"Gələndən ancaq pul yığmaqla məşğuldur" - GİLEY
Tarix: 15-09-2017, 10:23 | Çap et
 Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən "Günəş” 11 nömrəli körpələr evi uşaq bağçası barədə mətbuatda silsilə xəbərlər yayımlanıb.
AZXEBER.COM xəbər verir ki, bağçanın müdiri Esmira Behbudovadan şikayətçi olan valideyn deyib: "Müdirə bağçaya 5-6 aydır ki, gəlib. Gələndən ancaq pul yığmaqla məşğuldur. Əvvəl bizdən bağçanı təmir eləmək adıyla pul yığdı. İndi isə yemək pulu adıyla hər valideyndən 20 AZN pul tələb edir. Valideynlər yığışıb şikayət etdik ki, axı Sumqayıt şəhər İcra Hakimiyyəti sizi yeməklə təmin edir. Dedi ki, hansı valideyn 20 AZN verməsə, onun övladına kotlet verməyəcəm. Dedik ki, axı uşaqdırlar, gözləri görür, baxıb şişə bilərlər. Qayıtdı ki, lap cəhənnəmə! Sonra bir valideyn söylədi ki, 20 AZN çoxdur, ona qarşılıq olaraq dedi ki, yarısı cibimə gedəcək. Övladlarımız ac qalmasın deyə məcburən pulu veririk, ancaq bu, qanunsuzdur. Özünə də demişik ki, şikayət edəcəyik. Deyir, kimə şikayət etmək istəyirsinizsə,edin”.
Valideynlərin dediyinə görə, müdir avtomobilini düz bağçanın həyətinə sürür. Halbuki qərar çıxmışdı ki, maşını bağça və məktəblərin həyətlərinə müəyyən məsafədə saxlamaq lazımdır. Bundan başqa qrupda əslində 20-22 uşaq olmalıdır, ancaq o bağçada qrupa 38 nəfər yığılıb. Uşaqlar yatmağa, oturmağa yer tapmırlar. Bağça ilə maraqlanmır. Ondan çox valideyn şikayətçidir. Siz deyin, axı uşaqlara "cəhənnəmə ağlasın” demək hansı pedaqogikaya sığır?! 7-8 valideyn yığışıb Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə gedəcəyik.
Adının çəkilməsini istəməyən digər valideyn isə bunları qeyd edir:
"O müdirə hər ay valideynlərdən 25 AZN pul tələb edilir. 20 AZN yemək pulu, 5 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı. Valideyni pul verməyən uşaqlar adi sup və kaşa ilə qidalanırlar. Belə biabırçılıq olmaz, uşaqlara necə fərq qoymaq olar?! Həm də direktor özü gəlib qruplara nəzarət edir ki, pul verənlər yaxşı menyuya uyğun, pul verməyənlər adi yeməkləri yesinlər". Aylıq ödəniş qarşılığında uşaqlara təklif olunan sözügedən menyunu də əldə eləmişik.

Qeyd edək ki, 11 saylı bağça ilə bağlı şikayətlər bununla da bitmir. Sözügedən bağçanın uşaqların götürülməsi üçün valideynlərdən pul istənilməsi haqqında da şikayətlər olunur. Həmin şikayətlərə inansaq, övladının o bağçaya getməsini arzulayan valideyn azı 400-700 manat pulundan keçməlidir. Sumqayıt şəhər 5-ci mikrorayon ev 15/132-də yaşayan Əlimərdanov İsrafil Hətəm oğlu 11 saylı bağçanın rəhbərindən çox gileylənir. O hətta bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da məktub ünvanlayıb. Məktubun qısa mətnini diqqətinizə çatdırırıq:
Himayəmdə iki azyaşlı övladım var. Hər bir Azərbaycan vətəndaşı kimi övladımı ərazimizdə olan bağçaya qoymaq istəyirik. Ərazimizə yaxın olan bağçalar 5-ci mikrorayonda yerləşən 44 saylı və 1-ci mikrorayonda yerləşən 11 saylı bağçalardır. Amma heç birində yer yoxdur. Daha doğrusu yaxınlaşanda bizə belə deyirlər ki, yer yoxdur. Əslində məlumatımız var ki, "başqa yollar”la başqa ərazi və mikrayonlarda yaşayanlar gəlib uşaqlarını ora qoyurlar. Amma mən həmin ərazidə yaşaya-yaşaya övladımı bağçaya düzəldə bilmirəm. Onuda qeyd etmək istəyirəm ki, bu problemimiz demək olar ki 2 ildir davam edir. Mən övladımı baxçaya düzəldə bilmirəm. Deyirlər, get gələn il gələrsən. Gedirik, deyirlər yerimiz yoxdur. Bir sözlə, bizi dolayırlar.
Valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün 11 saylı bağçanın müdiri Esmira Behbudova ilə əlaqə saxladıq. O, qısa şəkildə iddiaları təkzib edərək, dəstəyi üzümüzə asdı: "Yalnış məlumatdır. Bütün suallarınızı mənə yox, İcra Hakimiyyətinə yönləndirməlisiniz". Xatırladaq ki, bir müddət öncə də digər əməkdaşımız Esmira xanıma zəng edəndə yenə kobudluq edərək telefonu söndürmüşdü.
AZXEBER.COM-un məlumatına görə, mətbuatda yayımlanan bu xəbərdən sonra direktor daha da qəzəblənib və uşaqlara daha bir sanksiya qoyub. Belə ki, pul verən uşaqlar bir cərgədə, verməyənlər isə başqa cərgədə əyləşdirilib. Pul verənlərə "kotlet, peraşki" verilib, digərlərini isə yemək verilməyib.
O eyni zamanda deyib ki, geri addım atmayacaq. Maraqlısı odur ki, direktor avtomobilini də bağçanın həyətində saxlayıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Dünən, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Dünən, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Dünən, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Dünən, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Dünən, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
|