Rusiyanın Şimali Qafqaz çatı: Çeçenlər Dövlət Dumasına qanun layihəsi göndərdilər - NƏ BAŞ VERİR?
Tarix: 23-11-2021, 08:59 | Çap et
 Çeçenistan parlamentariləri Rusiyanın Dövlət Dumasına mətbuatda cinayətkarların milliyyətinin qeyd olunmasını qadağan edən qanun layihəsi təqdim ediblər. Ovqat.com-un rus mediasına istinadən verdiyi məlumata görə, qanun layihəsi deputatlar arasında qızğın müzakirələrə səbəb olub. Çeçen deputatlar hesab edirlər ki, cinayət törədənlərin etnik mənsubiyyətinin göstərilməsinə dair mövcud təcrübə millətlərarası gərginliyi artıra bilər. Digər deputatlar isə qanunun icraedilməz olduğunu və qəbul ediləcəyi təqdirdə bir sıra başqa ciddi problemlər yaranacağını düşünürlər. Sənədə əlavə edilən izahatda deyilir: “Belə məlumatların yayılması cinayət əməli ilə heç bir əlaqəsi olmayan vicdanlı, ləyaqətli vətəndaşların, həqiqi dindarların milli və dini hisslərinin təhqir olunması kimi qiymətləndirilməlidir. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə etinasız və ehtiyatsızlıqla deyilən hər bir söz sosial partlayışın detonatoruna çevrilə, millətlərarası və konfessiyalararası düşmənçiliyin qızışmasına və bütün ölkə üçün gözlənilməz nəticələrə səbəb ola bilər”. Layihəni Çeçenistan parlamentinin sədri Maqomed Daudovun rəhbərlik etdiyi təşəbbüs qrupu hazırlayıb, “Kütləvi informasiya vasitələri haqqında” Federal Qanunun 4-cü maddəsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunmasını təklif edib.
Qeyd edək ki, Çeçenistanın məhkum edilmiş cinayətkarların və ya cinayət törətməkdə şübhəli bilinən şəxslərin etnik mənsubiyyətinin açıqlanmasına qarşı çıxışı yeni hadisə deyil. Xüsusilə son zamanlar bununla bağlı müzakirələr mətbuatda və cəmiyyətdə mütəmadi olaraq yenilənir. Müzakirənin yenidən qızışmasının səbəbi Moskva vilayətinin Novie Vatutinki qəsəbəsində miqrantlarla bağlı bir sıra səs-küylü insidentlərin baş verməsi, özəlliklə də bir ata ilə oğlunun döyülməsi olub. RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan öz Telegram səhifəsində bu hadisələri bəzi “qafqaz mənşəli şəxslərin” davranışı kimi qiymətləndirmiş və qarşısının alınması üçün vətəndaşların dövlət qeydiyyatına alınması prosedurunun sərtləşdirilməsini və digər sərt tədbirlərin görülməsini təklif etmişdi. Erməni jurnalistə cavab özünü çox gözlətmədən Çeçenistan lideri Ramazan Kadırovdan gəlmişdi. Kadırov cavabının bildirmişdi ki, qafqazlıların ünvanına tez-tez səslənən ittihamlardan bezib. Beləcə, Simonyanla Kadırov arasında mübahisələr başlamışdı. Maraqlıdır ki, mübahisədən ilk geri çəkilən Kadırov olmuşdu və bu addımı ilə hər kəsi təəccübləndirmişdi. Üzərindən bir müddət keçdikdən sonra Çeçenistan parlamentinin bu cür qanun layihəsi ilə Dövlət Dumasına müraciəti Kadırovun susqunluğunun heç də geri çəkilmək niyyətindən doğmadığını, əksinə, mübahisələri yeni müstəviyə daşımağa hazırlaşdığını göstərir. Çeçenistan deputatları bənzər qanun layihəsini 2012-ci ildə də Dövlət Dumasına təqdim etmişdilər. Layihə baxış müxtəlif bəhanələrlə illərlə uzadılmış, nəhayət, 2017-ci ildə parlamentdə müzakirəyə çıxarılaraq rədd olunmuşdu. Üzərindən 4 il keçdikdən sonra layihənin yenidən Dövlət Dumasına təqdim edilməsi çeçenlərin Rusiyada hökm sürən milli və dini ayrıseçkilikdən narazılıqlarını göstərir. Qafqazlıların bu narazılığı yenə diqqətə alınmazsa proseslər başqa məcralara yönələ bilər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03 |
|
|
|
• “Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01 |
|
|
|
• Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58 |
|
|
|
• "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57 |
|
|
|
• Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48 |
|
|
|
• "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31 |
|
|
|
• "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28 |
|
|
|
• Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26 |
|
|
|
• Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23 |
|
|
|
• Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10 |
|
|
|
• TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05 |
|
|
|
• Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55 |
|
|
|
• Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• 36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50 |
|
|
|
• DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43 |
|
|
|
• “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40 |
|
|
|
• Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37 |
|
|
|
• Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35 |
|
|
|
• Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31 |
|
|
|
• Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30 |
|
|
|
• NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23 |
|
|
|
• Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15 |
|
|
|
• “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10 |
|
|
|
• Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09 |
|
|
|
• Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07 |
|
|
|
• “Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00 |
|
|
|
• Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46 |
|
|
|
• İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35 |
|
|
|
• Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• "Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
• "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23 |
|
|
|
• Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21 |
|
|
|
• Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17 |
|
|
|
• Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16 |
|
|
|
• Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14 |
|
|
|
• 9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
• Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01 |
|
|
|
• Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57 |
|
|
|
• Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55 |
|
|
|
• Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51 |
|
|
|
• "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34 |
|
|
|
• Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28 |
|
|
|
• Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24 |
|
|
|
• Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18 |
|
|
|
• Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• 100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10 |
|
|
|
|