Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                 

Dövlət ət monopolistlərinin qarşısında aciz qalıb? - Bahalaşmanın səbəbkarı kimdir?
Tarix: 20-04-2017, 10:08 | Çap et
Dövlət ət monopolistlərinin qarşısında aciz qalıb?
Dövlət Statistika Komitəsi son illərdə ilk dəfə ölkədə heyvandarlıq sahəsində tənəzzülün yaşandığını təsdiqləyən rəqəmlər açıqlayıb. Komitənin təqdim etdiyi rəqəmlərə görə, bu ilin ilk 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər.

Dövlət Statistika Komitəsinə görə, aprel ayının əvvəlinə ölkədə 2 milyon 706.8 min baş iribuynuzlu mal-qara var. Bunun 1.3 milyon başı inək və camışlardır. Qoyun və keçilərin sayı isə 8 milyon 785.5 min başdır. Üç ayda 115.4 min ton ət (diri çəkidə) istehsal olunub. DSK həm də ilin əvvəlindən ət məhsullarının 10 faizdən çox bahalandığını, ət istehsalının isə 3.2% artdığını açıqlayıb.

Ekspertlər isə hesab edir ki, ət məhsullarının bahalaşmasının səbəbi dövlət tərəfindən örüş sahələrinin zəbt edilərək digər məhsulların əkini üçün ayrılmasıdır. Bu, yemin qıtlığına və son nəticədə ətin bahalaşmasına gətirib çıxarır.

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ətin bahalaşmasında örüş sahələrinin əkin sahələrinə çevrilməsi az rol oynamır: В«Bölgələrdən gələn xəbərlər də onu deməyə əsas verir ki, ənənəvi maldarlıq və heyvandarlıqla məşğul olan rayonlarda belə otlaq sahələrində strateji bitkilərin, əsasən də pambıq əkininin həcmi artıb. Bu da yemi bahalaşdırıb. Yemin bahalaşması isə heyvanın maya dəyərinə təsir göstərir və heyvan saxlayan fermerləri qiyməti artırmağa məcbur edir. Əsas səbəb bu olsa da digər səbəblər də var.

Səbəblərdən biri odur ki, mal-qara saxlayan insanların da gündəlik tələbatları var. Son dövrlərdə ölkədə kifayət qədər qiymət artımı olduğu halda, mal ətinin qiyməti uzun müddət dəyişməz olaraq qaldı. Hətta devalvasiyadan sonra da biz qiymət artımını görmədik. Ancaq indi həmin insanların da xərcləri artıb. Söhbət oliqarxlardan və ya iri sürülər saxlayan insanlardan getmir, daha çox kiçik fermerlərdən gedir. Belə bir vəziyyətdə təbii ki, onların bazara çıxartdığı məhsulların qiymətində də artım olmalıdır. Çünki onlar da artan xərclərini qarşılamalıdırlar.

Ətin bahalaşmasında gömrük rüsumlarının artırılması da rol oynayır. Daxili bazarın qorunması adı altında xaricdən gətirilən mal-qaranın yüksək gömrük rüsumu ilə ölkəyə daxil olması qiymətlərə də təsir etdi. Açıq demək lazımdır ki, əvvəllər gömrük rüsumu ödəmədən, müəyyən haqq ödəməklə ölkəyə mal-qara gətirmək mümkün idi. İndi gömrük rəsmiləşməsi ciddiləşib, mal-qaraya gömrük rüsumu ödədikdən sonra insanların Gürcüstandan, Dağıstandan mal-qaranı alıb Azərbaycana gətirməsi iqtisadi baxımdan sərfəli olmur. Bütün tarifləri və rüsumları ödədikdən sonra ətin qiyməti indikindən də baha olmalıdır ki, onlar xərclərini çıxara bilsinlər. Təbii ki, bunun da rolu var. Bu, yerli istehsalçını qorumaq adı altında həyata keçirilsə də, həm istehsalçılara, həm də vətəndaşlara ziyan oldu. Vətəndaşlar daha baha məhsul almaq məcburiyyətində qaldılar. Toyuq əti ilə bağlı da eyni hal baş verdi. Nəticədə yerli istehsalçılar da qiyməti qaldırdılar. Çünki yerli istehsalçıların tələbatı tam ödəmək gücü yoxdur. Bazara daxil olan xarici malların qiyməti qalxan kimi, yerli istehsalçılar da qiymətləri qaldırırlar. Hökumətin atdığı addımlar da ət və ət məhsullarının bahalaşmasında mühüm rol oynayır".

İqtisadçının fikrincə, hökumətin ətin bahalaşmasının qarşısını almaq üçün ata biləcəyi ən asan və tez addım gömrük rüsumlarının azaldılmasıdır: “Gömrük rüsumlarını azaltmaqla ölkəyə mal-qara idxalını azaltmaq və bazarda bolluq yaratmaq mümkündür. Bazarda bolluq yaranarsa, bu, mütləq qiymətlərə də təsir göstərəcək. Problemin ən asan həlli yolu budur. Daha uzunmüddətli və dayanıqlı həll yolu isə daxili istehsalın artırılması üçün ciddi addımların atılmasıdır. Təəssüf ki, indi bu addımlar görüntü xətrinə atılır. Təəssüf ki, dayanıqlı inkişaf proqramları həyata keçirilmir. Çünki kənd təsərrüfatında əgər fermerlərə uzunmüddətli və aşağı faizli kreditlər verilmirsə, bu sahələrin inkişafı dövlət subsidiyaları hesabına uzun müddət davam edə bilməz. Bunu sovet dövründəki təcrübəmiz də sübut elədi. O dövrdə də hər şey dövlətin əlində idi, dövlətin subsidiyası ilə həyata keçirilirdi. Lakin sovet hökumətinin son illərində biz qıtlıqla, ərzaqların talonla verilməsi ilə qarşılaşdıq. Azərbaycanda indi belə bir təhlükə yoxdur, ancaq qiymətlərdə özünü əks etdirir. Hökumət uzunmüddətli strateji yol xəritələrində zaman və maliyyələşmə məsələsinə ciddi diqqət yetirməlidir”.

DİA.AZ isə bildirir ki, əslində ətin qiymətinin qalxmasında təkcə gömrük rüsumları yov, monopoliya da ciddi rol oynayır ki, burada da kimin başlıca rol oynadığı hər kəsə məlumdur. Belə ki, bu gün də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması hələ də davam edir. Bu bir faktdır ki, qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır.

DİA.AZ xatırladır ki, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı – bacanağı Gündüz adlı şəxs məşğul olur.
“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz.
Onu da bildirək ki, hər ay ölkəyə Hindistandan 1000 tona yaxın ət idxal edilir. Bu, ildə 12 min ton ət deməkdir. Hər kiloqramdan 2,1 manat gəlir götürülürsə, bu, ildə milyonlarla manat gəlir deməkdir.
Xatırladaq ki, bu barədə şikayətçi düşən sahibkarlar gömrükdə idxalın xeyli dərəcədə liberallaşmasına rəğmən, S.Mehdiyevin binezsi hələ də himayə olunmaqda davam etdiyini bildirməklə yanaşı, bu məsələ ilə bağlı Prezident Administrasiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdiklərini də vurğulamışdılar.

İndi isə bu faktların qarşılığında dövlətin rəsmi qurumlarının "ətin qiyməti niyə qalxıb" deyərək araşdırma aparması bir qədər səmimi görünməyə bilər. Şünki faktlar ortadadır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Dünən, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Dünən, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Dünən, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Dünən, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Dünən, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru