Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                 

“Putin ikinci cəbhəni açarsa, Rusiya darmadağın olar” - GƏLİŞMƏ
Tarix: 16-05-2022, 10:59 | Çap et
“Putin ikinci cəbhəni açarsa, Rusiya darmadağın olar”
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Finlandiyanı hədələyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya Finlandiyanın NATO-ya mümkün üzvlüyünə cavab olaraq öz milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısını almaq üçün hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacaq.

“Rusiya tərəfi dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyəti və xalqından asılıdır. Bununla belə, Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. NATO-ya daxil olmaq Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya öz milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər addımlar atmağa məcbur olacaq”, - deyə bəyanatda qeyd olunur.

Finlandiyadan verilən cavab xarakterli bəyanatda isə ölkənin NATO-ya üzvlüyünün heç kəsə qarşı yönəlmədiyi vurğulanır. Belə ki, Finlandiyanın Prezidenti Sauli Niinistö hökumətin saytında dərc olunan "NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirir" başlıqlı məqaləsində diqqətə çatdırıb ki, ölkəsinin təhlükəsizlik təminatı hakimiyyətin ən vacib hədəfidir: "Bu istiqamətdə vaxtında və müvafiq addımlar atılır".

Prezident bəyan edir ki, NATO-ya üzvlük hökumətin vaxtında və məntiqli şəkildə düşünülərək verilən qərarıdır: “NATO-ya üzvlüklə Finlandiya öz təhlükəsizliyini maksimum dərəcədə gücləndirir. Bu, heç kimə qarşı deyil. Alyansın üzvü kimi Finlandiya təbii olaraq bütün cəmiyyətin təhlükəsizliyinə töhfə verəcək”.

"Rusiya Finlandiyanın sərhəd qonşusudur və belə olaraq da qalacaq. Ölkəmiz Rusiya ilə praktiki məsələləri həll etməyə, müzakirəyə davam etməlidir, necə ki, NATO üzvü olan Norveç bunu edir. Bizim konstruktiv xəttimiz hər zaman təqdir olunur”, - Sauli Niinistö vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, NATO-ya üzvlüklə Skandinaviya regionunda əlaqələr daha da yaxınlaşır: “Rifah, demokratiya və insan haqları ilə yanaşı, Skandinaviya modeli "təhlükəsizlik" məfhumu daha da tanınacaq. Bu, tarixi bir qərardır, lakin Finlandiyanın NATO-ya üzvlüyü ilə ölkə siyasətində dəyişiklik olmayacaq. Finlandiyanın təhlükəsizliyi xarici və təhlükəsizlik siyasətimizin ən mühüm məqsədi olaraq qalacaq”.

Dünya siyasi gündəmində diqqətlər isə Finlandiya Prezidentinin məqaləsindən daha çox Rusiya XİN-in hədələyici tondakı bəyanatına yönəlib. Bildirilir ki, əgər Rusiya Finlandiyaya da güc tətbiq etməyə başlayarsa, bu, dünya müharibəsi demək olacaq. diaaz.space xəbər verir ki, baş verənləri AYNA-ya şərh edən Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı əvvəlcə dünya müharibəsi iddialarının düzgün olmadığını deyib: “Baş verənlərin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı yönündəki proqnozları qəbul etmirəm. Dünya müharibəsi anlayışı odur ki, bir çox ölkələr, hətta bütün qitələr bu müharibəyə qatılır. Bunun üçün bütün Avropa ölkələri, ABŞ, Çin, Avstraliya, hətta Afrika da bu müharibəyə qatılmalıdır. Bu, gözlənilən deyil. Çünki Rusiyanın hazırda heç bir müttəfiqi yoxdur”.

“Kimdir Moskvanın müttəfiqi? Pekinmi? Xeyr! Çin Rusiyanın müttəfiqi deyil. Rusiyanın müttəfiqi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) ölkələrdir ki, bu ölkələr də Rusiyanın yanında dayanmır, boyun qaçırırlar. İstər Ermənistan olsun, istərsə də Qazaxıstan olsun, istərsə də digərləri. Ona görə də dünya müharibəsi iddialarına qatılmıram”, - deyə həmsöhbətimiz bildirib.

Rusiyanın Finlandiyanı hədələməsinə gəldikdə, analitik hesab edir ki, bu, blef xarakterli mənasız hədədir: “Rusiya hansı ordu ilə Finlandiyaya hücum edəcək? Hazırda Rusiya Ukrayna müharibəsində nələrsə əldə etmək üçün Suriyadakı 30 minlik qoşununu qaytarmaq istəyir. 30 minlik ordu ilə Finlandiyanın üzərinə gedəcəklər?!”.

“Nəzərə almaq lazımdır ki, Finlandiya hərbi baxımdan Ukraynadan daha güclüdür. Bu baxımdan, düşünürəm ki, Rusiya XİN-in hədə xarakterli bəyanatı boş, arxasında reallıq olmayan bir bəyanatdır”, - deyə Qasımlı vurğulayıb.

Onun fikrincə, Rusiya Finlandiyanı belə bəyanatlarla çəkindirmək istəyir: "Amma bu da mənasızdır. Çünki hamı bilir ki, Rusiyanın əlində hansı silahlar var, ordusu nəyə qadirdir, gücü nədir və s. Hər kəsə, elə Rusiyanın özünə də aydındır ki, Ukraynada bataqlığa girib. Hələ Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın ikinci cəbhə açması, Finlandiyaya hücum etməsi inandırıcı deyil. İkinci cəbhə açsalar, əksinə, bu, Rusiyanın tamamilə darmadağın olması deməkdir. Bununla Rusiya Ukraynaya dolayısı ilə yardım etmiş olar. Bu, Putinin ikinci ən böyük səhvi olardı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru