Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                 

"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Tarix: 14-07-2025, 05:23 | Çap et

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Təqsirləndirilən şəxslər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə ittiham olunur. Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər arasında Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və başqaları var.
Məhkəmə prosesinə maraq və diqqət təbii böyükdür. Eyni zamanda məhkəmə prosesində yerli jurnalistlərin iştirak etməməsi, separatçılar barədə hansı hökmün çıxarılacağı, hökmdən sonra ekstradisiya məsələsinin gündəmə gələ biləcəyi də müzakirə mövzusudur.
 
Məhkəmə prosesini mütəmadi izləyən Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, sözügedən məhkəmə prosesində jurnalistlərin iştirakının təmin edilməsini, sözsüz ki, istərdi:
- Əlbəttə, yerli media orqanlarının, jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı. Başa düşürəm, informasiya təhlükəsizliyini qorumaq baxımından buna icazə verilmir. Ehtiyatsız bir ifadə, hər hansı səhv məlumat Azərbaycanın beynəlxalq imicinə ziyan vura bilər. Amma bizim həmkarlarımız, hansı ki Qarabağ müharibəsinin, əhalinin başına gətirilən müsibətlərin canlı şahidləridir, Hikmət Sabiroğlu, Rey Kərimoğlu, onlar zərərçəkmiş şəxs kimi məhkəmə prosesində iştirak ediblər. Və iştirakdan sonra məhkəmə barədə yazıları cəmiyyətdə rezonans doğurub, paylaşılıb, xeyli sayda oxunub. Məhkəmə proseslərindən standart informasiyalar, materiallarsa o qədər də rezonans doğurmur. Oxunma sayı da o qədər deyil. Bu mənada, məhkəmə prosesindən dolğun informasiyaların verilməsi baxımından jurnalistlərin iştirakının təmini yaxşı olardı. Tanıdığım jurnalistlər var ki, beynəlxalq platformalara çıxış imkanları var. Şəxsən mən beynəlxalq platformada reportajlar hazırlamaq istərdim. Müttəhimlər kürsüsündə əyləşənlər arasında özlərini, hətta ailə üzvlərinə qədər tanıdığım şəxslər var. Onlardan müsahibə almaq istərdim. Bu yanaşma ilə yazı yazmaq bir az fərqli olardı və daha effektiv təqdimat olardı, məncə.
 
İttiham olunanların fərqli davranışlar sərgiləmələrinə gəlincə, A.Quliyev qeyd etdi ki, bu, özünümüdafiə instinktindən irəli gəlir:
- Bu davranışlar cəzaların yüngülləşməsi istəyindən doğur. Nəticə etibarilə onlar da insandır. Özünümüdafiə instinkti hər bir canlıya aiddir. Odur ki, məsum görünməyə çalışırlar, hər biri digərindən daha az cinayət törətdiyini isbat etməyə çalışır. Onların davranışlarını başa düşürəm. Müxtəlif üsullara əl atırlar. Yaltaqlıq edəni də var. Bəzən çox cılız görünürlər. Məlumdur, bu şəxslər xalqımıza, mülki əhaliyə olmazın məhrumiyyətlər, işgəncələr yaşadıblar... Amma özlərini elə aparırlar, sanki kimlərsə bunları məcbur edib, istəmədən ediblər. Belə görüntü yaratmağa çalışırlar.
 
“Erməni separatçılarına necə hökm çıxarılacaq, onların ekstradisiyası mümkün olacaqmı, sizcə” sualına cavabında A.Quliyev qeyd etdi ki, bu, gələcəyin işidir. Hələ ki məhkəmə prosesi davam edir, bu, uzun sürən bir prosesdir:
-
Hökm necə olacaq? Jurnalist olaraq demək istəyirəm ki, hökm mütləq Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olacaq. Əminəm ki, Azərbaycan məhkəməsi onlar barədə sübutlara, dəlil və faktlara söykənən elə bir hökm çıxaracaq ki, kimsənin buna irad bildirməyə, etiraz etməyə əsası qalmayacaq. Cinayətləri təsdiqlənəcək şəxslər barədə hökmdən sonra ekstradisiya və ya hər hansı başqa bir qərarın verilməsi isə dövlət başçısının müstəsna hüququdur. Sizə deyim ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də sonrakı dövrdə Azərbaycan-Ermənistan münaqişəsinə baxışda Azərbaycan xalqı cənab Prezidentə - dövlət başçısına birmənalı kart-blanş verib. Yəni dövlət başçısı tərəfindən atılan bütün addımlar Azərbaycan xalqı tərəfindən qəbul olunur, dəstəklənir. Erməni separatçıları barədə çıxarılacaq hökm və ya sonrakı hər hansı qərar da xalqımız tərəfindən dəstəklənəcək. Əminəm ki, bu şəxslər haqqında veriləcək qərar dövlətimizin maraqlarına xidmət edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru