zamanı real olaraq iki dövlət arasında silahlı münaqişənin genişlənməsini durduran yeganə tərəf Moskva oldu. Prosesləri yaxşı görən Qərb fərqində idi ki, Strasburq və ya Brüsseldən gələn zəng hesabına Füzulidə tank və toplar susası deyil. Putinin buna gücü çatdı, onun təsir gücü Bakı və İrəvanda qəbul olunub. Ancaq fərqli reaksiyalar yalnız 5 apreldən başlandı. İrəvanda Rusiya əleyhinə aksiyalar meydana çıxdı və nə qədər generalların poqonları sökülsə də, əlləri Putinə çatmadıqlarından siyasi müharibəni dərinləşdirdilər. Bu, nəticə etibarilə beynəlxalq dairələr tərəfindən fəal şəkildə danışıqların bərpasını əngəlləyə bilmədi. Vaşinqton avtomatik olaraq prosesdən kənarda qalmamaq üçün Lavrov-Kerri danışıqlarından sonra tərəfləri Vyanada bir araya gətirə bildi. Hər halda Rusiyanın buna nə üçün getdiyini cavablandırmaq çətin deyil. Yəqin Suriya məsələsində də eynən ABŞ-ın hansısa güzəştli addımları baş verib və indi də sanki iki region arasında olan məsələlərdə beynəlxalq güclərin sövdələşmələri özünü göstərməkdədir. Bununla bərabər, Lavrov Vyanadan masa üzərində müzakirə olunacaq sənədin məhz Rusiya planı olduğunu gizlətmədi.

İndi Qərb tərəfindən iki hədəfə doğru istiqamətlənmiş addımlar atılmaqdadır. Birincisi, Ermənistanın anti-Rusiya ovqatından istifadə edərək İrəvanı öz tərəflərinə çəkmək istəyirlər. İkincisi, Azərbaycan enerji cəhətdən Qərbin tərəfdaşı olsa da, siyasi cəhətdən Rusiya mövqeyini qəbul etdiyi üçün Bakıya müəyyən təzyiq göstərmək istəyirlər. Hətta bir az da irəli gedib bölgəyə Anjey Kaspşik vasitəsilə özlərinin müşahidə missiyasını göndərməyə çalışırlar. Yəqin ki, onların hamısı kəşfiyyatçılardan ibarət olacaq. Yəni sülhməramlı qüvvələrə bərabər gedişlər etmək istəyirlər. Ermənilər isə buna razıdırlar. Əsas niyyət – bir tərəfdən İranı, o biri tərəfdən Qərbi bu prosesə qoşmaqla Rusiyadan asılılığı azaltmaq, çoxvektorlu bir siyasətə keçməkdir. Ancaq Ermənistan qətiyyən nə İranın, nə də Qərbin fonunda Azərbaycan kimi balanslı siyasət qura bilməyəcək”.

Z.Oruc iyunun sonunda hərtərəfli həll üçün Parisdə aparılacaq danışıqlardan öncə Putinin tərəfləri görüşdürmək planından da söz açıb:

“Qafqazlardakı davanın bütün keçmiş tarixinə rəğmən, kim regionun gələcəyində iştirak etmək istəyirsə, Qarabağ məsələsinin həllində də o rol oynamalıdır. Əks halda, bu bölgədən siyasi və iqtisadi cəhətdən yararlanmaq çox çətin olacaq. Ona görə də keçmişdə bölgəni münaqişələr vasitəsilə idarə edirdilərsə, indi isə əksinə, həll məsələsi işə düşəndə hər bir dövlət çalışır ki, planı o versin. Təbii, Qərb onun fərqindədir ki, Putin tərəfindən irəli sürülən model həyata keçsə, Azərbaycan Avropaya çox da ehtiyac duymayacaq. Putin bilir ki, Qarabağ məsələsində əlini qızdırmaq istəyən Avropa dairələrinin qarşısını kəsməyin ən yaxşı yolu prezidentlərin görüşünü keçirmək, xalqları gələcək sülhə hazırlamaqdır”.

Millət vəkili bildirib ki, Putinin iştirakı ilə baş tutacaq görüş qətiyyən Azərbaycanın maraqlarına zidd deyil:

“Ermənistan bütün yüz illərin cinayətini indi Moskvanın əleyhinə yazır. Bu görüşün məqsədi açıq şəkildə Qərbi kənarlaşdırmaq, Putinin planının hər üç tərəfin xeyrinə olduğuna inandırmaqdır. Ən azından Rusiya bölgədə əlavə konfliktlər yaşamaq istəmir. Çünki Qarabağda ocaq yananda bu od dərhal Şimali Qafqazı da bürüyür. Qarabağ məsələsinin Rusiyanın rəhbərliyi ilə həlli Moskvanın yüz illər ərzində bölgədəki savaşları törətdiyinə görə qazandığı addan sınaq üçün bir fürsətdir, qısası, Rusiyanın xilaskar obraza ehtiyacı var. Ona görə də Putin imkan verməyəcək ki, Qərbin planı Qarabağ məsələsində qəbul olunsun. ABŞ da təbii ki, bundan şad olmayacaq və bu planı pozmağa çalışacaq”.

Deputat Sankt-Peterburq görüşünə Azərbaycanın böyük önəm verdiyini açıqlayıb:

“Bu görüş reallaşacağı təqdirdə Sərkisyan öz xalqına hansı sülhün lazım olduğu bəyanatını verib, yəqin ki, hakimiyyətdən getməli olacaq. Ancaq Petrosyan, Köçəryan və Sərkisyan o həqiqəti dərk etməlidirlər ki, müvəqqəti işğal nəinki dövlət qurmağa imkan vermir, onun regional və beynəlxalq aləmdə qəbul etdirmək məsələsi daha mühümdür. O üzdən Rusiya elə bir həll modeli meydana çıxaracaq ki, Qərbi bölgədən qova bilsin və Qafqazın tək nüfuz qüvvəsinə çevrilsin”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı gözlənilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Dünən, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Dünən, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Dünən, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Dünən, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Dünən, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru