MOSSAD direktoru ABŞ-a getdi: - İrana qarşı hərbi əməliyyatlar müzakirə olunacaq
Tarix: 6-12-2021, 09:29 | Çap et
 MOSSAD-ın direktoru David Barnea İranla bağlı məsləhətləşmələr aparmaq üçün dünən Vaşinqtona gedib. Ovqat.com xəbər verir ki, məlumatı həftəlik yəhudi dərgisi “The Jewish Press” yayıb. Dərgi vurğulayıb ki, MOSSAD rəhbərinin bu səfəri İranla yenidən başladılan nüvə danışıqlarının 7-ci raundunun nəticəsiz yekunlaşmasından sonraya təsadüf edir. Bildirildiyinə görə, Barnea səfər çərçivəsində ABŞ-ı İranın ilkin razılaşmaya əməl etməməsinə imkan verəcək müvəqqəti razılaşmanın zərərlərinə inandırmaq üçün Bayden administrasiyasının rəsmiləri ilə görüşəcək. Bundan əlavə, Mossad rəhbərinin ABŞ-ı Tehrana qarşı beynəlxalq sanksiyaları dəstəkləməyə çağıracağı bildirilir. Barnea həmçinin ABŞ-ı xəbərdar edəcək ki, İsrail heç bir razılaşmada əldə edilmiş müddəalarla bağlı olmayacaq, lazım gələrsə, bu ölkəyə və onun nüvə proqramına qarşı hərəkət edəcək.
Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniyadan olan səfirlər şənbə günü birgə bəyanat verərək İranla danışıqların iflasa yaxın olduğunu bildirmişdilər. Bəyanatda deyilir: “Tehran aylarla çəkdiyimiz zəhmətdən sonra razılaşdırdığımız çətin kompromislərin demək olar ki, hamısından imtina edir. İran beş aydan çoxdur ki, danışıqları dayandırmışdı. O vaxtdan bəri İran nüvə proqramını sürətlə inkişaf etdirdi. Bu həftə o, əldə edilmiş diplomatik irəliləyişlərdən də geri çəkildi”. Xatırladaq ki, 2015-ci ildə İrandakı Ruhani hakimiyyətinin BMT TŞ-nın 5 daimi üzvü və Almaniya ilə bağladığı müqaviləyə əsasən, ölkə uranı yalnız 3.67% zənginləşdirə bilərdi. Bu zənginləşdirmə həddi mülki məqsədləri həyata keçirmək üçün kifayət edir. Amma bu razılaşma da uzun sürmədi. 2 ildən sonra ABŞ prezidenti seçilən Donald Tramp 2018-ci ildə bu sazişdən çıxdığını açıqladı və ardınca İran da öz öhdəliklərindən imtina etdi. Beləcə, İran uranın zənginləşdirilməsi dərəcəsini tədricən yüksəltmək xəttini tutdu.
Ölkənin yeni prezidenti İbrahim Rəisinin seçilməsindən sonra bu proses daha geniş vüsət almağa başladı. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 5 gün əvvəl, 1 dekabr 2021-ci il tarixində verdiyi açıqlamaya görə, Tehran yeraltı Fordo nüvə obyektində uranı 20 faiz saflığa qədər zənginləşdirmək üçün qabaqcıl sentrifuqalardan istifadə edir. Mütəxəssislərin fikrincə, bu səviyyə nüvə silahı əldə etmək həddinə xeyli yaxınlaşmaq deməkdir. Maraqlıdır ki, İranın rəsmiləri də uranın zənginləşdirilməsi istiqamətində atılan addımları nəinki inkar etmir, əksinə bu səviyyənin daha yüksək olduğunu bildirirlər. Noyabrın 6-da İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi rəsmi media orqanlarına verdiyi açıqlamada uranı 60% zənginləşdirdiklərini vurğulayaraq demişdi: "İndiyə qədər biz 25 kiloqram 60 faizlik uran istehsal etmişik ki, nüvə silahı olan ölkələr istisna olmaqla, heç bir dövlət bunu bacara bilməyib".
Kamalvəndinin bu etirafı İranın yeni prezidenti İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra uranın daha artıq zənginləşdirilməsi prosesini sürətləndirdiyindən xəbər verir. Belə ki, İran artıq bu ilin iyun ayında uranı 60 faiz saflıq səviyyəsində zənginləşdirdiyini açıqlamış və əlində 6,5 kiloqram 60 faiz zənginləşdirilmiş uran olduğunu bildirmişdi. Bu isə İranın noyabrda istehsal etdiyi 25 kilo nüvə yanacağından xeyli azdır və Rəisi hakimiyyətinin nüvə silahına sahib olmaq üçün çalışdığını və bu hədəfə xeyli yaxınlaşdığını göstərir. Çünki nüvə silahı istehsal etmək üçün uran 90 faizə qədər saflaşdırılmalıdır və 60 faiz saflıq əldə edildikdən sonra bu hədəfə çatmaq üçün çox kiçik məsafə qalır. Odur ki, İsrail yetkililəri İranın nüvə danışıqları ilə sadəcə vaxt qazanmağa çalışdığına inanır, danışıqlardan əvvəl Tehranın nüvə proqramını dayandırmasını tələb edirlər. Tel-Əvivin fikrincə, İran bu şərti qəbul etməyəcəyi təqdirdə, diplomatik həll variantı bir kənara buraxılmalı və dərhal hərbi əməliyyatlara başlanılmalıdır. MOSSAD rəhbərinin məhz belə bir zamanda ABŞ-a səfər etməsi təsadüfi sayılmır və məqsədin İrana qarşı birgə hərbi əməliyyatlara başlamaq üçün sövdələşmək olduğu bildirilir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10 |
|
|
|
• Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09 |
|
|
|
• Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07 |
|
|
|
• “Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00 |
|
|
|
• Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46 |
|
|
|
• İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35 |
|
|
|
• Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• "Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
• "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23 |
|
|
|
• Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21 |
|
|
|
• Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17 |
|
|
|
• Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16 |
|
|
|
• Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14 |
|
|
|
• 9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
• Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01 |
|
|
|
• Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57 |
|
|
|
• Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55 |
|
|
|
• Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51 |
|
|
|
• "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34 |
|
|
|
• Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28 |
|
|
|
• Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24 |
|
|
|
• Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18 |
|
|
|
• Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• 100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10 |
|
|
|
• Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59 |
|
|
|
• Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50 |
|
|
|
• Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46 |
|
|
|
• `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41 |
|
|
|
• Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
• “Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01 |
|
|
|
• Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05 |
|
|
|
• Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53 |
|
|
|
• İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50 |
|
|
|
• "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23 |
|
|
|
• Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16 |
|
|
|
• Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01 |
|
|
|
• Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52 |
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01 |
|
|
|
|