KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                 

Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:41 | Çap et

Ölkəmizdə makroiqtisadi sabitliyin bank sektoruna müsbət təsiri aydın şəkildə müşahidə olunur. Belə ki, beynəlxalq reytinq agentlikləri öz araşdırmalarında Azərbaycan bank sektorunun perspektivini yüksək qiymətləndirir. Bunun arxasında duran əsas faktorlar aşağıdakılardır:

Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları ölkə iqtisadiyyatının əsas təhlükəsizlik yastığıdır. Bu ehtiyatlar bank sistemində likvidlik riskini aşağı salır. Aşağı dövlət borcu amili də bu riskin aşağı olmasının səbəblərindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının dövlət borcu ÜDM-in təxminən 20%-i ətrafındadır, bu halda mənzərə daha aydın görünür. Borcun ÜDM-də payı region ölkələri ilə müqayisədə xeyli aşağıdır və ölkəmizin maliyyə sisteminin sabitliyinə müsbət təsir göstərir.

2015-ci il devalvasiyasından sonra Mərkəzi Bank daha konservativ valyuta siyasəti yürüdür və bu, makroiqtisadi sabitliyin qorunmasına, nəticə etibarilə isə bank sektorunda risklərin ciddi şəkildə azalmasına səbəb olur.

Bank sektorunun maliyyə sağlamlığını müəyyən edən əsas göstəricilərdən biri kapital adekvatlığıdır. Hazırda bu göstərici təxminən 20% civarındadır. Basel standartlarında minimum tələb 8–10% olduğu halda, ölkəmizin bank sektorunda bu göstəricinin iki dəfə artıq olması maliyyə təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Bu amil bankların potensial iqtisadi şoklara qarşı kifayət qədər qorunduğunu nümayiş etdirir.

Banklarda problemli kreditlərin (NPL) səviyyəsi 2–3% civarında göstərilir. Bu göstərici post-devalvasiya dövründə aparılan təmizləmə siyasətinin nəticəsidir. Problemli kreditlərin sağlamlaşdırılması və kredit portfelinin böyüməsinə baxmayaraq problemli kreditlərin artım dinamikasının azalması bu siyasətin əsas mahiyyətini təşkil edir. Aşağıdakı cədvəldə region ölkələrində problemli kreditlərin faiz göstəricilərini müqayisə edək:

Ölkə

NPL

Azərbaycan Respublikası ~2–3%

Gürcüstan ~3–4%

Qazaxıstan ~6–7%

Rusiya Federasiyası ~7–9%

Göründüyü kimi, ölkəmiz problemli kreditlərin payının aşağı olmasına görə digər ölkələri qabaqlayır və bu hal bank sektorunda son illər aparılan tənzimləmə siyasətinin və müasir standartlara uyğun idarəetmənin müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Məhz bu tədbirlər nəticəsində problemli bankların bağlanması və kreditlərin restrukturizasiyası sektorun sağlamlaşdırılmasına töhfə verib.

Kredit bazarının artım perspektivinə gəldikdə isə, S&P proqnozuna görə 2026–2027-ci illərdə kredit portfelinin 10–12% artacağı gözlənilir. İstehlak kreditlərinin genişlənməsi, əhalinin gəlirləri artdıqca bank kreditlərinə tələbatın yüksəlməsi, ipoteka proqramları və dövlət ipoteka mexanizmlərinin bazarı stimullaşdırması, həmçinin kiçik və orta biznes kreditlərinin genişlənməsi proqnozlaşdırılan artımın əsas səbəbləridir.

İndi isə inkişaf perspektivinin risklərinə diqqət yetirək: Məlumdur ki, Azərbaycanda kredit portfelinin böyük hissəsi istehlak kreditlərindən ibarətdir. Bu isə iqtisadi yavaşlama zamanı ciddi risk yarada bilər. Digər tərəfdən, aktivlərin böyük hissəsinin bir neçə bankda cəmləşməsi də bazarda rəqabəti zəiflədən və inkişafın sürətini məhdudlaşdıran amillərdəndir.

Kreditlərin struktur problemi də mövcuddur. Belə ki, kredit portfelinin böyük hissəsi istehlak, ticarət və xidmət sektorlarına yönəlib. İnkişaf üçün zəruri olan sənaye və istehsal sahələrinə ayrılan kreditlərin payı isə nisbətən azdır. Regionlarda maliyyə əlçatanlığı mövcud olsa da, Bakı və Abşeron yarımadası digər regionları xeyli üstələyir. Bu amil regionlarla paytaxt və paytaxta yaxın ərazilər arasında iqtisadi inkişaf fərqində də özünü göstərir.

Azərbaycan bank sektoruna təsir edə biləcək xarici faktorlar da mövcuddur. Qonşu dövlətlərin iqtisadi vəziyyəti, pul köçürmələri, ticarət əlaqələri, enerji qiymətlərində baş verən dəyişikliklər və regional münaqişələr bu qəbildəndir.

Aparılan təhlili ümumiləşdirsək, ölkəmizin bank sektorunun kapital baxımından güclü, problemli kreditlər payının aşağı, likvidliyin isə yüksək olduğunu deyə bilərik. Bununla yanaşı, bəzi çatışmazlıqlar da mövcuddur. Kredit strukturunun tam balanslı olmaması, bazar konsentrasiyasının yüksəkliyi və real sektora ayrılan kreditlərin kifayət qədər olmaması bu istiqamətdə görüləcək işlərin çox olduğunu göstərir.

Beləliklə, Azərbaycan bank sektoru hazırda stabil və dayanıqlı mərhələdədir. Lakin uzunmüddətli dayanıqlığın təmin edilməsi üçün real sektor kreditlərinin artırılması, regionlarda maliyyə əlçatanlığının genişləndirilməsi və bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində həlledici addımların atılması vacibdir.

Vüqar ORUC,
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru