"Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                     Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                 

Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Tarix: Bu gün, 05:57 | Çap et

Məktəblərdə şagirdlərin psixoloji sağlamlığı, tədrislə yanaşı diqqət yetirilməli olan ən vacib məsələlərdəndir.

Təhsildən yayınma, davranış pozuntuları, zorakılıq kimi hallar məktəblərdə psixoloqların rolunu daha da artırır. Lakin bəzi təhsil müəssisələrində psixoloq ştatı açıq görünsə də, orada çalışan real mütəxxəsislər olmur, nəticədə məktəb daxilində ciddi boşluqlar özünü göstərir. Bəs məktəblərdə psixoloq çatışmazlığının əsas səbəbi nələrdi?

“Cebheinfo.az” – a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərdə psixoloq çatışmazlığı təhsildə psixoloji xidmətin zəif qurulmasından irəli gəlir:

“Məktəblərdə psixoloq çatışmazlığı təhsilin keyfiyyətinə, şagirdlərin emosional rifahına, müəllim-valideyn münasibətlərinə və ümumi təhsil mühitinə birbaşa təsir edən ciddi struktur problemdir. Bu çatışmazlıq təkcə kadr məsələsi ilə izah olunmur, həm də dövlət siyasətində psixoloji xidmətin dəyərinin yetərincə qiymətləndirilməməsi, hüquqi-normativ boşluqlar, maarifləndirmənin zəifliyi və idarəetmədə prioritetləşməməsi ilə bağlıdır.

İxtisaslı psixoloqların məktəblərdə işləmək istəməməsi, mövcud ştat yerlərinin uzun müddət boş qalması və bəzən ştat mövcud olsa belə, real psixoloqun işləməməsi təhsildə psixoloji xidmətin ya formalaşmadığını, ya da süni şəkildə formalaşdırıldığını göstərir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 32.1.5-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinə dəstək məqsədilə psixoloji xidmət həyata keçirilməlidir.

Həmin xidmətin əsas funksiyaları şagirdlərin sosial-emosional inkişafını izləmək, onlarda davranış pozuntularının qarşısını almaq, müəllim və valideynlərlə əməkdaşlıq qurmaq və məktəbdaxili təhlükəsizliyi psixoloji müstəvidə təmin etməkdir. Lakin faktiki vəziyyət göstərir ki, bu xidmət ya formal xarakter daşıyır, ya da ümumiyyətlə, mövcud deyil.

2024-cü ilin rəsmi statistik məlumatlarına görə, ölkə üzrə 4400-dən artıq məktəbdən yalnız 2800-də psixoloq ştatı mövcuddur. Bu ştatların isə 18 faizinə yaxın hissəsi vakantdır. Həmçinin təyin olunmuş psixoloqların 30 faizindən çoxu ixtisas üzrə ali təhsilə malik deyil, çox zaman texniki və ya digər ixtisaslı şəxslərin adına rəsmiləşdirilir.

Bəzi məktəblərdə isə psixoloq vəzifəsi mövcud olsa da, həmin ştat “ştat saxlamaq” naminə göstərilir, əslində isə ya həmin işçi heç fəaliyyət göstərmir, ya da məktəbin digər iş yükünü daşıyır. Bu, qanunvericiliyin kobud şəkildə pozulması və eyni zamanda, şagirdin hüquqlarının pozulması deməkdir”.

Onun sözlərinə görə, məktəblərdə psixoloq çatışmazlığının əsas səbəblərindən biri də aşağı maaş məsələsidir: “Əsas səbəblərdən biri məktəb psixologiyası üzrə ixtisaslaşmış kadrların çatışmazlığı və bu sahəyə marağın zəifliyidir. Hal-hazırda ölkədə psixologiya üzrə məzun olan gənclərin böyük əksəriyyəti məktəblərdə işləmək istəmirlər.

Səbəblər sırasında maaşın azlığı, əmək şəraitinin ağır və funksional dəstəyin olmaması, psixoloji yükün yüksək, lakin nəticələrin qiymətləndirilməsinin olmaması və məktəb rəhbərləri tərəfindən bu xidmətin ciddiyə alınmaması xüsusi yer tutur. Orta hesabla məktəb psixoloqu 500-600 manat maaş alır ki, bu da peşəkar ixtisas sahibi üçün cəlbedici deyil. İş şəraiti də psixoloqun effektiv fəaliyyət göstərməsi üçün uyğun deyil. Çox zaman ayrıca otaq verilmir, məxfi danışıqlar üçün şərait yoxdur, maddi-texniki baza yetərsizdir.

Bundan başqa, psixoloji xidmətin fəaliyyət standartları, peşə etikası, hesabatlılıq və monitorinq mexanizmləri mövcud deyil. Nə Elm və Təhsil Nazirliyi, nə də digər aidiyyəti qurumlar məktəb psixoloqlarının fəaliyyətini sistemli şəkildə qiymətləndirmir, illik hesabatlar yayımlamır, inkişaf planı təqdim etmir.

Nəticədə bu sahə nəzarətsiz və funksiyasız vəziyyətə düşür. Halbuki məktəb psixologiyası elə bir sahədir ki, onun təsiri dərhal yox, uzunmüddətli formada özünü göstərir. Ona görə də bu xidmət sistemli şəkildə planlaşdırılmalı, izlənməli və dəstəklənməlidir.

Dünya təcrübəsində məktəb psixoloqu olmadan təhsil müəssisəsinin fəaliyyəti mümkün deyil. Məsələn, Finlandiyada hər 250 şagirdə bir psixoloq düşür və onun fəaliyyəti illik peşəkar hesabatla dəyərləndirilir. ABŞ-də məktəb psixoloqları federasiyası fəaliyyət göstərir və onların peşəkar inkişafı üçün dövlət tərəfindən ayrıca maliyyələşdirilən proqramlar mövcuddur.

Almaniyada məktəb psixoloqları yalnız xüsusi təlim keçmiş, sertifikatlı şəxslər olur və onlar pedaqoji kollektivin bir hissəsi hesab olunur. Bu ölkələrdə psixoloji xidmətin olmaması, yaxud keyfiyyətsiz olması təhsil müəssisəsinin fəaliyyətinə birbaşa hüquqi və maliyyə sanksiyaları ilə nəticələnir. Azərbaycanda isə bu sahədə nə nəzarət, nə strateji sənəd, nə də məsuliyyət mexanizmi var”.

K.Əsədov qeyd edib ki, məktəblərdə psixoloq yalnız statistik rəqəmlər deyil, real ehtiyac kimi qəbul edilməli və sistemi islahatlarla dəstəklənməlidir:

“Müsbət tərəf odur ki, son illər bəzi pilot layihələr çərçivəsində məktəblərdə psixoloji maarifləndirmə proqramları həyata keçirilir. Psixoloq ixtisası üzrə kadr hazırlığı genişlənib, universitetlərdə bu ixtisasa maraq artıb. Lakin bu müsbət dəyişikliklər real məktəb mühitinə inteqrasiya olunmur və sadəcə statistik səviyyədə qalır. Elm və Təhsil Nazirliyi bu müsbət dinamikanı sistemli dəyişikliyə çevirə bilmir, çünki nə konkret planı, nə icra mexanizmi, nə də proqnozlaşdırma alətləri var.

Məktəb psixoloqlarının ştat vahidlərinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, psixoloji xidmətin normativ hüquqi bazasının yaradılması və bu sahəyə ictimai diqqətin artırılması vacibdir.

Direktorlar psixoloqun fəaliyyətini inzibati mexanizm kimi yox, təhsil prosesinin ayrılmaz və bərabərhüquqlu iştirakçısı kimi qəbul etməlidir. Həmçinin valideynlər və müəllimlər üçün psixoloji maarifləndirmə proqramları hazırlanmalı, şagirdlərin psixoloji sağlamlığı ilə bağlı sistemli məlumat bazası formalaşdırılmalıdır.

Əgər bu istiqamətdə ciddi islahatlar həyata keçirilməzsə, məktəblərdə zorakılıq halları artacaq, şagirdlərin davranış pozuntuları və psixoloji gərginlikləri dərinləşəcək, müəllim-şagird-valideyn münasibətləri zədələnəcək və təhsil təkcə akademik deyil, sosial baxımdan da böhrana uğrayacaq. Təhsil sistemi yalnız bilik ötürən yox, insan formalaşdıran institut olmalıdır. Bunun üçün isə məktəbdə psixoloq lüks yox, zərurət hesab edilməlidir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə indiyədək sistemli iş görməyib, marifləndirmə aparmayıb, məsələni prioritetləşdirməyib. Əgər vəziyyət dəyişməzsə, psixoloqsuz məktəb psixoloji risklər daşıyan cəmiyyət demək olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Elçin mənim mükafatımdır"
Bu gün, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru