AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                     Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                 

Qara dənizdə Rusiya-NATO toqquşması? - TƏHLİL
Tarix: 24-06-2021, 08:11 | Çap et
Qara dənizdə Rusiya-NATO toqquşması?
Dünən Rusiya Müdafiə Nazirliyi sensasion məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, Rusiyanın keşikçi gəmisi Qara dənizdə Böyük Britaniyaya məxsus “Defender” gəmisinə (destroyer) xəbərdarlıq atəşi açıb, “Su-24 M” döyüş təyyarəsi isə gəminin hərəkət kursu istiqamətinə bombalar atıb. Rusiya tərəfi iddia edir ki, Britaniya gəmisi Krımdakı Fiolent burnu rayonunda Rusiya sərhədini pozaraq 3 km irəliləyib və bununla bağlı xəbərdarlıqlara məhəl qoymayıb: “Gəminin hərəkətini dayandırmaq üçün “Su-24 M” təyyarəsi onun hərəkət kursu iqtiqamətinə 4 ədəd OFAB-250 T qəlpə-fuqas bombası atıb. Sonra “Defender” Rusiya ərazi sularını tərk edib”.

Lakin Britaniya tərəfi Rusiya Müdafiə Nazirliyinin iddialarını təkzib edib. Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, onların gəmisi beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın ərazi sularından dinc keçid edib. Nazirlikdən qeyd ediblər ki, “Defender” gəmisinə xəbərdarlıq atəşi açılmayıb və onun yoluna bomba atılmayıb, sadəcə olaraq, həmin vaxt ruslar dənizdə atəş təlimləri keçirirmişlər.

Britaniya gəmisinin Krım akvatoriyasında üzməsi barədə Rusiya tərəfinin açıqlaması böyük ehtimalla həqiqətdir. Amma məsələ burasındadır ki, belə olsa belə, bu, Rusiya dəniz sərhədlərinin pozulması demək deyil. Çünki beynəlxalq hüquqa görə, Krım Ukrayna ərazisidir və Böyük Britaniya dövləti də Krımı Ukrayna hesab edir. Bu baxımdan hər hansı pozuculuq faktından söhbət gedə bilməz.

Qeyd edək ki, “HMS Defender” esminetsi (destroyer) 2009-cu ildə suya buraxılıb. Onun uzunluğu 152 metr, sürəti saatda 55 km-dir. Gəmidə radiolokasiya stansiyası, zenit artilleriyası və raket qurğusu quraşdırılıb. Gəmi iyunun 14-də Niderlanda məxsus “HNLMS Evertsen” hava hücumundan müdafiə freqatı ilə birlikdə Qara dənizə daxil olub. Məlum olduğu kimi, Krımın ilhaqından sonra NATO Qara dənizdə öz mövcudiyyətini artırmağa başlayıb və hər ay ittifaqa üzv ölkələrin hərbi gəmiləri dənizə daxil olur və Ukraynaya dəstək nümayişi kimi bu ölkənin limanlarına yanaşır. Bu isə Rusiyada ciddi narazılıqla qarşılanır. Rusiya hərbi rəhbərliyi NATO gəmilərinin dənizdə aktivliyinin provokasiya məqsədi daşıdığını iddia edir.

Qara dənizdə suların isinməsinin əsas səbəbi şübhəsiz ki, NATO dövlətlərinin Ukrayna ordusunun gücləndirilməsi və modernləşdirilməsi, onun hərbi dəniz donanmasının dirçəldilməsi istiqamətində atdığı addımlardır. Elə cəmi 2 gün əvvəl – iyunun 21-də məhz “Defender”ın göyərtəsində Ukrayna və Büyük Britaniya hökumətləri arasında önəmli sənəd imzalanıb. Ukrayna müdafiə nazirinin müavini Aleksandr Mironyuk və Britaniya hökumətinin müdafiə sahəsində alqı-satqılar üzrə naziri Ceremi Kvin tərəfindən imzalanmış Memorandumda hərbi gəmilərin birgə layihələndirilməsi və tikintisi, Ukrayna gəmiqayırma müəssisələrinin rekonstruksiyası və Ukrayna Hərbi Dəniz Qüvvələri üçün 2 bazanın tikintisi nəzərdə tutulur. Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin oktyabrında Londona səfəri zamanı imzalanmış sazişə əsasən isə Britaniya Ukrayna ordusu və hərbi donanmasının inkişafı üçün 1,25 milyard funt-sterlinq ayırıb.

Moskvanı narahat edən başqa bir məsələ 28 iyun – 10 iyul tarixləri arasında Qara dənizdə Ukraynanın iştirakı ilə keçiriləcək “See Breeze” hərbi təlimləridir. ABŞ-ın 6-cı donanmasının, NATO-ya üzv və tərəfdaş 32 ölkədən 40-a yaxın hərbi gəminin və 5 minə yaxın hərbçinin qatılacağı təlimlərdə məqsəd Ukrayna ordusu ilə ABŞ və NATO qüvvələrinin birgə fəaliyyət bacarıqlarının artırılmasıdır. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, təlimlər pərdəsi altında NATO Ukraynaya ən müasir silahlar ötürəcək. Moskva ABŞ-ı “Qara dənizdə savaş variantlarının sınaqdan keçiriləcəyi” bu təlimlərdən imtina etməyə çağırıb.

Bütün bunlar Rusiya rəhbərliyində ciddi qıcıq yaradır. Niyə? Çünki bu halda Rusiyanın əlində Ukraynanı çəkindirən yeganə vasitə olan sərt güc alətinin siyasi təsiri azalır və müqavimət imkanları artan Ukrayna Moskvanın tələblərini daha inamla rədd edir. Ukrayna nümayiş etdirir ki, o, nəinki Donbas istiqamətində hər hansı porovokasiyaları dəf etməyə hazırdır, hətta Rusiyanın bütün sərhəd xətti boyu genişmiqyaslı hücuma başlaması ehtimalından da qorxmur və zəruri müdafiə tədbirləri görür. Bu baxımdan dost və tərəfdaş ölkələrlə hərbi əməkdaşlığın inkişafı zəruridir və təbiidir. Artıq Ukrayna ABŞ, Kanada, Britaniya və Türkiyədən müasir silah və müdafiə sistemləri almağa başlayıb. Türkiyə Ukraynaya “Bayraktar” zərbə dronları satmaqdan əlavə, öz tərsanələrində bu ölkə üçün 2 ədəd korvet inşa edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Türkiyə hökuməti ilə bu mövzuda ciddi söhbət aparacaqlarını deyib.

Yəqin ki, Rusiya yenə turist göndərməmə şantajı, Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlərin tətbiqi, Suriyada – İdlibdə Türkiyəyə yaxın qruplara rejimin hücumlarını təşviq etmək kimi daha öncə sınaqdan keçirdiyi təzyiq metodlarından istifadə edə biləcəyini Ankaranın nəzərinə çatdıracaq.

Moskva Ukraynanın NATO-ya qəbulunu özünün qırmızı xətti elan edib. İttifaqın lider dövlətləri hələlik Putinin təhrik etməmək üçün Ukraynanı (eləcə də Gürcüstanı) NATO-ya qəbul etməkdə tələsmirlər. Amma Ukrayna ordusunun gücləndirilməsi və NATO standartlarına uyğunlaşdırılması davamlı prosesdir.
Müəllif: Şahin Cəfərli











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24
"Elçin mənim mükafatımdır"
Bu gün, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru