Oğul Şıxlinskinin həbsi buna görə imiş .....                     Ermənistan Fransaya hərbi attaşe təyin edib .....                     Əmək məcəlləsinin pozulması halları... .....                     FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb .....                     Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı .....                     Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər .....                     ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi .....                     Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi .....                     Paşinyan yeni katolikos axtarır .....                     “Rep oxuyursa, deməli, buna ehtiyac var!” .....                     Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu .....                     “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” .....                     Zəngəzurda keçid dili ingiliscə olacaq? .....                     Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni plan .....                     Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir .....                     Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: .....                     “Rossotrudniçestvo” rəhbərinin qorxusu: .....                     Paşinyan gizli danışıqlara .....                     Parisin "sülh göyərçini" təqdimatı: .....                     Deputatlara verilən bu pullar narazılıq yaratdı .....                     Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə .....                     Britaniya Ermənistana yeni səfir təyin edib .....                     AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib .....                     “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” .....                     Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb .....                     Zəngəzurla bağlı ŞOK ABŞ planı .....                     Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... .....                     DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi .....                     İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib .....                     Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                 

Bugünkü Soçi görüşündə üç paytaxt masada - Dəməşq, Kiyev, Bakı...
Tarix: 29-09-2021, 08:51 | Çap et
Bugünkü Soçi görüşündə üç paytaxt masada
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya bu gün baş tutacaq səfəri zamanı çox ciddi məsələlərin müzakirəsi gözlənir. Məhz buna görə Kreml Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ikitərəfli münasibətlər yaranandan bəri ən geniş mövzuların müzakirə olunacağı bir görüş kimi dəyərləndirir.

Türkiyənin Haber7.com saytında Ərdoğanın Rusiya prezidenti Vladmir Putinlə müzakirə edəcəyi məsələlərə dair məqalə dərc olunub. Suriyada müxalifətçilərin iki qalası - Dəra və İdlib var. Rusiya, Suriya rejimi və İran Dəranı alıb. İndi növbə İdlibə çatıb. İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar aparılsa, bu ərazilərdən insan köçü də başlana bilər və bu, Türkiyəni çətin vəziyyətə sala bilər. Rusiya hazırda həm İdlibi bombalayır, həm də Türkiyəni günahlandırır. İdliblə bağlı ən son memorandum 2020-ci il martın 5-də imzalanıb. Meydandakı aqressivliyi nəzərə aldıqda memorandumun yenilənməsinə ehtiyac yaranır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. O, görüş zamanı Suriya ərazisinin 90 faizinə onun, yəni Bəşər Əsəd rejiminin nəzarət etdiyini qeyd edib. Deməli, Putin hesab edir ki, qalan 10 faiz ərazi İdlibdir. Putin PKK-PYD terror qrupunun işğalı altında olan Fərat çayının şərqindəki ərazini Suriya torpağı saymır. Əgər Putin riyazi səhvə yol vermirsə, bununla Fəratın şərqindəki terror təşkilatına muxtariyyət verilməsi mesajını vermiş olur. Rusiya əvvəllər də PKK-PYD-yə belə bir jest edib. Putinin bu sözlərindən iki gün sonra Moskvada Rusiya xarici işlər nazirinin köməkçisi PYD terror təşkilatının lideri, İlham Əhməd adını daşıyan terrorçu qadını (o, bir vaxtlar Qəndildə xidmət etmiş məşhur PKK terrorçusudur) qəbul etdi". Məqalədə bildirilir ki, Ortada Qafqaz məsələsi də var.

“Bugünlərdə Türkiyə, Azərbaycan və Pakistan birlikdə ”Üç qardaş-2021" adlı beynəlxalq təlimlər keçirib. Türkiyə ilə Azərbaycanın başqa birgə hərbi təlimləri də olub. Rusiya bunlardan da narahatdır və xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova vasitəsilə öz narahatlığını Bakıya çatdırıb".

Məqalədə o da iddia olunur ki, Rusiyanı Türkiyəyə qarşı aqressivləşdirən səbəblər Ukrayna-Türkiyə əlaqələri, Kiyevin NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna şifahi razılıq verməsi, Ankaranın Krım işğalına münasibətidir.

Göründüyü kimi, xüsusilə Suriya məsələsində tərəfləri çətin müzakirə gözləyir. Çünki söhbət Türkiyənin şərqində yarana biləcək “terrorçu muxtariyyətdən” gedir ki, Ankara heç bir halda buna imkan verməyəcək. Türkiyənin Cənubi Qafqazda da möhkəmlənməsindən Ankaranın təkcə Azərbaycanca deyil, həm də Gürcüstanla artan əlaqələrindən Moskva narahat olmağa başlayıb. Ukrayna və Krım məsələsi isə Rusiya üçün bu məsələlərin önündə gəlir ki, son olaraq Türkiyənin xarici işlər nazirinin Krımdakı Duma seçkilərini qeyri-qanuni hesab etməsi Kremlin narazılığına səbəb olmuşdu.

YAP-çı deputat Ceyhun Məmmədov görüşün önəmindən danışdı: “Türkiyə və Rusiya prezidentlərinin belə görüşlər keçirməsi artıq ənənəvi hal alıb. Davamlı keçirilən belə görüşlər bir çox hallarda Soçidə baş tutur. İki ölkəni maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılır. Hazırda da Moskva və Ankara arasında müzakirə aparılmasına ehtiyac olan bir çox məsələlər var. Suriya məsələsində anlaşmalar olsa da, bir sıra hallarda fikir ayrılıqları da baş verir. Bildiyiniz kimi, Suriya ordusu bir sıra əraziləri azad edib və İdlib şəhərini də azad etməyə çalışır. Burada təbii ki, Rusiya da ciddi rol oynayır. Bu da Türkiyənin təhlükəsizliyi üçün çox ciddi təhdidlər yaradır. Bir də bölgə əhalisinin yenidən Türkiyəyə köçürülməsi məsələsi gündəmdədir. Bu görüşdə heç şübhəsiz ki, bu məsələlər geniş müzakirə olunacaq. Görünən odur ki, Suriya, eləcə də Rusiya çalışır ki, bütövlükdə Suriya ərazisinə tam nəzarət etsinlər. Əlbəttə, bu ərazilər Suriyanındır. Amma Türkiyənin təhlükəsizliyi də ön sırada dayanır. Türkiyə və Rusiya arasında ən çox müzakirə olunan məsələlərdən biri Ukrayna-Türkiyə münasibətləridir. Rəsmi Ankaranın Ukraynanı dəstəkləməsi, seçkiləri tanımaması Kreml tərəfindən birmənalı qarşılanmır. Rusiya Türkiyənin bu münasibətindən ciddi şəkildə narahatdır və dəfələrlə bu məsələyə münasibət bildirib”.

Deputat daha bir önəmli məsələyə də toxundu: “Türkiyə və Rusiya arasında olan ən önəmli məsələlərdən biri də Azərbaycanla bağlıdır. Hesab edirəm ki, son illərdə Azərbaycanla Türkiyənin apardığı danışıqlar, müzakirələr rəsmi Bakının mövqeyinin güclənməsinə hesablanıb. Ümumilikdə götürsək, əlbəttə, deyə bilərik ki, Rusiya Türkiyənin bölgədə olmasından o qədər də razı deyil. Amma qardaş ölkənin də apardığı uğurlu xarici siyasət nəticəsində bu gün artıq Azərbaycanın da mövqeyi güclənməkdədir. Həm Rusiya, həm də Türkiyə çalışır ki, aralarındakı münasibətləri daha da inkişaf etdirsinlər. Zaman-zaman bu ölkələr arasında gərginlik yaşansa da, bölgədə olan vəziyyət, reallıqlar ortaq məxrəcə gəlmək üçün tərəflərin ortaq mövqe nümayiş etdirmələrini zəruri edib. Kürdlərlə və digər məsələlərə gəldikdə hesab edirəm ki, Rusiya rəqiblərinin mövqeyini dəyişmək, onları təcrid etmək üçün müxtəlif siyasi gedişlər edir. Bu kimi addımlar atır. Birmənalı olaraq bunlar Türkiyəyə təsir məqsədi daşıyır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Hesab edirəm ki, Türkiyənin də burada mövqeyi kifayət qədər prinsipialdır, güclüdür. Qardaş ölkə hər an çalışır ki, öz mövqeyini daha da gücləndirsin. Düşünürəm ki, bu görüşdə də çox ciddi məsələlər müzakirə olunacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Oğul Şıxlinskinin həbsi buna görə imiş - TƏFƏRRÜAT
Bu gün, 01:00
Ermənistan Fransaya hərbi attaşe təyin edib
Dünən, 18:00
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Dünən, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Dünən, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Dünən, 17:38
Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Dünən, 17:34
ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Dünən, 17:30
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Dünən, 17:13
Paşinyan yeni katolikos axtarır
Dünən, 17:10
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Dünən, 17:02
Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Dünən, 17:00
“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Dünən, 16:49
Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Dünən, 16:43
Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Dünən, 16:34
Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Dünən, 16:28
Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Dünən, 16:26
Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Dünən, 16:25
“Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Dünən, 16:22
Paşinyan gizli danışıqlara BAŞLADI
Dünən, 16:20
Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Dünən, 16:18
Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Dünən, 16:14
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Dünən, 16:12
Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Dünən, 16:09
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Dünən, 16:05
“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Dünən, 15:55
Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Dünən, 15:53
Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Dünən, 15:49
Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Dünən, 15:39
DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Dünən, 15:35
İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Dünən, 15:31
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Dünən, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Dünən, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Dünən, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Dünən, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Dünən, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Dünən, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Dünən, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Dünən, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Dünən, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Dünən, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Dünən, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Dünən, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Dünən, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Dünən, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Dünən, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Dünən, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Dünən, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Dünən, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru