Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                 

“Putinin əlində sadəcə nüvə silahı qalıb” – FEYQİN
Tarix: 14-03-2023, 08:24 | Çap et
“Putinin əlində sadəcə nüvə silahı qalıb”
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi uzandıqca Kremlin bütün ehtiyatlarının tükəndiyi, Ukraynanın qələbəyə bir qədər də yaxınlaşdığı haqqında fikirlər bir az da qüvvətlənir. Düzdür, bunun əksini iddia edənlər də var, amma Kiyevin qələbəsinə inaananların sayı daha çoxdur.

Hüquqşünas Mark Feyqin UNİAN-a müsahibəsində müharibə, Kadırovun mümkün zəhərlənməsi ehtimalından, Priqojinin aradan qaldırılması perspektivlərindən və Krımın Rusiya Federasiyası üçün müqəddəs əhəmiyyətindən danışıb. DİA.AZ sözügedən müsahibəni AYNA-ya istinadla təqdim edir:

Kadırov və Priqojini fiziki cəhətdən sıradan çıxarmaq olar

- Deyirlər ki, Kadırov ağır xəstədir, üzü zəhərlənmədən şişib və guya ona Almaniyadan reanimasiya təyyarəsi göndərilib. Bu versiyalara münasibətiniz necədir?

-Bu versiyaları dəqiqləşdirmək çətindir. Bilmirəm, Kadırovun görünüşü xəstəliyinin nəticəsidir, yoxsa başqa bir məsələ var?! O, birdən tamamilə qəribə oldu, sifəti çox böyüdü. Mühakimə yürütmək mənim üçün çətindir, amma mən buna başqa rakursdan baxacağam: nəzəri cəhətdən Kadırovu zəhərləmək və ya aradan qaldırmaq mümkündürmü? Niyə də yox? Xüsusi xidmət orqanları ilə Kadırov, ordu və Kadırov arasında uzun müddətdir ziddiyyətlər davam edir. Kadırov özü və atası Birinci Çeçenistan müharibəsində Rusiyanın düşməni idilər.

Təbii ki, Kadırov Putinin şəxsi etibarlı adamıdır. Oğlu Putinin yanına getdi. Mən 18 yaşlı uşağın Putinin yanına getməsini, orada nə etdiyini heç vaxt başa düşmədim. Əlbəttə, bu xüsusi münasibətlər və üstünlüklərin nəticəsidir.

Düşünürəm ki, həm Priqojin, həm də Kadırovla bağlı vəziyyət getdikcə pisləşir. Priqojin ümumiyyətlə yad adamdır. Hakimiyyət aparatı üçün tamamilə hər cəhətdən yaddır və əbədi olaraq da yad qalacaq. O, 9 il həbsdə olub, mütləq cinayətkardır. Üstəlik, iaşə ilə yox, müharibə ilə məşğul olub, çox konfliktlərə girir. O, Sankt-Peterburqa gedir və bəyan edir ki, hazırkı qubernatora qarşı mitinqlər keçirmək lazımdır. İndiki qubernator isə Putin və Kovalçukun etibarlı adamıdır.

Demək istəyirəm ki, bu adamların iqtidar aparatında dayağı yoxdur və hansısa formada məsələlərə çox müdaxilə edirlər. Ona görə də güman edirəm ki, bu adamlar fiziki olaraq həyatlarını başa vuracaqlar. Özü də əcəllə yox.

Yuxarı elitada kimin vəziyyəti yaxşıdır - Priqojinin, yoxsa Kadırovun?

- Məndə belə təəssürat yarandı ki, Kadırov, Priqojin və Surovikin Putinə nəsə vəd etsələr də, yerinə yetirmədilər. Yəqin ki, söz verib deyiblər: “Biz Donetsk vilayətini alacağıq!”. Amma buna nail olmadılar.

Müharibə hər şeyi daha da pisləşdirir. Müharibə zamanı insan həyatı ümumiyyətlə dəyərdən düşür, ona görə də mən Kadırovun “təsadüfən” xəstələnməsi və “təsadüfən” ölməsi ehtimalını istisna etməzdim.

- Onun 18 yaşlı oğlu ilə Putinin görüşünü varislik məsələsi ilə bağlamaq olarmı: Nəzərə almaq lazımdır ki, Kadırovun atası öldürüləndə Ramzan Putin ilə görüşmüşdü...

- Ola bilər, amma o zaman Əhməd Kadırovun oğlu Ramzanın federasiya subyektinin rəhbəri vəzifəsini tutmaq üçün yaşı az idi. Bir neçə il bu vəzifəni Kadırovun silahdaşlarından biri, hazırda Moskvada yerləşdirilən Alu Alxanov tutdu. İndi 18 yaşlı gənc Çeçenistana rəhbər təyin oluna bilərmi? Fikrimcə, bunu qanunla etmək olmaz. Lakin həqiqətən istəsələr, yəqin ki, hər şey mümkündür.

Amma bir daha deyirəm ki, Kadırov yoxa çıxa bilər. Vəziyyət birdən-birə Rusiyanın məğlubiyyətinə gətirib çıxararsa, o zaman ilk olaraq belə insanlar əziyyət çəkə bilər. Çünki onların yeganə ağası Putin getsə, xaos yaranacaq. Hökumətdə Kadırovu heç kim istəmir. Belə bir təhlükəli insanı dərhal aradan qaldırmaq daha yaxşıdır. Bu, eləcə də “Vaqner”in rəhbəri Priqojinə aiddir.

- Kadırov və Priqojinin aradan götürülməsi Ukraynadakı müharibənin gedişatına hansısa şəkildə təsir edəcəkmi?

- Əlbəttə ki, öz təsirini göstərəcək, çünki Priqojinin varlığı ən azı “Vaqner” döyüşçülərinə müəyyən motivasiya əlavə edir. Və onun aradan götürülməsi təsirli olacaq. Priqojin bütün bu hərbi kampaniyaya bir az da cəsarət əlavə edir.

Rusiyada silahları qatillərə, təcavüzkarlara, azğınlara verirlər

Necə düşünürsünüz, Priqojinsiz “Vaqner” mövcudluğunu qoruya biləcək?

- "Vaqner" asanlıqla başqa bir şirkətə transfer edilə bilər. Bu və ya digər formada mövcud ola bilər. Üstəlik, bu, təkcə hərbi şirkət deyil. Klassik hərbi şirkətlər döyüşmür. Bu cəfəngiyatdır. Müharibə dövlətin funksiyasıdır. Rusiyada "Vaqner" heç bir ikinci dərəcəli funksiyanı yerinə yetirməyən, lakin ordunun adi hərbi hissələrindən biridir. Təbii ki, müharibəni məhkumlara etibar etmək olmaz. Məgər “Vaqner” ayrıca ordudur? Əlbəttə, xeyr. Bu cinayətkarlar dəstədir. Onların nə etikası var, nə hüququ var, nə də qanunu. Sadəcə indi silahlar qatillərə, təcavüzkarlara, azğınlara verilir. Dünyanın heç bir ordusu bunu etmir. Görünməmiş bir şeydir, dəhşətli cinayətdir.

- Rusiyanın BMT Təhlükəsizlik Şurasında dominantlıq edəcəyinə birtəhər müqavimət göstərmək olarmı?

- Rusiya itirilmiş ölkədir. BMT müəyyən bir şüura uyğundur. Beynəlxalq hüquqa tamamilə məhəl qoymayan ölkə beynəlxalq hüququn qoruduğu quruma rəhbərlik edəcək. Bundan daha böyük cəfəngiyat təsəvvür edilə bilməz. Bu, BMT-nin tamamilə köhnəlmiş, gələcəyi olmayan struktur olduğunu bir daha sübut edir.

Gülməli olacaq ki, Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına sədrliyi zamanı, məsələn, beynəlxalq tribunalın yaradılmasına səs vermək lazım gələcək. Bunda müəyyən ironiya var. Buna müqavimət göstərməyə cəhd edə bilərsiniz, lakin BMT mexanizmi çox yöndəmsizdir. İkinci Dünya müharibəsinin nəticələrinə görə təsisçi ölkələr, o cümlədən Rusiya tərəfindən qəbul edilmiş BMT Nizamnaməsi Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkədən çıxarılmasına icazə vermir. Ona görə də onlar bütün hüquqlardan istifadə edirlər: veto hüququndan tutmuş, rəhbərliyə qədər. Bəli, onların tək səsi heç nə verməyəcək, amma bu, onları simvolizə edən səsdir.

- Sizə elə gəlmir ki, Putin son vaxtlar daha çox ictimailəşib? Bir müddət, xüsusən də Xersonun Ukrayna tərəfindən azad edilməsindən sonra Putin sakit və görünməz olmuşdu. İndi o, yenidən ictimaiyyət arasında fəallaşıb...

- Putinin bəzi hallarda ictimaiyyət arasında olmamasını xəstəliklə izah edirlər. Bu, həm də bir növ cəbhədəki uğur və uğursuzluqlarla əlaqəli ola bilər, çünki o, yaxşı olmayan hadisələr fonunda fasilə verir. Onun artıq qocalmasını, yaşının səksənə yaxınlaşmasını da nəzərə almaq lazımdır. İstər-istəməz əhval-ruhiyyəsi dəyişir. O, dörddə bir əsrdir hakimiyyətdədir və birinci ildən bütün bu işlərdən bezib. 2003-cü ilə qədər Baş nazir olmuş Mixail Kasyanov şəxsən mənə dedi ki, Putin işləməyi sevmir. Maliyyə idarəçiliyi hesabatında 5 dəqiqə sonra yuxuya gedib. Onun işgüzarlığı piardır. Əslində isə bu, heç belə də deyil. Günortaya qədər yatır, hər yerə gecikir, axıra qədər yalan danışır.

- Ölkəni bu vəziyyətə gətirən belə bir vecsiz şəxs hakimiyyəti əlində saxlamağı necə bacarır?

- Bu miqyasda siyasətçiyə tamamilə yad olan bütün bu xüsusiyyətlərə baxmayaraq, onun risk hissi, öz maraqlarına uyğun düzgün qərarlar qəbul etmək hissi var. Yəni o, “hardware” həyatını çox gözəl anlayır. Harada kəməri sıxmaq, kimlərdən haranı “təmizləmək”, kimi aradan götürmək lazım olduğunu yaxşı başa düşür. Taktiki qərarlarında demək olar ki, heç vaxt səhv etmir. Və o, əlbəttə ki, strateji qərarlarda çox səhvlərə yol verir. Müharibə belə strateji qərarlardan biridir. Və geriyə baxanda, əlbəttə ki, müharibəni başlatmağının səhv olduğunu anlayır. Sadəcə o zamanında strateji qərarı səhv verdi. Müharibənin bu qədər uzun sürəcəyini bilsəydi, bu cür risklərə getməzdi. Sadəcə qoşunları irəli-geri sürüyər, sərt bəyanatlar verər, o qədər də əhəmiyyətli olmayan bəzi güzəştlərə gedərdi, amma müharibəyə başlamazdı. Putin uduzmayacaqlarına tam əminliklə müharibəyə başladı. "Bizə qarşı kim var? Biz nüvə dövlətiyik. Üç gün, bir həftə, bir ay. Amma hər şey yaxşı olacaq" dedi və müharibəyə başladı.

Krımın Rusiya Federasiyası üçün müqəddəs mənası var

- Rusların “yeni ərazilər” adlandırdıqları ərazilərimizin azad olunması vəziyyətə necə təsir edəcək? Daha sonra Krım var...

- Putin Krımı, Donbası və hər şeyi itirəcək. Döyüş meydanında və ya ondan sonra fərqi yoxdur, amma uduzacaq. Çünki uduzmağa başlasanız, qalib gələ bilməyəcəksiniz. Kazinodakı kimi, uduza-uduza gedəcəksiniz. Bu, yazılmamış qanundur. Belə görünür ki, Putin stolun üstünə son kartlarını atır. 21 sentyabr səfərbərliyi də o kartlardan biri idi.

Onun əlində hansı kart qalıb – təbii ki, nüvə silahı. Bundan başqa heç nəyi yoxdur. Bəli, Putin növbəti səfərbərlik dalğasını işə sala bilər. Nə itirəcək ki... Kobud desək, Melitopolu itirsələr, təsirli olmayacaq. Çünki Xersondan sonra siyasi bakirəlik artıq itirilib. Amma Krım çox önəmlidir. Ukraynanın Krımı azad etməsi Rusiyanın bütün quruluşunun dağılması deməkdir.

Fakt budur ki, Rusiya tarixən bir imperiya olaraq xaricdəki müstəmləkələrin hesabına böyümədi - onlar yox idi. Rus xalqı qonşu hüdudlara keçərək onları işğal etdi. Krım imperiyanın genişlənməsinin bir formasıdır. Krım Rusiya üçün çox ağır itki olar, çünki ona hansısa arxaik, tarixi, müqəddəs məna veriblər. Ona görə də Ukraynanın Krımı azad etməsi Rusiya adlı “gəminin” batması nöqtəsi olacaq.

- Sızdırılan “Putinin sülh planı”nı haqqında məlumat görmüsünüzmü? Əsas odur ki, orada deyilir: “Biz hər şeyi Krımla dəyişirik”...

- Bilirsiniz, uzun müddətdir ki, bu fikirdədirlər. Hələ 2014-cü ildə Krım ələ keçiriləndə və Donbasda may əməliyyatı başlayanda Rusiya tərəfindən səslənirdi: “Gəlin ilkin mərhələdə razılaşaq ki, Krım bizim üçün, Donbass sizin üçündür. Ancaq siz Donbassa da girmirsiniz, biz Donbassı yenidən inteqrasiya edəcəyik. Lakin məhdudiyyətlərlə ora da hələlik bizim nəzarət məkanımızda olan ərazi olaraq qalmalıdır. Krım isə hər şeydir, Krım müqəddəsdir”. Yəni bu fikri o vaxt da deyirdilər.

- Yeri gəlmişkən, onların sızdırdıqları başqa bir informasiyada da Zelenski ilə Zalujnı arasında iddia edilən münaqişədir, amma bu təkzib olundu...

- Mən Zalujni ilə Zelenskinin münaqişəsi barədə heç nə eşitməmişəm. Amma Priqojin Şoyqu və Gerasimovla necə danışır, hər kəs görür. Söyüşlə danışır.

Hesab edirəm ki, bu informasiya ruslar tərəfindən nifaq salmaq üçün adi standart cəhddir. Zalujnı ilə Zelenski arasında münaqişə olmadığı aydındır, amma başqaları buna inana bilər. Bəlkə kiminsə şübhəsi olacaq və bu informasiyanı “yeyəcək”. Əslində bəzən belə taktika işləyir və bununla bağlı heç nə edə bilmərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Dünən, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Dünən, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Dünən, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Dünən, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Dünən, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Dünən, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Dünən, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Dünən, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru