Vaşinqton Ermənistanı cəzalandıracaqmı? - HƏQİQƏTƏN DƏ...
Tarix: 26-04-2023, 14:10 | Çap et
 ABŞ Konqresinin bir qrup ermənipərəst konqresmeni yenə fəallaşıb, Azərbaycanın Ermənistanla sərhədlərini nəzarət altına alınmasına qarşı bəyanatlar verirlər. Halbuki, Konqres Ermənistanın siyasəti ilə bağlı sərt bəyanat verməlidir. ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları nəzarət altında saxlamağa çalışır. Çünki, Vaşinqton hesab edir ki, Rusiyaya qonşu olan bir qisim ölkə sanksiyaları nəzərə almırlar. Bu baxımdan ABŞ maliyyə nazirinin müavini Elzabet Rozenberqin Mərkəzi Asiya ölkələrinə səfəri diqqət mərkəzindədir. O keçirdiyi görüşlərdə Mərkəzi Asiya ölkələrini Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıqdan çəkindirməyə çalışıb. Bundan əvvəl Mərkəzi Asiya ölkələrinə dövlət katibi Entoni Blinken və digər amerikalı rəsmilər səfər etmişdilər. Onlar da səfər etdikləri ölkələri Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıqdan imtinaya çağırmışdılar. Avropa İttifaqının nümayənlərinin də Mərkəzi Asiya ölkələrinə səfərləri qeydə alınıb. ABŞ və Avropa İttifaqı bir sıra dövlətlərə seçim təklif edib: Ya dünya iqtisadiyyatı çərçivəsində əməkdaşlığa davam etmək, ya da Rusiyaya maddi dəstək qarşılığında məhrumiyyətlərlə üzləşmək. Vaşinqton və Brüsseldə hesab edirlər ki, bir qisim dövlətin Rusiya ilə idxal-ixrac əməliyyatları artıb. Bu da Vaşinqton və Brüsseldə şübyə yaradıb ki, həmin dövlətlər ABŞ və Avropadan aldıqları məhsulları sonradan Rusiyaya satırlar. ABŞ Maliyyə Nazirliyinin siyahısında şübhəli 18 dövlətin adı çəkilib. Bunların içərisində Mərkəzi Asiya ölkələri ilə yanaşı Ermənistan da yer alıb. Ermənistanın son aylarda Rusiyaya ixracı xeyli dərəcədə artıb. Bu Qərbdə şübhələr yaradıb ki, Ermənistan Kremlin istəyi ilə Qərb ölkələrindən aldığı məhsulları Rusiyaya ötürür. Mexanizm belədir: Rusiyanın sanksiya altında olan şirkətləri lazımi avadanlıqları əldə etmək üçün Ermənistan banklarına pul köçürür, həmin pulla Ermənistan Qərbdən gərəkli avadanlıqları alaraq Rusiyaya ötürür. Ermənistandan fərqli olaraq Qazaxıstan Rusiya ilə ixdal-ixrac əməliyyatlarında ehtiyatlı mövqeyə üstünlük verməyə çalışır. Təsadüfi deyil ki, Astana bir müddət əvvəl Moskvadakı ticarət nümayəndəliyini qapadıb. Vaşinqton Pekinin də Rusiyanı sanksiyalardan qurtarmağa çalışdığını müşahidə edir. Çinin nəhəng şirkətləri Qərb sanksiyalarıyla hesablaşaraq Rusiya ilə ticarətə diqqət yetirirlər. Çünki Çinin həmin şirkətləri Qərbin sanksiyaları ilə üzləşmək istəmirlər. Bu halda həmin şirkətlər ABŞ və Avropa bazarını itirə bilərlər. Buna baxmayaraq, rəsmi Pekinin regional siyasəti Rusiyanın xeyrinədir və Kreml bu yolla sanksiyalardan qurtulmağa çalışır. Misal üçün Pekinin Səudiyyə Ərəbistanı ilə İranı barışdırması Moskvanın işinə yarayıb. Pekin Körfəz ölkələriylə sıx əlaqələr qurmaqla ABŞ-ın bu bölgəyə təsirini azaltmağa çalışır. Belə olan halda körfəz ölkələri həm İran, həm də Rusiya ilə əlaqələr qurmağa başlayırlar. Səudiyyə Ərəbistanı martın ilk 10 günündə Rusiyadan 2.5 milyon ton dizel yanacağı alıb. Vaşinqtonda şübhələnirlər ki, Səudiyyə Ərəbistanı Rusiyadan aldığı nefti emal etdikdən sonra müxtəlif ölkələrə satır. Bu səbəbdən Vaşinqton Ər-Riyadla dialoq genişləndirib. Pekinin vasitəçilik təşəbbüsləri və körfəz ölkələrinin İranla dialoqu Vaşinqtonda narahatlıq doğurub. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Dünən, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Dünən, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Dünən, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Dünən, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Dünən, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Dünən, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Dünən, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Dünən, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Dünən, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Dünən, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Dünən, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Dünən, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Dünən, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Dünən, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Dünən, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Dünən, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Dünən, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Dünən, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
|