Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                 

“Ermənilər çox ciddi şəkildə müharibəyə hazırlaşır” - Sərdar Cəlaloğlu
Tarix: 23-04-2016, 08:38 | Çap et
“Ermənilər çox ciddi şəkildə müharibəyə hazırlaşır”
DİA.AZ ADP sədri Sərdar Cəlaloğlunun Qafqazinfo.az saytına müsahibəsini təqdim edir:



- Deyirsiniz ki, atəşkəs Amerika səfərinə görə pozuldu...

- Azərbaycanda bu dəqiqə Dağlıq Qarabağın hərbi yolla azad edilməsi üçün plan var. İşğala məruz qalan bir ölkənin əlində necə plan olmaya bilər? Bu plan da zaman-zaman məşq olunur. Azərbaycan müdafiə nazirinin də kifayət qədər ağlı var ki, prezident Amerikaya gedəcəksə, hansısa müttəfiqlik bəyanatları veriləcəksə, ermənilər bu təxribatı törədə bilər. Bizim də kəşfiyyatımız var. Səfərin detalları, aparılacaq danışıqlar, verilən bəyanatlar qabaqcadan planlaşıdırılır.

- Rusiya rəhbərliyi 23 ildən sonra münaqişənin həllində sanki maraqlı görünür. Sizcə, onu buna vadar edən nədir və burada səmimilik nə qədərdir?

- Qarabağ münaqişəsində tərəf kimi Ermənistan yox, Rusiyadır. Amma rus diplomatiyası böyük uğurla Ermənistanı tərəf kimi müəyyənləşdirir, özü isə vasitəçi kimi çıxış edir. Rusiya onun təsirindən uzaqlaşıb, Amerikaya, Qərbə tərəf yaxınlaşan dövlətləri, xalqları cəzalandırır. Ərazilərimizin işğalının rus işğalı olduğunu bilirik. Xocalı soyqırımını da ruslar edib, Dağlıq Qarabağda əhalinin boşalmasında rusların iştirakını bilirik.

Rusiya görür ki, Dağlıq Qarabağ torpaqlarını işğalda saxlamaqda inad etdikcə daha çox İslam dünyasını öz üzərinə çəkir. Bu gün bizim hələ ki istifadə etmədiyimiz çox ciddi kartımız var. O da İslam dünyasına mənsub olmağımızdır. Ermənilər hər dəqiqə Rusiyanı müttəfiq kimi qabardırlar. Pakistan dedi ki, əgər ikinci tərəf bu münaqişəyə qoşulacaqsa, üçünücü tərəf avtomatik o olacaq. Azərbaycan müraciət etməsə belə, Pakistan qoşunları avtomatik müdaxilə edəcək. Niyə? Çünki Dağlıq Qarabağ Şimalı Azərbaycandan qoparılmamışdan əvvəl Pakistan, Əfqanıstan, Ərəbistan, İran, Hindistan Qacariyyə adlı bir dövlət idi. Dağlıq Qarabağın Azərbaycandan qoparılması həm də Pakistandan qoparılmaq deməkdir. Çünki Pakistan da bizim bir vilayətimiz idi. Rusiya tarixə qayıdırsa, Pakistan da tarixə qayıdacaq.

İkincisi, Pakistan görür ki, burada bir xristian təəssübkeşliyi var. O zaman müsəlman kimi Pakistan bizi niyə müdafiə etməsin? Əgər biz bütün müsəlman ölkələrini Rusiyanı blokadaya salmaq çağırışını etsək, Rusiyanın vəziyyəti necə olar? Avropanın blokadası Rusiyanı çökdürmür, amma Rusiyanın əsas iqtiadi tərəfdaşları müsəlman ölkələridir, onlar blokadaya qoşulsalar, Rusiya çökər. Rusiyanın idxal- ixrac balansında müsəlman ölkələri birinci yerdə durur.

O cümlədən Rusiya əhalisinin yarısı da müsəlmandır. Biz bu İslam türk dünyası faktorundan istifadə etsək, Rusiya da bizim qarşımızda Ermənistan kimi cılız bir dövlət olacaq. Biz hələlik məsələni bu səpkiyə qaldırmırıq. Ərəbistanda da məscidlərdə Azərbaycanla bağlı xütbələr oxundu. Biz bu kartdan istifadə etsək, Rusiya 1 milyardlıq müsəlmanla düşmən olacaq. Bu müharibədə də Rusiyanın qalib gəlmək şansı sıfırdan bir neçə sıfır aşağıdır. Görünür, başa düşürlər ki bu məsələdə həyasızcasına davranmaq, Azırbaycan torpaqlarını qoparıb ermənilərə vermək İslam dünyasında artıq qıcıq yaratmağa başlayıb. Pakistanın, Türkiyənin, İranın bəyanatları bunun siqnallarıdır. Biz hələ dövlət səviyyəsində müraciətlər etmirik. Məsələn , Rusiya-Türkiyə münaqişəsində dedilər ki, Rusiyanın üstünlüyü atom bombasındadır, bu da Türkiyədə yoxdur, Pakistan dərhal bəyanat verdi ki, atom bombası Türkiyədə yoxdusa onlarda var. Yəni Pakistan bununla onu demək istədi ki, atom bombamızı Türkiyənin atom bombası kimi istifadə edə bilərik. Bundan sonra Rusiya Türkiyə ilə ritorikada nüvə silahı amilini deməkdən çəkindi. Yoxsa Jirinovski iki gündən bir deyirdi ki, İstanbula atom bombası ataq, məsələni həll edək. Pakistanın bəyanatından sonra Rusiyanın səsi kəsildi.

- Elə bu əməliyyatlar bizə dostu düşməni bir daha göstərmiş oldu...

- Bəli . Qlobal tərəfləşməni də göstərdi. Rusiya həm də bundan qorxdu. Qorxur ki, ermənini dəstəklədikcə qarşısına islam-türk ittifaqı çıxır. Sizcə Rusiya nə etməlidir? Erməni kimdir ki, ona görə rus dövlətçiliyini zərbə altında qoysun. Məcburdular ki, bu məsələdə əvvəlki murdar niyyətlərindən geri çəkilsinlər. Yoxsa ruslar heç vaxt xoşluqla Azərbaycanın yanında olmazlar. Bundan yüz illər keçsə də Azərbaycanın dostu olmayacaqlar.

- Dəstəkdən söz düşmüşkən, Ərdoğan hakimiyyəti də gözlənildiyindən artıq dərəcədə Azərbaycanın yanında oldu. Sizcə, bu həm də Ərdoğanın Putinə olan münasibəti idimi , yoxsa hər zamankı qardaş ölkə olaraqmı bunu etdilər? Türkiyə-Rusiya münasibətlərinin hansı səviyyədə olduğunu da nəzərə alaq...

- Əgər elədirsə, siz İranın mövqeyini necə ifadə edərdiniz? İran açıq şəkildə dedi ki Qarabağ müsəlman torpağıdır, Azərbaycan torpağı olduğunu deməsə də. Orada ölənlər də şəhiddir. Yəni İran artıq bu məsələyə dini müharibə kimi baxır. Dini müharibə kimi baxdığına görə vətəndaşlarının o müharibədə iştirakının qabağını ala bilməz, əksinə təbliğ edəcək.

Ümumiyyətlə vətəndaşlarının cihada getməsinin qarşısını müsəlman ölkələri almaz. Eyni cihad elan olunacaqsa, pakistanlı, iranlı, ərəb də, türk də bu müharibədə iştirak etməyə borcludur. Son İslam Əməkdalıq Təşkilatında da vahid islam dünyasının anonsu verildi, özü də məzhəbçilikdən, təriqətdən uzaq İslam dünyasının. Əsl islama qayıdış olduğu təqdirdə dünyada heç bir güc müsəlmanların qarşısında dura bilməyəcək. Bunu hamı bilir. Baxın rus mətbuatına, islamlaşma ilə əlaqədar nə qədər analitik yazılar yazırlar, televizorda açıq-aydın İslamın əleyhinə iş aparırlar.

- Ruslar dediyiniz kimi dalana dirənibsə, torpaqlarımızın hamısını qaytaracaqlarmı?

- Ermənilərin son davranışı Dağlıq Qarabağa muxtariyyət verilməsi hüququnu istisna edir. Biz gördük ki, ermənilər bizim güzəştli mövqeyimizdən sui-istifadə edir. Dağlıq Qarabağ məsələsində artıq heç bir statusdan söhbət gedə bilməz. Ermənilər ya Azərbaycan vətəndaşı kimi bizim ərazimizdə yaşamalıdırlar, ya da torpağımızı tərk edib getməlidirlər. Azərbaycanın mərkəzində hər hansı muxtariyyətə nə ehtiyac var ki. İki yoldan biri var. Dağlıq Qarabağ bütünlüklə Azərbaycana qaytarılmalıdır.

- Mətbuatda yazılıb ki, Serj Sarkisyan Qarabağı qaytarılması ilə bağlı xalqa müraciət edəcək. Bu nə qədər inandırıcıdır?

- 4 günlük müharibədən sonra ikinci etapa, yəni soyuq müharibəyə keçilib. Mətbuata baxsaq görərik ki, burada xalqların psixoloji hazırlığı, çaşdırma, yayındırma , dövlət siyasətini ört-basdır etmə siyasəti yürüdülür. Baxırsan ki Rusiya tülkü donu geyinib özünü sülhməramlı missiyasında aparır. Verilən bəyanatlar əslində bizi çaşdırmaq niyyəti daşıyır.

Mənim aldığım məlumata görə, ermənilər hazırda növbəti müharibəyə hazırlaşamaq üçün Dağlıq Qarabağa həddindən artıq texnika cəmləşdirir. Rusiyadan yeni texnika alır. Azərbaycan tərəfi də buna hazır olmalıdır. Sarkisyanın Qarabağı qaytaracağıq deməsi Azərbaycan xalqını yatırtmaq məqsədi güdür. Amma əksinə xalqımız bilməlidir ki, bu saat ermənilər Dağlıq Qarabağ ərazisində hərbiləşdirməni gücləndirirlər. Sadəcə əsgərlərinin olmaması problem yaradır. Bunu da əvəzləmək üçün PKK-çıları gətirməklə, Suriyadan adam yığmaqla məşğuldurlar. Lazım olan qədər güc topladıqdan sonra Azərbaycana qarşı müharibəyə başlayacaqlar.

- O zaman analitiklərin də yazdığı kimi mayda müharibə gözlənilə bilər...

- Gözlənilir. Ermənilərin hazırlığı bunu deməyə əsas verir. Yoxsa niyə Dağlıq Qarabağa tank, top yığsın?

- O zaman bu o deməkdir ki, Rusiyanın da göstərdiyi aktivlik kosmetik xarakteri daşıyır...

- Rusiya vaxt udmaq istəyir ki, ermənilər yenidən öz güclərini komplektləşdirsin. İtirdikləri texnikanın yerini doldursunlar. Ermənilər bəyanat veridlər ki Rusiya, İsrail Azərbaycan niyə silah satır. Bu dörd günlük müharibədə bütün çatışmazlıqlarını gördülər. İndi Rusiyanın diplomatik səyləri Ermənistana vaxt qazandırmaq xarakteri daşıyır. Azərbaycan bu əməliyyatlarda dayanmadan irəli getməli idi. Ermənilərin bundan sonrakı təxribatlarılna on qat artıq cavab verilməlidir. Çünki ermənilər çox ciddi şəkildə müharibəyə hazırlaşır.

- Qərb bu durumda nə etməlidir, müharibə istəmirlər, çünki bölgədən keçən transmilli layihələrə təhlükə yarana bilər...

- Qərbin nəyinə lazımdır ki. Ölən mənim qardaşımın oğludur, işğal olunan mənim torpağımdır. Neçə illərdir ki öz vətənini görməyən mənim xalqımdır. Fransız oturub qəlyanını çəkir, torpağı özündədir. O əlbəttə ki atəşkəsin olmasını istəyir. Bizə isə atəşkəs nəyə lazımdır? Niyə atəşkəsə əməl etməliyik? Niyə torpaqlarımız işğal altında olmalıdır? Bizim problemimizi heç vaxt Amerika, Qərb tam başa düşə bilməz. Biz öz problemimizi həll etmək üçün birinci növbədə türk –islam dünaysından dəstək almalıyıq. Müdafiə nazirimiz türk-islam ölkələrinə səfər etməlidir, hərbi əməkdaşlıq müqavilələri imzalanmalıdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbəyov Kollektiv Təhlükəsizlik Təşkilatının iclasının Yerevanda keçirilməsinə icazə verməmişdi. Həmin yığıncağın Moskvaya köçürülməsində israr etdi. Demişdi ki, Ermənistanda gülə-gülə poz verə bilməz, Azərbaycan buna nə deyər? Bu şüur onu göstərir ki, türk dünyası artıq birləşməkdədir. Türkmənistan bizə qoşun verməyə hazır olduğunu dedi. Hələ Özbəkistanla lazımi əlaqələri qura bilməmişik. Biz Özbəkistandan niyə istifadə etməyək? Eləcə də Əfqanıstan 400 il bir yerdə yaşamışıq. Əfqanıstanda Gündüz vilayəti var. Orada Dağlıq Qarabağdan köçürülmüş azərbaycanlılar yaşayır. 2 milyona yaxın qarabağlı yaşayır orada. Onların gücündən niyə istifadə etməyək ki?

- Belə çıxır ki, xarici siyasətimizdə çatışmazlıqlar var...

- Elmar Məmmədyarov Azərbaycan kimi bir dövlətin xarici siyasətinə rəhbərlik etməyə layiqli şəxs deyil. Bu adamın nə təfəkkür tərzi, nə də dünya görüşü buna imkan verir. Elə Avropaya gedib-gəlməklə olmur. Azərbaycanla yaxın olan, tarixən bir dövlətdə yaşadığımız ölkələr var, ora getmək lazımdır. Baxın, Türkiyə keçmiş Osmanlı ərazisində yaşayan xalqların haqlarını müdafiə edir və onların da potensialından istifadə edir. Bura İraq, Suriya, Liviya , İsrail və Misir, Səudiyyə Ərəbistanı daxildir. Ona görə də bu ölkələrdə nə baş verirsə Ərdoğan dərhal reaksiya verir. İndi nəyə görə biz tarixi sərhədlərimizdə yaşayan dövlətlərlərlə əlaqələr qurmuruq?

Pakistan bizim ərazimiz olub. Bir neçə komandirimiz milliyyətcə pakistanlı olub. Qacarı öldürənlərdən biri də pakistanlı olub. Əfqanıstanın ilk şairi Əhməd Şah Nadir şahın yanında general olub. 1000 ilə yaxın bu millətlər Azərbaycan türkünün siyasi hakimiyyəti təfəkkürü altında olublar. Bu ölkələrdə nə olsa yardım etməliyik, mədəni əlaqələr qurmalıyıq.

İlham Əliyev deyir ki, 50 milyonluq Azərbaycan xalqının prezidentidir. Bu say 50 milyon deyil, 100 milyona yaxındır.

- Son olaraq kontekstdən kənar olsa da seçkilərlə bağlı mövqeyinizi öyrənmək istəyirəm. Bilirsiniz ki, iyunda 90 saylı Ağdaş seçki dairəsində növbəti seçki keçiriləcək, partiya olaraq namizəd irəli sürəcəksinizmi?

- Biz Azərbaycanda seçki keçiriləndə iştirak etmək istəmirik, çünki seçki oyunbazlığında iştirak etməyin mənası yoxdur. Məzahir Pənahov nə qədər ki MSK-ya rəhbərlik edir, Azərbaycanda ümumiyyətlə seçkidən danışmaq olmaz. Bir demokratın seçki oyununda iştirak etməsi demokratiyaya xəyanətdən başqa bir şey deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Bu gün, 18:07
"Bir evdə yaşayırıq"
Bu gün, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Bu gün, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Bu gün, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Bu gün, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Bu gün, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Bu gün, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Bu gün, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Bu gün, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Bu gün, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Bu gün, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Bu gün, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Bu gün, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Bu gün, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Bu gün, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Bu gün, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Bu gün, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Bu gün, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Bu gün, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Bu gün, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Bu gün, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Bu gün, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru