Üfunət görmək istəyən... Oğuza gəlsin! - FOTOLAR
Tarix: 5-02-2018, 09:16 | Çap et
 Ölkəmizin ən səfalı rayonlarından biridir Oğuz. Əsrarəngiz meşələri, şəlalələri ilə göz oxşayır. Məhz bu səbəbdən hər il minlərlə turist dağların qoynunda istirahət etmək istədikdə Oğuzu seçir. Ancaq, təəssüf olsun ki, həmin dağların qoynunu sakinlər zibilxanaya çevirib. Təbiətin gözəlliyinin insan əli ilə çirkləndirilməsi antisanitar vəziyyət yaradır, həmçinin bura təşrif buyuran qonağın bir də gəlməməsinə səbəb olur.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Oğuz rayonunda təmizliyin keşiyində duran insanların da əməyinə hörmət edilmir, kim hara istəyirsə, ora da zibil atır. Üstəlik rayon kommunal idarəsinin rəhbərliyi də bu vəziyyətə biganə yanaşır. İndi rayonun ərazisi zibil poliqonuna çevrilib, ətrafdan üfunət qoxusu gəlir.
Rayon sakinləri Həşimov Lətif və Ələkbərova Tərlan da Sputnik Azərbaycan-a açıqlamasında məsul təşkilatın biganəliyindən bezdiklərini deyiblər. Bildiriblər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, tədbir görən yoxdur, yayda qoxudan, soyuqda isə gəmiricilərin əlindən cana gəliblər. Köhnə zibil qutularının qapağı yoxdur, atılan tullantıları inəklər küçə boyunca səpilir.
Haqqında danışdığımız ərazi — Oğuz rayonun daxili küçələri, Gənclik adlanan yeni yaşayış massivi və dağ ətəyi ərazilər, yaşayış məskənindən çox zibillik poliqonunu xatırladır. Minlərlə sakinin yaşadığı ərazilərdə yalnız 3-4 yerdə zibil qutusu var və mərkəzi küçənin Oğuz Rayon İcra Hakimiyyətinin olduğu ərazisi bir qədər təmiz vəziyyətdədir.
Məsələ ilə bağlı Oğuz Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəis müavini Xıdırov Samir bildirdi ki, insanlar gecə vaxtlarında ərazidə boş sahələri zibilləyirlər və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu məsələ hələ də həllini tapmayıb. Bir neçə yerdə zibil qutusu qoyulub, amma qutular tələbatı ödəmir. Sakinlərin əksəriyyəti uzaq məsafəni qət edib zibili qutuya atmaq istəmir və çox zaman tullantılar boş sahəyə atılır. Nəticədə də üfunət iyindən evlərdə oturmaq mümkün olmur.
Lakin sakinlər bildiriblər ki, ərazinin zibil poliqonuna çevrilməsinin əsas səbəbi zibil qutularının az olması, qalaqlanmış zibilin vaxtında daşınmaması, zibil qutularının dərmanlanmamasıdır. Qalaqlanmış tullantılar da xəstəlik mənbəyi olmaqla yanaşı, sahibsiz heyvanların məskəninə çevrilir. Tullantıların daşınmasına məsuliyyətli olan mənzil kommunal istehsalat birlikləri isə tənqidlərdən nəticə çıxarmır. Hətta zibil daşınsa belə, ancaq qutulardakı tullantılar aparılır. Yerə tökülən zibildən isə artıq təpəcik yaranıb. Məhz bu səbəb də problemin daha dərinləşməsinə gətirib çıxarıb.
Xatırladaq ki, Oğuz şimal-qərb bölgəsinin turizm əhəmiyyətli rayonlarından biridir. Təkcə ötən il rayonda 5000-dən çox turist qonaq olub. Turistlərin daha çox yolunun düşdüyü dağ ətəyi ərazilərdə bu cür xoşagəlməz görüntünün olması rayonun imicinə də zərbə vurur. "Təmizlik imandandır" deyiblər. Yaşadığımız evi və şəhərimizi təmiz saxlamaq isə bizim borcumuzdur. Odur ki, təmizlik məsələsinə bacardığımız qədər məsuliyyətlə yanaşmalı, lazım gəldikdə əlaqədar qurumlarla birləşib problemi həll etməliyik.
Ümid edirik ki, bu yazımızdan sonra Oğuzun aidiyyatı qurumları, məsuliyyət daşıyan şəxslər rayon ərazisində yaranmış anti-sanitar vəziyyətlə bağlı lazımi tədbirləri həyata keçirəcəklər. Həmçinin oğuzlular da bu işdə onlara yaxından yardımçı olacaqlar.






|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Bu gün, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Bu gün, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
|