Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                 

“Rusiya bu vasitəyə əl atsa, vəziyyət dəyişə bilər” - Paşinyan hədəfdə
Tarix: 27-05-2022, 09:35 | Çap et
“Rusiya bu vasitəyə əl atsa, vəziyyət dəyişə bilər”
DİA.AZ “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında növbəti görüş keçirildi. Bu görüş haqda təəssüratınız necədir? Sizcə, Ermənistan özündə güc tapıb Rusiyanın iradəsinin əksinə gedəcəkmi, yəni Azərbaycanla anlaşmaq üçün konkret addımlar atacaqmı?

- Məncə, sayca üçüncü olan son görüş əvvəlkilərin davamı olmaqla yanaşı, həm də danışıqların real addımların atılmasına hazırlıq mərhələsinə keçməsi üçün zəmin yaratmış oldu. Görüşdən dərhal sonra - mayın 23-də Azərbaycanın və Ermənistanın iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradıldığını elan etməsi də bunu deməyə əsas verir. Buradan aydın olur ki, tərəflər təkcə sülh prosesini necə inkişaf etdirməyin yollarını müzakirə etmirlər, artıq qarşılıqlı razılaşdırılmış real addımlar da atmağa başlayıblar. Bu, hər bir halda müsbət dəyərləndirilməlidir, çünki qarşıdan gələn yeni tarixi mərhələdə Cənubi Qafqaz nəhəng qlobal layihələrin həyata keçirildiyi məkana çevriləcək, ilk növbədə, buna nail olmaq üçün regionda davamlı sülh bərqərar edilməlidir.

Ermənistanın hansı addımları ata biləcəyinə gəldikdə, deməliyik ki, o, artıq həmin yoldadır, sual isə onun hara qədər gedə biləcəyi ilə bağlıdır. İndiki mərhələdə hər iki tərəfdə siyasi iradənin olduğu görünür, odur ki, hazırda əsas məsələ kimin prosesi pozmağı hədəfləyən xarici təsirlərə nə dərəcədə müqavimət göstərə bilməsidir. Artıq həmin pozuculuğa meylli tərəf olan Rusiya da delimitasiya məsələsində tərəflərə yardım etməyə hazır olduğunu bəyan edib.

Başqa sözlə, Moskva yenə də demək istədi ki, bizim iştirakımız olmadan heç bir proses alınmayacaq. İndi Avropa Birliyi də daxil olmaqla danışıqlar iştirakçılarının qarşısında duran əsas vəzifə həmin zərərli təsirlərdən yayına bilməkdir. Bunun üçün də həmin təsirləri həyata keçirmək üçün istifadə olunan, oluna biləcək mexanizmlər və vasitələr neytrallaşdırılmalıdır. Onlar isə, təəssüf ki, yetərincədir. Ona görə də sualınızın ikinci hissəsinin cavabı tərəflərin prosesin davamına dair siyasi iradəsindən asılı olacaq.

- Avropa Birliyinin Ermənistan-Azərbaycan prosesində Rusiyanı əvəzləməsi üçün zəmin varmı, yəni Brüsselin regiona oyunçu kimi daxil olmaq imkanları nə qədərdir?

- Brüsselin regiona oyunçu kimi daxil olması mümkündür və bu, artıq baş verib, amma onun Rusiyanı əvəzləməsi haqda danışmaq hələ çox tezdir. Moskva regionda əsas söz sahibi olduğu 200 ildə elə mexanizmlər və münasibətlər formalaşdırıb ki, bunu Brüssel bəlkə də heç vaxt edə bilməz. Təkcə ona görə yox ki, bunun üçün vaxt və imkanlar məhduddur, həm də ona görə ki, burada söhbət keyfiyyətcə fərqli yanaşmalar, münasibətlər və mexanizmlərdən gedir. Bunu ümumiləşdirərək təxminən belə ifadə etmək olardı: Rusiyanın bölgəyə təsirləri həm “yumşaq güc”, həm də “sərt güc” vasitəsilə mümkün olduğu halda, Avropa Birliyinin imkanları yalnız “yumşaq güclə” məhdudlaşır. Odur ki, yarışmanın sadə sxem üzrə Brüssel-Moskva formatında gedəcəyini və kimin qalib gələcəyini demək yanlış olardı.

Nəticəyə təsir edən əsas amil danışıq tərəflərinin hər ikisinin kimin vasitəçiliyinə üstünlük verməsindən asılı olacaq. Burada da hələlik üstünlüyün Avropa Birliyinə verildiyi görülür, amma bu, həmin formatın dəyişmək ehtimalının olmayacağını deməyə əsas vermir.

- Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında barışığın olacağına inanırsınızmı?

- Dediyim kimi, barışığın olacağı bir çox amillərdən asılıdır və burada da əsas faktor prosesə Rusiyanın təsirinin nə dərəcədə olacağı ilə bağlıdır. Rusiya təsiri nə qədər çox olacaqsa, barışıq ehtimalı da bir o qədər az olacaq. Belə münaqişələrdə barışığın əldə olunması həmin konfliktləri qızışdırıb onlardan öz geosiyasi maraqları üçün istifadə edən dövlətlər üçün təsir vasitəsinin itirilməsi deməkdir. Ona görə də konkret halda Rusiyanın barışıq istəməsi heç bir məntiqlə onun marağında olmamalıdır. Buradan da belə qənaətə gəlmək olur ki, Rusiya təsiri qaldıqca barışığın əldə olunması ehtimalı yüksək olmayacaq. Bir növ qapalı dairə kimi: təsir artıqca, barışıq ehtimalı azalır, barışıq əldə olunmadıqca da, təsir artır. İki xalq arasındakı münaqişənin son yüzillik tarixi buna əyani sübutdur. Odur ki, barışığın əldə olunacağına dair hələlik çox da optimist deyiləm.

- Ermənistan daxilində də vəziyyət gərgindir. Brüssel görüşündən sonra etiraz aksiyaları keçirən müxaliflər hökumət qurumlarının binalarına hücumlar edirlər. Sizcə, müxalifət Ermənistanın siyasi mənzərəsini dəyişdirmək gücündədirmi, Paşinyan bu prosesdən necə çıxacaq?

- Ermənistanın daxilindəki gərginlik sülh prosesinə ciddi təhdid doğurur. Xüsusilə də sülh prosesini pozmaqda erməni müxalifəti ilə Moskvanın maraqlarının tam üst-üstə düşməsi bunu deməyə əsas verir. Belə ki, müxalifət buna hakimiyyəti ələ keçirmək üçün şans, Moskva isə bölgəni öz təsir dairəsində saxlamaq imkanı kimi baxır. Hələlik görünən prosesin üzdə olan hissəsidir və burada da indiki fazada Ermənistan müxalifəti xeyli solğun görünür.

Baş verənləri bugünkü baxış bucağından dəyərləndirdikdə erməni müxalifəti şanssız görünür. Amma dediyim kimi, hələlik görünən üzdə olan resurslardır ki, onlar da üstünlüyün Paşinyanın tərəfində olduğunu deməyə əsas verir. Amma istisna deyil ki, Moskva daha dərin təsir vasitələrinə əl ata və son nəticədə vəziyyəti dəyişə bilər. Belə hadisə artıq 90-cı illərin sonunda Azərbaycanla Ermənistan sülh anlaşmasına yaxın olduğu bir vaxtda baş verib. Mən 1999-cu ilin oktyabrında Ermənistan parlamentində törədilmiş gülləbaranı nəzərdə tuturam. Oxşar ssenarinin təkrarlanmasını isə heç kəs istisna edə bilməz. Bu halda Paşinyan birmənalı şəkildə məğlub olardı.

- Cənubi Qafqazın digər ölkəsi - Gürcüstan ətrafında da maraqlı gəlişmələr yaşanır. Rusiyanın işğalı altında olan Cənubi Osetiyadakı separatçılar federasiyaya birləşməyə dair “referendum” keçirməyə hazırlaşırlar. Rusiya Krımda etdiyi tarixi yanlışı burada təkrarlayacaqmı?

- Rusiyanın Krımda atdığı addım beynəlxalq hüquq nöqteyi-nəzərindən və bizim üçün yanlış sayılır, Moskvada isə bunu öz siyasətlərinin uğuru kimi dəyərləndirirlər. Odur ki, belə addımların nəinki Gürcüstanın separatçı bölgələrində, Moldovanın Dnestyanı bölgəsində, hətta Ukraynanın digər ərazilərində və Qarabağın ermənilər yaşayan ərazilərində də ata biləcəyini istisna etməməliyik. Sadəcə bunu zamanında düzgün dəyərləndirib, ona qarşı adekvat addımlar atmağa hazır olmaq lazımdır. Bu halda da, ən effektli adekvat addım həmin əraziləri nəzarətə götürməkdir ki, Moskva istəyinə nail ola bilməsin. İndiki mərhələ geosiyasi mübarizənin qaynar fazasıdır və bu fazada artıq heç bir hüquqi normalar və beynəlxalq anlaşmalar işləmir. Rusiya bunu Ukraynaya hərbi təcavüzü ilə açıq şəkildə göstərdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru