Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq - FOTOLAR
Tarix: 23-02-2017, 09:15 | Çap et
 Tbilisidəki Dövlət Azərbaycan Dram Teatrının (TDADT) baxımsız qalması ilə bağlı məsələ dəfələrlə qaldırılsa da, heç bir tədbir görülməyib
Azərbaycan teatrının əsası 1873-cü ildə Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” pyesinin səhnələşdirilməsi ilə qoyulub. Əksər mənbələrdə bu mühüm tarixi hadisənin Bakıda baş verdiyi yazılsa da, bəzi mənbələr milli teatrımızın Tbilisidə doğulduğunu yazır. Əbəs deyil ki, Tbilisinin mərkəzində TDADT fəaliyyət götərir. Hansı ki, bu mühüm tarixi mədəniyyət abidəsi hal-hazırda mərhum prezident Heydər Əliyevin adını daşıyır. TDADT-ın yaranma tarixi ilə bağlı da eyni ilə milli teatrımızın harada yaranması kimi iki fərqli iddia var. Bəzi mənbələr bu teatrın 1873-cü ildə yarandığını yazır, bəzi mənbələr isə 1909-cu ildə. Hər halda müxtəlif əsarət dönəmlərindən keçmiş, hər dəfə də yaşamaq üçün bütün həqiqətləri rejimə satmış bu qarmaqarışıq mənbələrin hansının nə qədər doğru olduğunu deyə bilmərik. Amma bu bir tarixi həqiqətdir ki, sözügedən teatrda İbrahim İsfahanlı, Ələkbər Seyfi, Möhsün Sənani, Ülvi Rəcəb kimi teatr nəhəngləri çalışıb, bu teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının müxtəlif pyesləri səhnələşdirilib. В© STOP-KADR Müasir Azərbaycan filminin hoqqaları Yoxsulluq və səfalət içində ömür sürən dahi şəxsiyyətlərin taleyi kimi bu böyük mədəni abidənin taleyi də yoxsulluq və səfalət içindədir. Tarix kitablarında bu teatrın müxtəlif dönəmlərdə başqa teatrlara yardım etdiyi, başqa teatrların tamaşalarını maliyyələşdirdiyi yazılsa da, hazırda heç özünə yardım edəcək qədər gücü yoxdur.
Tbilisi ilə Azərbaycan ədəbiyyatının və incəsənətinin mühüm bağlılıqları olduğu danılmazdır. Məsələn, Azərbaycan dramaturgiyasının banisi olan Mirzə Fətəli Axundov Tbilisidə yaşayıb yaratmış və elə orada da dəfn olunmuşdu. Tbilisinin Sənan dağındakı həmin məzarlıqda Mirzə Şəfi Vazehin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin də məzarları yerləşir. Bu füsunkar təbiətin qoynunda Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə bağlı abidə də mövcuddur. Ayrıca, Tbilisinin müxtəlif yerlərində Bülbülün heykəlinə, Mirzə Fətəli Axundovun, İbrahim İsfahanlının, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev muzeylərinə rast gələ bilərsiz. Elə Azərbaycanda da Şota Rustaveli, Avksenti Saqareli, Nodar Dumbadze kimi gürcü ədiblərinin müxtəlif əsərləri yayımlanıb və səhnələşdirilib. Yaxşı, bəs bir-biri ilə bu cür möhkəm mədəni əlaqələri olan iki ölkənin və xalqın bir növ ortaq mədəni abidəsi sayılan TDADT niyə bu cür baxımsız qalıb? Kostyumları çirkli və ətrafa səpələnmiş, döşəmə-tavanı uçulmuş, teatr üçün mühüm olan bütün avadanlıqlardan məhrum qalmış bu teatrın hansı günahı vardı ki, qayğıdan tamam uzaq saxlanıldı? Üstəlik, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət abidəsi hansı cürətlə belə viran qalmağa məhkum edilib?
Tbilisidə Heydər Əliyevin adını daşıyan park var. Orada mərhum liderin büstü də yerləşir. Səfər zamanı bu parkda da oldum. Park olduqca səliqəli, yaşıllıqlara bürünmüş, təmiz və bər-bəzəkli idi. Axı heç bir park bəşərə teatr qədər xidmət etmir. Bəs niyə bu parkdan 50-100 metr məsafədə yerləşən, eyni şəxsin adını daşıyan, Azərbaycan üçün mədəni tarixi əhəmiyyətə malik olan teatrın vəziyyəti acınacaqlıdır? Tbilisidə qayğıdan uzaq qalan digər mədəni abidələrimiz də var. Nəriman Nərimanovun ev muzeyi hazırda fəaliyyət göstərmir. Cəlil Məmmədquluzadənin ev muzeyinin fəaliyyəti isə birdəfəlik dayandırılıb. Tbilisidə aldığım məlumata görə, həmin evdə başqa bir ailə yaşayır və oranın muzey kimi bərpası demək olar ki, mümkünsüzdür.
P.S. Azərbaycan Gürcüstan başda olmaqla dünyanın bir sıra ölkələrində mədəniyyət abidələrini öz vəsaitləri hesabına təmir və bərpa etdirib. Maraqlıdır ki, Azərbaycan hökuməti və əlaqədar qurumlar niyə indiyə qədər ümummilli liderin adını daşıyan tarixi mədəni abidənin bərpası barədə düşünməyiblər. Teatrın kollektivinin verdiyi məlumata görə, Azərbaycan rəsmiləri, millət vəkilləri sözügedən teatrda olublar və oranın vəziyyətindən xəbərdardırlar. Amma nədənsə, bu vəziyyətin aradan qaldırılması üçün heç bir addım atmayıblar.






|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Bu gün, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Bu gün, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
|