Energetika Nazirliyindəki şöbə müdirinin “əmmaları” - İTTİHAM VAR
Tarix: 3-05-2017, 08:36 | Çap et
 Artıq xeyli müddətdir ki, ölkə rəhbəri cənab İlham Əliyev məmur özbaşınalığına qarşı mübarizə tədbirlərini gücləndirir və bu yöndə lazımi addımlarını da atır. Çox təəssüflər olsun ki, hələ də elə vəzifə sahibləri var ki, verilmiş tapşırıqlardan nəticə çıxartmır və daşıdıqları vəzifələrindən şəxsi məqsədlərinin həlli üçün də istifadə edirlər. Belə vəzifə sahiblərindən birinin də, Energetika Nazirliyi Lisenziya şöbəsinin müdiri Rafiq İbrahimovun olduğu bildirilir. Xoşagəlməz hal odur ki, son vaxtlar bəzi mətbu orqanlarda adı çəkilən şəxsin dövlət başçısının vermiş olduğu tapşırıqlara xilaf çıxması və daşıdığı vəzifəsindən sui-istifadə etməsi haqda silsilə açıqlamalar işıq üzü görməkdədir. Dərc olunan açıqlamalarda Rafiq İbrahimovun yaxın çevrəsinə daxil olan şəxslərin adlarına rəsmiləşdirdiyi və dəyəri milyon manatlarla ölçülən malikanələrə, komfortlu mənzillərə, müxtəlif yönümlü ticarət və xidmət obyektlərinə, bahalı avtomobillərə sahib olduğu bildirilir. O hal da unudulmur ki, bu şəxs halal qazancı ilə bu qədər var-dövlətə heç cür sahib ola bilməz. Yəni, Rafiq İbrahimov daşıdığı vəzifəsinə görə aylıq 890 manat maaş alırsa, o halda sual oluna bilər ki, bu şəxs sahib olduğu var-dövləti necə əldə edib? “Gündəm Xəbər”in əldə etdiyi ilginc məlumatlara görə, qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, hətta neft və neft məhsullarının, təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazəni almaq üçün, adı çəkilən şöbəyə müraciət edən hər kəs ilk növbədə Rafiq İbrahimovun "bığının altından" keçməlidir ki, niyyətini “çin” edə bilsin. 2015-ci ildə isə ölkə rəhbəri cənab İlham Əliyevin imzaladığı fərman əsasında, ölkəmizdə neftin və mavi qazın satışı üçün lisenziya tələb olunması ümumi siyahıdan çıxarıldıqdan sonra, yanacaqdoldurma məntəqələri Rafiq İbrahimovun əsarətindən azad olundu. Əldə etdiyimiz digər səhih məlumatlara görə, hakimiyyətin yuxarı eşelonuna yaxın olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə bürokratik əngəllər törətmək iqtidarında olmayan, əksinə onlar haqda daxil olan məlumatları etibarlı qoruyan, həmçinin himayələrinə sığınan şöbə müdirinin fiziki və hüquqi şəxslərlə, hansı ki, kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərlə sıx bağlılığının olduğu da bildirilir. Digər məlumata görə, Rafiq İbrahimovun rəhbərlik etdiyi şöbə lisenziyasız neft və qaz məhsullarının satışı ilə məşğul olan hüquqi və fiziki şəxsləri, hətta bu işlə qanunsuz məşğul olanları aşkarladıqda, ilk əvvəl onlarla məxfi sövdələşməyə gedir və fəaliyyətlərinə göz də yumur. Elə ki, söz-söhbətlə bağlı "anlaşılmazlıq ab-havası" yaranır, o halda qarşı tərəflə bağlı lazımi tədbir də görülür. Yəqin ki, belə bir addımlarına görə hələ bir müddət bundan əvvəl Sahibkarlar Konfederasiyasının sabiq sədri Ələkbər Məmmədov bildirmişdi ki, "bu gün elə sahələr var ki, rüşvət verməsən heç vaxt lisenziya əldə edə bilməzsən. Xüsusilə də yanacaq və energetika sahəsi ilə bağlı olduqda". “Gündəm Xəbər”ə sızan başqa bir məlumatlara görə, Rafiq İbrahimov çalışdığı nazirlikdə həmkarları ilə küsü saxlayır, intriqalar yaradır və digər xoşagəlməz addımlarını da atır. Məsələn, verilən məlumatlarda o da bildirilir ki, bu şəxs Energetika Nazirliyi Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqovla heç cür yola getmədiyindən, ayrı-ayrı şəxslərin yanında ondan qisas alacağını da bildirir. Bu şəxsin xoşagəlməz addımlarından biri də ondan ibarətdir ki, o, daşıdığı vəzifəsindən və az-çox olub-qalan nüfuzundan istifadə edərək, dövlət qulluqçusunun adına, mənsub olduğu familiyanın şəninə yaraşmayan obyektlərə havadarlıq da edir. Həmin obyektlər fəaliyyətləri ilə əsas profillərindən uzaqlaşdığından, məhz göstərdikləri əlavə xidmətlər qanunsuz olmaqla bərabər, həm də cəmiyyət içərisində ikrah hissi doğuran, ciddi narazılığa səbəb olan fəaliyyət növləri olsa da, bu gün Rafiq İbrahimovun atdığı addımlar dillər əzbərinə də çevrilməkdədir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Dünən, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Dünən, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Dünən, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Dünən, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Dünən, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
|