Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                     9 saylı türmədə nələr baş verir? .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi .....                     Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? .....                     Paşinyan Bakı və Ankaraya “təslim” oldu .....                     Karapetyan HƏBSDƏ OLSA BELƏ... .....                     Bu məktəbə direktor təyin olundu .....                     "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                     Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb .....                     Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                 

ABŞ - Rusiya gərginliyi yeni mərhələdə: - Kremlə son xəbərdarlıq edildi
Tarix: 3-12-2021, 15:27 | Çap et
ABŞ - Rusiya gərginliyi yeni mərhələdə:
ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Rusiyaya qarşı vaxtilə çəkindiyi addımları atacağını deyib. O bildirib ki, bu addımlar Rusiyanı iqtisadi cəhətdən tamamilə çökdürə bilər: “Bu iqtisadi sferada fövqəladə təsir gücünə malik bir sıra addımlardan ibarət olacaq”.

ABŞ Xarici Siyasət İdarəsinin rəhbəri Moskvaya təkliflərini də çatdırıb. O əlavə edib ki, yalnız Ukraynaya qarşı təxribatçı hərəkətlərinə son qoymaqla Rusiya bundan yayına bilər.

Bu arada Pentaqon rəhbəri Lloyd Ostin də Rusiyanı “Ukrayna sərhədləri boyu temperaturu aşağı salmağa” çağırıb. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəd boyu əhəmiyyətli sayda hərbi qüvvə cəmləşdirib və Qərb bundan ciddi narahatdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozef Borrel isə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı istənilən hərbi təcavüzü Brüsselin güclü reaksiyası ilə qarşılaşacaq.

Göründüyü kimi, Rusiya və Qərb arasında münasibətlər yenidən gərginləşib. Artıq bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Qərb dairələri Moskvanı açıq şəkildə hədələməkdən belə çəkinmirlər.

Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, təkcə ABŞ yox, bütövlükdə Qərb dairələri Rusiyaya qarşı təzyiqləri artırıb: “Uzun müddətdir ki, bununla bağlı Moskvaya xəbərdarlıqlar edilir. Açıq şəkildə bildirirlər ki, Rusiya Ukraynaya qarşı siyasətinə son qoymalıdır. Bu məqsədlə müxtəlif sanskiyalar da tətbiq edilib. Lakin göründüyü kimi, Kreml bu məsələdə geri addım atmır. Hesab edirəm ki, Ukrayna məsələsi həm Rusiya, həm də Qərb üçün strateji əhəmiyyətə malikdir”.

“ABŞ və Avropa İttifaqı rəsmilərinin son bəyanatları Moskvaya təzyiq məqsədi güdür. Onlar Moskvaya xatırladırlar ki, bu siyasət onu iqtisadi baxımdan tamamilə çökdürə bilər. Yəqin ki, Rusiya Ukraynaya qarşı siyasətini yumşaltmasa, münasibətlər daha gərgin xarakter alacaq. Hətta bu məqsədlə Qərb dairələrinin koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi, daha ciddi təzyiq rıçaqlarını işə salacağı gözlənilir. Amma sözsüz ki, bu müharibəyə gətirib çıxarmayacaq. Hər iki tərəf məsuliyyətini və bunun doğuracağı mümkün fəsadlarını anlayırlar. Rusiyaya qarşı təzyiqlər iqtisadi xarakterli olacaq” – deputat deyir.

O əlavə edir ki, Rusiyanın iqtisadi imkanları çox aşağıdır: “Onların iqtisadi baxımdan Qərblə əməkdaşlıq etməkdən başqa yolu qalmayıb. Əks halda, rus iqtisadiyyatı daha sarsıdıcı zərbələr ala bilər. Eyni zamanda, Moskva siyasi təşəbbüsü də əldən vermək istəmir. Onun müəyyən güzəştlərə gedəcəyi gözləniləndir. Ancaq öz siyasətindən imtina etməsi, Ukraynaya və postsovet məkanına münasibətini dəyişməsi isə qətiyyən inandırıcı deyil. Hər halda hadisələrin gedişatı müsbət nələrsə vəd etmir”.

“Bütün hallarda baş verənlər region dövlətlərində, o cümlədən Azərbaycanda da maraqla izlənilir. İndidən hər hansı qəti fikir bildirmək və mülahizə yürütmək mümkün olmasa da, ABŞ-Rusiya münasibətlərində zidiyyətlərin dərinləşməsi bütün region ölkələri üçün təsirsiz ötüşməyəcək” – Mollazadə vurğulayır.

Politoloq Sülhəddin Əkbər AYNA-ya şərhində bildirib ki, Qərbin Rusiyaya qarşı təzyiqləri çox ağır ola bilər: “Bilirsiniz ki, ABŞ və Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edib. Lakin Kreml buna məhələ qoymayıb. İndiki məqamda Rusiyanın postsovet məkanında, xüsusən Ukrayna və Belarusda atdığı addımlar Qərb dairələrində ciddi narahatlıqla qarşılanır. Bununla bağlı Rusiyaya ciddi xəbərdarlıqlar edilir. ABŞ eyni zamanda, həm Rusiya, həm də Çinlə mübarizə aparır. Hadisələrin inkişafı çox sürətlə dəyişir və ortaya sürprizlər çıxa bilər”.

“Rusiya ABŞ və Qərbin xəbərdarlığına məhəl qoymasa, bu halda Moskvaya qarşı çox ciddi sanksiyalar ola bilər. Bunlar əsasən üç istiqamətdə baş verəcək. Bunlardan birincisi neft və qaz satışına embarqo qoyulması, ikincisi Rusiyanın banklararası beynəlxalq ödəmə sistemi olan – Swift-dən çıxarılması və Kremlin rəhbərliyinə daxil olan məmurların 1 (bir) trilyon ABŞ dolları məbləğində bank hesablarının dondurulması daxildir. Bu o deməkdir ki, Rusiya iqtisadiyyatı tamamilə çökəcək. İqtisadiyyatı tamamilə çökmüş dövlətin siyasi proseslərə müdaxiləsi isə nəticəsiz qalacaq” – politoloq söyləyir.

Onun sözlərinə görə, Putin Qərbdən təminat almaq istəyir: “Amma bu təminatı ona verməyəcəklər. Təminat odur ki, NATO Rusiyanın sərhədləri yaxınlığına irəliləməli, Ukrayna və Gürcüstanın bu quruma üzvlüyünün baş tutmamasıdır” – Əkbər fikrini yekunlaşdırır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru