Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                 

Naxçıvandan Bakıya HƏDƏLƏR... - İLGİNC GƏLİŞMƏ
Tarix: 1-01-2022, 12:52 | Çap et
Naxçıvandan Bakıya HƏDƏLƏR...
Naxçıvan MR-də baş verən özbaşınalıqlar ətrafında araşdırmalarımız dərinləşdikcə, “kiçik torpaq”dan aldığımız təhdidlərin miqyası da artır.

DİA.AZ ovqat.com-a istinadən xəbər verir ki, sözügedən saytın Baş redaktoru Heydər Oğuz bu gün paylaşdığı facebook statusunda belə yazıb.

O qeyd edib ki, şəxsinə qarşı yönələn təhdidləri indiyədək dilə gətirməyib və gətirməyəcək də: “Çünki bunun özünüreklam kimi dəyərləndirilə biləcəyini düşünürəm. Mənim isə ucuz reklama ehtiyacım yoxdur. Başıma nə gələcəksə, “Allahın yazqısı” bilib və “Vətən sağ olsun” deyib yoluma davam edəcəyəm. Həzrət Əli demişkən, kimlərsə öz pis niyyətlərindən əl çəkmək istəmirlərsə, mən niyə yaxşı hesab etdiyim işləri davam etdirməkdən vaz keçməliyəm?

Naxçıvandan Bakıya HƏDƏLƏR...

Fəqət son günlər qarşılaşdığım 2 təhdid yalnız mənə qarşı yönəlməyib, həm də ictimai təhlükəlilik baxımından ciddi əhəmiyyət kəsb edir. Təhdidlərdən biri “Samir Hüseynov” kod adlı Naxçıvan agentinin “Çer Sarı Pişik” adlandırdığı şəxsə qarşıdır. Naxçıvan trollunun facebookdakı statusumun altına yazdığı rəydə təhdid hədəfinin təsvirindən çıxardığım nəticə belədir: “xanlıq” rejimi mənə informasiya ötürən “Qara Pişiy”in “Şərq qapısı” qəzetinin sabiq Baş redaktoru Tural Səfərov olduğundan şübhələnir və mesajda açıq-aşkar onun yenidən həbs olunub Naxçıvanın Böyükdüz adlanan kəndində yerləşən “Gestapo” zindanına salınacağından bəhs edilir. Ötən il qanunsuz həbsdən Ovqat.com-un yazdığı bir məqalə sayəsində və paytaxtdakı ən yüksək siyasi dairələrin müdaxiləsi ilə azad olunan Tural Səfərovu bu təhdiddən nəticə çıxarmağa çağırıram. Hətta Bakıya gəldikdən sonra mənə zəng edib təşəkkürünü bildirməkdən belə çəkinəcək qədər ehtiyatlı olmaqla iş bitmir, əziz Səfərov. Zatən mənim yazdığım və bundan sonra da yazacağım hər kəlimədə səndən şübhələnəcəklər və bu vəziyyətdə ehtiyatlılığınız sizi təhdid hədəfi olmaqdan xilas etməyəcək. Odur ki, ortaya çıxıb öz informasiyalarınızla Naxçıvandakı Pxenyan rejimini laxlatmağa çalışaraq özünüzün şəxsi təhlükəsizliyini də təmin edə bilərsiniz. Deməsi məndən, nə yol tutacağınızı isə sizin öz ixtiyarınıza buraxıram.

Qarşılaşdığım ikinci təhdid isə mənə yönəlməklə yanaşı, həm də Naxçıvan MR hakimiyyətinin Azərbaycana qarşı baş qaldırışıdır və ölkənin siyasi iradəsini bu barədə xəbərdar etməyi borc bilirəm.

Naxçıvandan Bakıya HƏDƏLƏR...
Naxçıvandan Bakıya HƏDƏLƏR...

Asem Kazimov adlı facebook istifadəçisinin dünən bir paylaşımın altında əvvəl yazıb sonra sildiyi rəyində ən diqqətimi çəkən məqam bu cümlələr oldu: “Sən cənab Rəşad İsmayılovu nə haqla Vilayət Eyvazovla müqayisə edirsən? Naxçıvanda bir daxili işlər naziri var; o da Rəşad İsmayılov! Mən bilirəm, sənin arxanda kimlər durub. Sən canlı yayımda müraciət etdiyin şəxslərə arxalanırsan. Amma əmin ol ki, onlar sənə kömək edə bilməyəcək. Sən bir gün qandallanıb gətiriləcəksən Naxçıvana. Əmin ol ki, həmin vaxt mən özüm şəxsən sənin o barmaqlarını sındıracam. Onda biləcəksən ki, Cənab Sədrimiz, Cənab Nazirimiz Rəşad İsmayılov barədə yazmaq nə deməkdir… Rəşad müəllimin özü səni Naxçıvan Daxili İşlər Nazirliyinin podvalında başa salacaq. Həmin vaxt güvəndiyin heç kim sənə kömək edə bilməyəcək”.

Göründüyü kimi, Asem Kazımov adlı bu şəxs təkcə məni təhdid etməklə qalmır, həm də Naxçıvan həbsxanalarında dustaqlara verilən işgəncələrdən danışır. Üstəlik, Naxçıvan DİN-in bir ağası olduğunu, dolayısıyla Azərbaycan DİN-in şələsinin bu qurumda fırlanmadığını etiraf edir. Ən əsası isə, mənim arxalandığım şəxslərin Naxçıvanda sözünün keçmədiyini də gizlətmir. Sual oluna bilər: bəs mühəddidin (təhdid edən şəxsin) nəzərincə, “mənim güvəndiyim” o adamlar kimlərdir?

Bu suala Asem Kazımovun özü aydınlıq gətirərək bildirir: “Sənin canlı yayımda müraciət etdiyin şəxslər”. Mənim bəhs olunan canlı yayımda müraciət etdiyim 3 şəxs var idi: Azərbaycan Prezidenti İlham Əliyev, I vitse-pezident Mehriban xanım Əliyeva və Daxili İşlər naziri Vilayət Eyvazov. Dolayısıyla Asəm Kazımov adlı bu şəxs Naxçıvan Muxtar Respublikasında haqqında danışılan dövlət yetkililərinin də acizliyindən bəhs edir. Doğrusu, bu rəyi özümə qarşı təhdid, dövlət yetkililərinə qarşı isə həqarət kimi qiymətləndirirəm və nə yazıq ki, buna başqa ad vermək mümkün deyil.

Naxçıvandan Bakıya HƏDƏLƏR...

Növbəti sual: Azərbaycan prezidentinə, I vitse-prezidentə və Daxili İşlər nazirinə meydan oxuyan bu şəxs kimdir?

Onun barəsində topladığım qısa məlumatı sizinlə paylaşıram. Ümidvaram ki, bir jurnalist kimi əldə etdiyim məlumatlar müvafiq dairələrin də diqqətini çəkər və təkcə mənə yox, həm də Azərbaycanın dövlətçilik dəyərlərinə qarşı yönələn təhdidin hardan gəldiyini aydınlaşdırmağa yardımçı olar.

“Qara Pişik” kod adlı mənbəmizin iddiaları:

“Asəm Kazımov - 02.02.1988-ci ildə anadan olub. Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Rütbəsi polis-mayorudur. Hazırda Naxçıvan DİN-in xüsusi səlahiyyətli şöbəsində (dövlət sirri sayıldığından bu şöbənin adını açıqlaya bilmirəm) xidmət edir. Nazir əvəzi Rəşad İsmayılovun ən güvəndiyi adamlardan biridir. Eləcə də Naxçıvan DİN-in xüsusi səlahiyyətli şöbəsinin rəisi, “Gestapo” ləqəbli Tofiq Qarayevin sağ əlidir. Naxçıvan DİN-in hazırkı rəhbərliyinin bütün qara-qura işlərini görən şəxslərdəndir.

Məlumata görə, əslən Şərur rayonundan olan Asəm Kazımov “boz kardinal” ləqəbilə məşhuri-cahan olan Ramiz Mehidyevin həmkəndlisidir. Hətta ona qohumluğunun çatdığı da vurğulanır. Deyilənə görə, Şərur rayonunun Qarxun kəndindəndir”.

Naxçıvandan Bakıya HƏDƏLƏR...

“Qara Pişiy”in bildirdiyinə görə, Azərbaycan dövlətçiliyinə qarşı meydan oxuyan Asəm Kazımovun arxası xeyli güclüdür. “Nə Əhməd Əhmədov, nə də Fazil Ələkbərov dəfələrlə cəhd etsələr də, onu yerindən tərpədə bilməyiblər. Təsəvvür edin, “xan”ın qudası bu adamı yerindən tərpədə bilmədisə, zəhmi ilə hamının canına od salan Əhmədov belə, onun qarşısında acizliyindən siçan deşiyi axtarırdısa, Asəm Kazımovun nəinki sənə, eyni zamanda ölkə rəhbərliyinə təhdidlər yağdırmasında təəccüblü heç nə yoxdur. Onun Ramiz Mehdiyevin rəhbərliyi altında hələ də fəaliyyətini sürdürən “5-ci kolon”unun Naxçıvandakı uzantısının qollarından biri olduğu bildirilir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru