“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                 

“Nədən çəkinirsən, Əli Kərimli?”
Tarix: 12-03-2016, 11:04 | Çap et
“Nədən çəkinirsən, Əli Kərimli?”
“Əli Kərimli hələ ki müraciətimizə rəsmi şəkildə cavab verməyib. Amma onun ətrafında olanlar guya təklifimizə ironiya ilə yanaşdıqlarını nümayiş etdirmək istəyirlər. Mən anlamıram, əgər partiya sədrinə məktub göndərilibsə, ona niyə başqası münasibət bildirməlidir ki? Gənclər təşkilatı nümayəndəsi və ya qərargahda çalışan adi işçi müraciəti cavablandırmaq səlahiyyətini kimdən alıb? Onda belə çıxır ki, AXCP-də nizamsızlıq hökm sürür və partiya sədrinin səlahiyyətləri mənimsənilib”.
Bu sözləri “Kaspi”yə açıqlamasında müxalifətin “Antiböhran Koalisiyası”na üzv Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP-nin qurumun müraciətinə qeyri-ciddi yanaşması ilə bağlı fikirlərini bölüşərkən dedi və sözügedən partiyanın müxalifətdaxili inteqrasiyadan yayınması ilə bağlı mümkün hesab etdiyi səbəbləri açıqladı. Qeyd etdi ki, AXCP-yə göndərdikləri məktuba Ə.Kərimlidən başqa kiminsə cavab vermək hüququ yoxdur: “Hətta onun birinci müavini də bəyanat versə, biz onu məktubumuza cavab kimi dəyərləndirməyəcəyik. Əgər müraciət Əli Kərimliyə göndərilibsə, nəyə görə başqası məsələyə müdaxilə edir? İndiyə qədər Azərbaycan Demokrat Partiyasının rəhbərliyinə ünvanlanan məktuba rəhbərdən başqa heç kim cavab verməyib. Partiya adından danışmaq səlahiyyəti yalnız partiya sədrinə aiddir. Əgər Əli Kərimli başqalarına onun adından danışmaq səlahiyyəti verməyibsə, deməli, bütün deyilənlər boş və əsassızdır. Görünən odur ki, o partiyada sədr ağzını açmamış, məsələyə münasibət bildirməmiş, kim istəsə danışa bilər. Deməli, Əli Kərimli sədr kimi işinin öhdəsindən gələ bilmir. Ona görə də müraciətimizə başqaları münasibət bildirir. Ay insan, sən nə bilirsən, bəlkə sonra Əli Kərimli başqa cür qərar verəcək? Nəzərə çatdırım ki, AXCP-dəki bu cür münasibətlər sistemi onlar üçün xarakterikdir və partiyanın dağılmasının əsas səbəblərindən biri olub. Bu gün AXCP sıralarını tərk etmiş adamların əksəriyyəti əvvəllər bu cür davranışlar sərgiləyiblər. Bəlkə də üzvlər belə fikirlər səsləndirəndə Əli Kərimliyə xoş gəlir. Amma o, bir az keçmişi yadına salsın və partiya təcrübəsini xatırlasın”.

S.Cəlaloğlu bildirdi ki, Ə.Kərimli müraciətə cavab verməsə, bu, debatdan imtina kimi qəbul ediləcək: “Belə başa düşəcəyik ki, onun camaat içinə çıxmağa üzü yoxdur. Biz normal təklif irəli sürmüşük. Deyirik ki, bir zala yığışaq və məsələləri üzbəüz müzakirə edək. Partiyalararası münasibətlərin müzakirəyə ehtiyacı var. AXCP sədri ilə gənclərin və ya digər partiya üzvlərinin virtual aləmdə, əsasən də Feysbukda “lotuluq” etməsi haqda da danışmaq istəyirik. Qoy “feyk” profillə deyil, debata gələrək canlı-canlı, üzbəüz şəkildə fikirlərini bildirsinlər və dediklərini əsaslandırsınlar. Əgər bizim səhvimiz varsa, birbaşa özümüzə desinlər və nəyi düz etmədiyimizi izah etsinlər. Həmçinin özlərinin də nəyi düz etdiklərini hamıya elan etsinlər. Yəni hər bir tərəfin fikri xalqın iştirakı ilə səsləndirilsin, müzakirə edilsin. Nədən çəkinirsən, Əli Kərimli? Nədən qaçırsan? Əgər sən haqlısansa, insanlar səni dəstəkləyəcək. Biz onu yalnız öz üzvlərimizdən ibarət olan debata çağırmırıq ki. Tədbir açıq olacaq və xeyli sayda ürəyi istəyən vətəndaş iştirak edəcək. AXCP fəallarını və üzvlərini də ora qatılmağa dəvət etmişik. Həm onların mətbuat orqanı, həm də digərləri gəlib tədbiri işıqlandıra bilər. Hamının gözü qarşısında təşkil olunan debatda heç kim cığallıq edə bilməyəcək və bütün deyilən sözlərin arxasında kimin dayandığı hər kəsə məlum olacaq. Bizim məqsədimiz budur”.

Partiya sədri hesab edir ki, AXCP debata qatılarsa, çox maraqlı söhbətlər olacaq və müxalifətdaxili münasibətlərə xeyli aydınlıq gətiriləcək: “Əgər razı olmasalar, deməli, gizlənirlər, açıq müzakirədən qaçırlar. Əgər sənin mövqeyin düzdürsə, bunu gəlib böyük toplantıda, hamının içində səsləndirməkdən niyə çəkinirsən? Bildiyiniz kimi, Müsavat və Yeni Azərbaycan Partiyasına da müraciət göndərmişik. YAP təklifimizə demokratik münasibət göstərdi. Hətta biz məktub göndərməmişdən öncə debata hazır olduğunu açıqladı. İndi onlardan rəsmi cavab gözləyirik. Amma AXCP demokratik ola bilmədi və gənclər vasitəsilə ironik münasibət sərgilədi. Burada ironiya etməli nə var ki? İntellektual debata çağırılmağına o adam lağ edər ki, öz-özünə “mən hara, intellektual debat hara” sualını verib. Səni dəvət edən tərəf də lağlağı obyekti deyil. Orada vaxtilə Əli Kərimliyə rəhbərlik edən şəxslər təmsil olunur. Onlar nə intellektual səviyyələrinə görə, nə də vətənə, dövlətə bağlılığına görə Əli Kərimlidən aşağı adamlardır ki, durub bizə ironik cavab versinlər. Sən Pənah Hüseynin yanında işləyən adam olmusan. İndi partiya sədri olmaqla Allahın yanına qalxmamısan ki. Əsassız lağlağı, ironiya edən adamlar özləri gülünc durumda olanlardır. Biz onu debata dəvət etməklə istəyirik ki, digər müxalifət partiyalarında nəyi bəyənmədiyini gəlib hamının içində söyləsin. Özünü hamıdan ağıllı sayır. Gəl bunu əsaslandır. Kimi niyə satqın hesab etdiyini gəl debatda söylə və dediklərinin arxasında dur. Orada hamının bərabər sayda tərəfdarı olacaq”.

Həmsöhbətimiz məqsədlərinin indiyə qədər problem kimi görünən məsələlərə aydınlıq gətirmək olduğunu bildirdi. Dedi ki, problemlərin əmələ gəlməsinin səbəblərindən biri konfliktlərin birgə müzakirə olunmamasıdır: “Partiyalararası deyişmələr siyasət deyil. İnsanların siyasi səviyyəsini yüksəltmək lazımdır. Partiyalar hamısı bir-birindən küsüb. Ortada ancaq qeybət və narazılıqlar var. Bu, siyasət deyil. Təəssüf ki, insanların siyasi səviyyəsi getdikcə daha da aşağı düşür. AXCP müxalifətdaxili inteqrasiyadan niyə yayınır? Debatda bu suala cavab tapmaq istəyirik. Qoy gəlib öz səbəblərini səsləndirsinlər. Üzümüzə desinlər ki, sizin ağlınız çatmır və ya siz xəyanətkarsınız. Düşündüklərini bildirsinlər və cavablarını alsınlar. “Mən hamıdan yaxşıyam, qalan hamı pisdir” deməklə adam yaxşı olmur. Biz müxalifətdaxili münasibətləri müzakirə etmək istəyirik. Burada çəkinəsi nə var ki? Hamının gözü önündə debat təşkil olunsun və hər kəs partiya sədrlərinin həm mövqeyini, həm də nə cür davrandıqlarını görsün. Bildiyiniz kimi, bu günlərdə Müsavat Partiyası sədri Arif Hacılı ilə görüşdüm. Çünki o, mənimlə əlaqə saxladı və müraciətdə onun üçün qaranlıq qalan məqamların olduğunu bildirdi. Ona görə də üzbəüz görüşüb danışmağımızı istədi. Mən də etiraz etmədim. Əgər AXCP sədri də öncədən görüşüb nəyəsə aydınlıq gətirilməsini istəsə, onunla da görüşə bilərəm. Və yaxud da YAP tədbirin mahiyyəti ilə bağlı hər hansı bir sual ünvanlayarsa, biz onlara hər şeyi izah etməyə hazırıq. Kimsə bu cür tələblə çıxış etməyibsə, biz heç kimlə zorla görüşə bilmərik. Baş tutacaq debatın canlı yayımını da təşkil etmək istəyirik. Tədbirə internet televiziyaları ilə yanaşı, digər media qurumlarının da nümayəndələri gələ bilər. Zalda xeyli sayda vətəndaşın iştirak etməsini istərdik. Onlar tədbirə qatılmaqla istənilən partiya sədrinə açıq suallarını verə bilərlər. Artıq neçə ildir ki, bu cür debatlar təşkil olunmur. Partiyalararası münasibətlərlə bağlı bir çox suallar var. Onlara da aydınlıq gətirməyə çalışacağıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru